Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3813/2024 12.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalzadə Gülnar Şakir qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat Biirliyi Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X3 İstismarı İdarəsinə dəymiş 740,00 manat maddi ziyanın,ödənilmiş 30,00 manat dövlət rüsumunun cəmi 770,00 manat məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azəriqaz İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını və dövlət rüsumunun İddiaçı İB-nin bank hesabına geri qaytarılmasını xahiş etmişdir. Qarşı tərəf işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatəti təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlaya bilər. İş materiallarına əlavə edilmiş elektron iddia ərizəsindən göürünür ki, İddiaçı tərəfindən “Hökümət ödəniş portalı” vasitəsilə **********96 nömrəli qəbz əsasında 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı (VÖEN: **********) tərəfindən “Hökümət ödəniş portalı” vasitəsilə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Lənkəran RQİİ-nə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 259, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı (VÖEN: **********) tərəfindən “Hökümət ödəniş portalı” vasitəsilə ödənilmiş (14 oktyabr 2024-cü il, saat 16:31:58, mədaxi qəbzi № **********96) 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" İB-nin Lənkəran RQİİ-nin (Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) hesabına qaytarılsın. Qərardadın icrası Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-3813/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3813/2024
12.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver