Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4125/2023 06.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, Cavabdeh Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Əlı̇ qı̇ smət qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq müəyyən etdi̇ : İddiaçı Əlı̇ qı̇ smət qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə ki, məhkəmənin hazırlıq iclasında Cavabdeh şəxsiyyəti müəyyənləşdirilərkkən müəyyən edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Elektron Məhkəmə Sistemindən çıxarışdan da görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2023-cü il tarixdir. İş materiallarından görünür ki, mülki iş məhkəməyə xx.xx.2023-cü il tarixdə elektron qaydada daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MAPS arayışından görünür ki, Babayeva X1 şəhəri, H.Əliyev küçəsi, ev 78/15, mənzilı 55 ünvanında qeydiyyatdadır. İş materiallarından aydın olur ki, mülki iş icraata götürülmə mərhələsində, yəni beş günlük müddətdə artıq cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdehin ünvanı Bakı şəhəri, Nizami rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı Əlı̇ qı̇ smət qızının Cavabdeh qarşı pul tələbinə dair 2(049)-4125/2023 saylı mülki iş aidiyyəti üzrə Bakı Şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-4125/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4125/2023
06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver