Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4308/2025 26.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyanın, 51,10 manat dövlət rüsumunun, cəmi 3161,50 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı İB-nın Lənkəran RQİİ-nin Azərbaycan Beynəlxalq Bank ASC Lənkəran filialı Kod:509556 VÖEN **********, MH AZ03NABZ********************, SWİFT: İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ38İBAZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təhciz edir. Həmin ünvana İddiaçı İB-nin X5 İstismarı İdarəsi tərəfindən **********01640 nömrəli abonent kodu verilmişdir.Lakin cavabdeh “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma ) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbi qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixli, ******* saylı akt Azərbaycan Respublikası Enerji X1 Lənkəran Filialının təsdiq olunmuşdur. Cavabdeh barəsində ******* saylı xx.xx.2024-cü il tarixli qərar qəbul edilməklə AR İXM-nin 282.1-ci maddəsi ilə cərimə olunmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 3110.40 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Bu iddia X5 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktla və onun tələbnaməsi ilə, AGİS bazasından çıxarılmış Cavabdeha məxsus **********01640 saylı abonent hesabından çıxarış (saldo) ilə, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” və Azərbaycan Respublikası Enerji Məsələlərinin TənzimləməAgentliyinin Lənkəran Filialının təsdiq olunmuşdur.Cavabdeh barəsində ******* saylı xx.xx.2024-cü il tarixli qərarla sübuta yetirilir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və Nümayəndə ərizə göndərərək baxış iclasını iştirakları olmadan keçirilməsini, iddia tələbini müdafiə edərək iddia tələbini təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Hazırlıq iclasında iştirak edərkən isə iddia tələbini qəbul etmədiyini, qeyd edilən mülki işlə bağlı əvvəllər barəsində inzibati xətaya yol verdiyinə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin qərardan şikayət versə də şikayətinin təmin edilmədiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: MN seriyalı ******* saylı 08 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı Lənkəran rayonu Şovu kəndində yerləşən fərdi evində qaz paylayıcı şəbəkəyə qoşulmaqla təbii qazın talaması nəticəsində az miqdarda ziyan vurduğuna görə inzibati xəta törətmişdir. Bununla əlaqədar Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN seriyalı ******* saylı 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində 100 manat cərimə tənbeh tədbiri görülmüşdür. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat borcun silinməsi tələbinə dair iddiası üzrə iddia tələbi təmin edilməmişdir. Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh sayğacdan kənar qeyri qanuni olaraq qazdan istifadə edir. Abonentin saldosundan görünür ki, Cavabdeh akt üzrə 2023-cü ilin dekabr ayı üçün 3110.40 manat borc hesablanmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 40118 saylı qazın alqı-satqı müqaviləsindən görünür ki, qaz X2 Sahəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifələrindən biridir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarından görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 51.10 manat dövlət rüsumu hökumət ödəniş portalı vasitəsi ilə ödənilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 9-cü bəndlərində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir.Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 5.5-ci bəndinə əsasən paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında təbi qazın alqı-satqı müqaviləsinə əsasən qaz sərfiyyatına görə yaranmış borc hissəsində əsaslıdır. «Qazdan istifadə qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyan, 51,10 manat dövlət rüsumu, cəmi 3161,50 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı İB-nın Lənkəran RQİİ-nin Azərbaycan Beynəlxalq Bank ASC Lənkəran filialı Kod:509556 VÖEN **********, MH AZ03NABZ********************, SWİFT: İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ38İBAZ******************** saylı hesabına ödənilsin. Qətnamədən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-4308/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4308/2025
26.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver