Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-46/2025 24.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz» İB-nin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı iddia verərək İddiaçı Lənkəran X3 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüste D=108 mm-lik qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən tikilmiş tikilin qarşısında sonradan inşa edilmiş pilləkanın öz hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100 manat dövlət rüsümunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə, saat 11:45-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə ərizə göndərərək, mülki işin baxılmamış saxlanmaqla, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə baxılmasını təkid etməmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etməsini, eləcə də cavabdehin iddia ərizəsinə baxılmasını təkid etməməsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından məlum olur ki, iddiaçı xx.xx.2024-cü il tarixli **********24 nömrəli mədaxil qəbzlə hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263- 264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Azəriqaz» İB-nin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmaqla baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddianın verilməsi üçün xx.xx.2024-cü il tarixli **********24 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəflərə elan olunduğu vaxtdan və ya rəsmi qaydada verlidikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(049)-46/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-46/2025
24.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver