Məhkəmə qərarları › İş №e-2(049)-585/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-585/2025

05.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-585/2025 05.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Ərizəçi İddiaçı “şəxsin itkin düşmüş hesab edilməsi” ərizə tələbi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1974-cü il təvəllüdlü Maraqlı şəxs2 2009-cu ildən xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2025-ci il tarixə saat 12:20-yə təyin edilmiş məhkəmə iclasının təxirə salınması ilə əlaqədar ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə etdiyi müraciət əsasında işin məhkəmə baxışı xx.xx.2025-ci il tarixə saat 10:45-ə təxirə salınmışdır. 05 may 2025-ci il saat 10:45-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə ərizəçi və onun nümayəndəsi qanunamüvafiq qaydada məlumatlandırılaraq, bu barədə müvafiq bildiriş onların elektron kabinetinə yerləşdirilmişdir. Lakin iş üzrə ərizəçi və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər (elektron kabinet vasitəsi ilə də). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3 maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, həmçinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı “şəxsin itkin düşmüş hesab edilməsi” tələbi üzrə ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar