Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-73/2024 04.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi, “Alyans” Vəkil bürosunun vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 04 aprel 2024-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİR HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 53000 manat pulun, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, 2013-cü ildən etibarən cavabdehin qardaşı Elşən Əkbərov onun Novxanı kəndində yerləşən bağında yaşayır və bağa faktiki olaraq nəzarət edir. 2019-cu ildə Elşən ona müraciət edərək bildirmişdir ki, cavabdeh olan qardaşı Eldəniz «Ağçiçəyim» gül dükanında Sədra adlı şəxsin yanında işləyib, yaxşı əl qabiliyyəti var, gül işini yaxşı bilir və bu sahədə işləmək istədiyindən maddi dəstəyə ehtiyacı olduğundan onunla görüşüb danışmaq istəyir. Elşəni uzun illər tanıdığından qardaşı Eldənizlə görüşməyə razılıq vermiş və onlar ikisi onunla görüşmüşlər. Görüş zamanı Eldəniz ona şərikli biznes qurmağı təklif edərək bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində gül dükanı var və oranı icarəyə götürüb təmir etdirdikdə yüksək gəlir əldə etmək olar, özünün bu işdən başı çıxsa da, «bir qəpik» belə pulu yoxdur, ona pul versə qısa müddətdə onun pullarını qaytarmaqla yanaşı ona gəlir də verəcəkdir. O, Elşənin öz qardaşına zamin durması ilə bağlı sözlərinə və Eldənizin dediklərinə inanmış və bu səbəbdən də 2019-cu ilin payız aylarında Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində gül dükanını «hazır biznes» şəkilində işlədən icarədar Arzu adlı xanımdan 9.000 manat pul ödəməklə alınmış, 7000 manat təmirinə, 6 000 manat kamera, reklam və təhlükəsizlik sisteminin quraşdırılmasına, 5000 manat rəflər, aksessuar və avadanlığa, habelə 10000 manat güllər üçün olmaqla, cəmi 37000 manat məbləğində vəsaiti hissə-hissə olmaqla cavabdehə vermişdir. Qeyd olunan vəsaitləri ödədikdən sonra qısa müddət ərzində Cavabdeh gül dükanını işlətməyə başlamış, bir neçə dəfə özü də gedib ora baş çəkmişdir. Gül dükanı işləməyə başladığı vaxtdan bir müddət sonra məlum «Covid-19» virusu ilə bağlı ölkədə pandemiya şəraitinin yarandığını və işlərin yaxşı getmədiyini bəhanə edən Cavabdeh ona verdiyi vəsaiti ona qaytarmaq iqtidarında olmadığım bildirmiş və o da, ona inanıb ondan pullarını qətiyyətlə tələb etmirdi. 2021-ci ilin fevral ayında cavabdeh yenidən ona müraciət edərək «8 mart» bayramı ərəfəsində güllər almaq üçün vəsaitə ehtiyacının olmasını və ona pul verəcəyi təqdirdə həm həmin vəsaiti, həm də daha öncə verilmiş pulları ona qaytara biləcəyini deyib onu inandıraraq 25000 manat məbləğində vəsait istəmişdir. O, dost-tanışdan həmin məbləği taparaq ona vermiş və bayramın səhərisi günü həmin məbləğdən 15.000 manat vəsaiti ona qaytarsa da, qalan 10.000 manat hissəsini ona qaytarmadığından o, Eldənizin qardaşı Elşənə bu barədə demiş, Elşən qardaşının onu aldatmaqda davam etdiyini gördüyündən və bu işə onu qatmaqda səbəbkar olduğundan rayonda olan mal-qarasını satıb qardaşının əvəzinə 10.000 manat vəsaiti ona qaytarmışdır. Cavabdeh yenə də, müxtəlif bəhanələr irəli sürərək dükanın açılması ilə əlaqədar 2019-cu ildə ona verdiyi ümumilikdə 37.000 manat məbləğində vəsaiti qaytarmamış, dükandan əldə etdiyi gəlirdən indiyə kimi ona heç bir manat da olsun verməmiş və hər dəfə onu yalanları ilə inandırıb ki, güya dükanın işləri pis gedir. Sonuncu dəfə 2022-ci ildə, yenə də «8 mart» bayramı öncəsi cavabdeh ondan borc pul istəmişdir kı, dükanın işlərini qaydaya salıb ona olan borcunu ödəsin. Bu dəfə də o, ona inanıb dost-tanışından 20.000 manat məbləğində borc alıb cavabdehə vermiş, bayramdan sonra dəfələrlə müraciətlər etdiyindən hissə-hissə olmaqla Eldəniz həmin məbləğdən 20.000 manat pulu onun dost-tanışına aparıb qaytarmışdır. Yenə də müxtəlif bəhanələr gətirib 2022-ci ilin dekabr ayında onu aldadaraq "Yeni il" bayramı ərəfəsində 10.000 manat pul istəmiş, bu dəfə də ona inanıb pul tapıb vermiş, o, isə qaytarmamışdır. Bundan başqa 2019-2022-ci illər ərzində dükanın icarə haqqının ödənilməsi ilə bağlı Eldəniz ondan 6000 manat pul almış, həmin pulu da ona qaytarmamışdır. Cavabdeh həqiqətdə ona qarşı yalan danışdığını, gül dükanında güya ziyan etməsi ilə bağlı dediklərinin yalan olduğunu o, 2022-ci ilin sonunda bilmişdir. Ona məlum olmuşdur ki, Eldəniz Ələkbərov ona şəriklik təklif etdiyi 2019-cu ildə 300.000 manat məbləğə yaxın məbləğdə müxtəlif şəxslərə borcu olub və bu müddət ərzində ondan aldığı vəsaitlər hesabına gül dükanını işlədib külü miqdarda gəlirlər əldə edib ondan gizlətməklə borclarını ödəmiş, onun isə ona qarşı səmimi və aqressiyadan kənar münasibətinə arxayın olub pulunu ödəməkdə yayınmağı üstün tutmuşdur. 2023-cü ilin yanvar ayında cavabdehi bağına çağıraraq bu cür davranışlara son qoymağı, ona olan ümumilikdə 53000 manat məbləğində borcunu qaytarmağı tələb etmiş, o, borclu olduğunu Onun dələduzluq əməlləri ilə bağlı polisə şikayət etmiş, lakin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü ıl tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona zah edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə cavabdehin səs yazısını əks etdirən sübutunu təqdim edib bildirdi ki, həmin səs yazılarında cavabdeh etiraf edərək iddiaçıya aldığı pulları qaytarmadığını bildirmişdir. Həmin səs yazılarında söhbət 60-70000 manatdan getmişdir. Cavabdeh iddiaçıdan 53000 manat pul almışdır. Əvvəl 37000, sonra 10000, daha sonda isə 6 000 manat. Cavabdeh gül dükanından yaxşı gəlirlər əldə etsə də, gəlirləri ilə başqa şəxslərə olan borclarını bağlayaraq iddiaçıya verməmişdir. xx.xx.2024-cü il tarixdə isə əlavə olaraq göstərdi ki, iddiaçı Abşeron RİH-də məsləhətçi işləyir. Tərəflər arasında münasibətlər və onların məqsədləri gəlir əldə etmək olmuş, icarə müqaviləsi şifahi bağlanmış, həmin işlə cavabdeh məşğul olmuşdur. Cavabdehin qardaşı ilə 10 ilə yaxındır ki, dost olublar və sonuncu onun bağında işləyir. Dövlət quluçusunun sahibkarlalıqla məşğul olmaq hüququnun olub olmamasını bilmir. Gül dükanı 20 min manata icarəyə götürülmüşdür. Razılaşmaları belə olmuşdur ki, iddiaçı tərəfindən qoyulmuş vəsait ona qaytarılacaq, gəlir olduqda, ondan da ona veriləcəkdr. Məhkəməyə təqdim etdiyi səs yazısının 4-cü dəqiqəsinin 15-ci saniyəsində iddiaçı cavabdehə müraciət edərək deyir ki, “demirəm 50, 60, 70 mini qaytar, 40 mini qaytar.” Gül dükanının kassasında iddiaçının öz adamı olmuşdur, lakin kassaya cavabdehliyi cavabdeh daşımışdır.Cünki kassir iddiaçıya kiminsə kassadan pul götürdüyünü bildirdikdə, iddiaçı bunun səbəbini cavabdehdən soruşmuş, sonuncu da ona bildirmişdir ki, həmin şəxsə aldıqları güllərin pullarını vermişdir. Hazırki məhkəmə iclasında o, əlavə olaraq göstərdi ki, cavabdehin iddiaçıya borclu qalması cinayət işinin rədd olunması barədə qərarda öz təsdiqini tapmışıdr. Səs yazısında cavabdeh hər şeyi etiraf etmişdir. Hazırda da cavbabdeh əlyazmasını təqdim edərək iddiaçıdan 47000 manat pul aldığını etriaf edir. xx.xx.2024-cü il tarixdə cavabdeh iddianı qəbul etməyib bildirmişdir ki, iddiaçının təqdim etdiyi səs yazısı ona məxsusdur. Həmin səs yazısına Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində də qulaq asılmışdır. Onu orada həbs etməmişlər. Lakin polislər ona təziq göstərdikləri üçün onların hərəkətlərindən DİN-nin 102 Xidmətinə şikayət etmişdir. Bundan sonra onu narahat etməmişlər. Səs yazısının 8-ci dəqiqəsinin 4-cü saniyəsində iddiaçıya 40000 manat qaytaracağını demişdir. Onun iddiaçıya borcu yoxdur. İddiaçıdan 100000 manat pul alınıb, 240000 qaytarılıb. Onun ümumilkidə başqa şəxslərə 400000 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh əlavə olaraq bildirdi ki, səs yazısında olan və iddiaçıya 40 min manat pulu qaytaracağına söz verdikdən sonra, iddiaçı bağda onu şillə ilə vurmuş, bundan sonra o, ona olan borcu qaytarmışdır. Hazırki məhkəmə iclasında cavabeh öz əlyazmasını məhkəməyə təqdim edərək əlavə olaraq göstərdi ki, ümumilikdə iddiaçıdan 47000 manat pul almış, bu barədə əlyazmasında qeydlər etmiş, bütün borcunu qaytarmış, lakin həmin borcun iddiaçı tərəfindən qəbul edilməsini təsdiqləyən sübutu yoxdur. Məhkəməyə təqdim etdiyi diskdən görünür ki, onun gül dükanına iki nəfər polis nəfəri gəlmiş, səs yazısı olmasa da, həmin vaxt o, polislərə bildirmişdir ki, iddiaçıya borclu olduğu pulu qaytarmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsini və cavabehi dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdehin məhkəməyə təqdim etdiyi və surəti işə əlavə olunmuş əlyazmasından görünür ki, cavabdeh iddiaçıdan 47000 manat pul almışdır. Bu faktı cavabdeh özü də məhkəmə iclasında etiraf edərək bildirmişdir ki, həmin əlyazmadakı yazıları o özü icra etmişdir. Aldığı pulun xərclənməsini, iddiaçıya qaytarılmasını da həmin əlyazmada qeyd etmişdir. Lakin qaytardığı pulların iddiaçı tərəfindən təhvil alınmasını təsdiqləyən sübutu yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan 47000 manat pul aldığını etiraf etsə də, həmin pulun qaytarılmasına dair məhkəməyə hər-hansı bir sübutunu təqdim edə bilməmişdir. İddiaçı cavabdehdən 53000 manat pul tələb etsə də, bu məbləğə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi əlyazma ilə mübahisəyə qiymət verildiyindən, iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən təqdim edilmiş səs yazıları, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar və s. sənədlər iş üçün əhəmiyyət kəsb etmədiyindən onların tətqiqinə lüzüm qalmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı 47000 manat pulun müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, buna görə də həmin məbləğdə pul Cavabdeh tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 249 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia 89% təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 249 manat dövlət rüsumunun 89%-ni təşkil edən 221.61 manat cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 47000 manat məbləğində pul və ödənilmiş 221.61 manat məbləğində dövlət rüsumu, cəmi 47221.61 (qırx yeddi min iki yüz iyirmi bir) manat 61 qəpik tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-73/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-73/2024
04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver