Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-79/2025 02.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X3, İddiaçı: İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Qaz kəmərinin müfaizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Lənkəran X6 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Lənkəran rayon üzrə Xidmət Sahəsinin istismarında olan Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, üstü D=76 mm-lik qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100,40 manat dövlət rüsümunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİF AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, Azəriqaz” X1 X5 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən 05.08 2024-ci il tarixdə küçə qaz kəmərlərinə baxış keçirilərkən ünvan 2i ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından küçə kənarı ilə keçən Lənkəran X5 İdarəsinin Lənkəran XS-nin balansında və istismarında olan orta təzyiqli, yürüstu D=76 mm-lik qaz kəmərinə baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh tərəfindən fərdi yaşayış evinə sonaradan artırılmış tikilinin artırılması zamanı həmin qaz kəmərinin L=8,0 p/m hissəsinin qanunsuz olaraq tikilinin altına salınması aşkarlanmışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir”.Bu iddia Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla, ünvan 2i ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin fotoşəkili ilə, yaşayış evinin həyətyanı sahəsinə salınan D=76 mm-lik qaz xəttinin prinsipial sxemi ilə, ünvan 2i ünvanında yaşayan Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 14-2-2-10/21805/2024 saylı xəbərdarlıq məktubu ilə sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində qeyd olunur ki, “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər”.Bildirmək istəyirik ki, tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Bu da qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala duşməsi nəticəsində təbii qazın havaya sovrulması və s. kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməməsinə səbəb olur.Cavabdeh tərəfin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tlkinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qaz kəmərinin mühafizə zonasını pozması fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən də daşıyıcı qaz kəmərinin mühafizə zonası Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməlidir. İddiaçı Lənkəran X5 İdarəsi tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin qaz kəmərinin mühafizə zonasından 5 gün müddətində şəxsi vəsaiti hesabına sökülüb çıxarılması barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilərək adı çəkilən qanunsuz tikili hazırkı vaxtadək mühafizə zonasından sökülüb çıxarılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş gəlməməsi barədə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Lənkəran ayonu Aşağı Nüvədi kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin qarşısından küçən orta təzyiqli D76mm-lik qaz kəmərinə baxış keçirilmiş Baxış zamanı cavabdeh, qaz xəttini L=8,0p/m hissəsinin yaşayış evinə artırdığı tikilinin altına salmışdır. Hal-hazırda qaz xətti tikilinin (evə artırılan) altından keçdiyi üçün həmin qaz xəttinin vaxtaşırı texniki xidmət göstərmək və yaxud qaz sızmasının yoxlanılmasına maneçilik törətdiyi üçün qaz kəmərlərinin mühafizəsi zonasını kobud şəkildə pozmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qaz xətinin mühafizə zonasının bərpaedilməsi haqqında xəbərdarlıqdan görünür ki, qaz kəmərinin mühafizə zonasının pozulmasına görə xəbərdar edilmiş və əks təqdirdə öhdəliklərini icra etmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə rəsmi xəbərdarlıq olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 08 may 2025-cü il tarixli, 10/8426 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaların’dan görünür ki, Məhəllələrarası (həyətlər arası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). ünvan 2i ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evinin fasad divarının yanından dayaqlar üzrənində çəkilmiş yerüstü qaz xəttinin layihə sənədləri təqdim olunmadığından həmin xəttin mühafizə zonasını müəyyən etmək mümkün olmamışdır. Sözügedən ünvanda yerləşən xəttin L=8,2 metr uzunluğunda olan hissəsinin üzərində tikili inşa edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 (iki) metr müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırkı işin hallarından da görünür ki, cavabdeh tərəfindən ünvan 2i ünvanında qanunsuz olaraq qaz xəttin L=8,2 metr uzunluğunda olan hissəsinin üzərində tikili inşa edilmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Məhkəmə, cavabdehin tikilini tikməsinə dair hər hansı sənədin təqdim edilməsini təklif etsə də, cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikilmiş tikili qanunsuz olaraq tikilmiş və özbaşına tikili kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göstərilənlərə əsasən, məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, üstü D=76 mm-lik qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş tikili Cavabdeh vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİF AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-79/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-79/2025
02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver