Məhkəmə qərarları › İş №e-2(049)-83/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-83/2025

21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-83/2025 21.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətə gətirilməsi barədə iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı İB-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü D=57 mm-lik qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən tikilmiş daş hasarın öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100 manat dövlət rüsümunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən küçə qaz kəmərlərinə baxış keçirilərkən Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından küçə kənarı ilə keçən Lənkəran X4 İdarəsinin Lənkəran XS-nin balansında və istismarında olan orta təzyiqli, yer üstü D=57 mm-lik qaz kəmərinə baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh tərəfindən öz həyətyanı sahəsinin qarşısının hasara alınan zaman həmin qaz kəmərinin L=27.0 p/m hissəsinin qanunsuz olaraq həyətdaxilinə salınması aşkarlanmışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Belə ki, həmin Qaydaların 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir”. Bu iddia Lənkəran X4 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən Cavabdeh tərəfindən mühafizə zonasının pozulmasını göstərən fotoşəkillə, mühafizə zonası pozulan hissənin yəni D=57 mm-lik qaz xəttinin prinsipial sxemi ilə, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 14-2-2-10/2- 1816/2024 saylı xəbərdarlıq məktubu ilə sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 metr müəyyən edilmişdir. Tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Bu da qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala duşməsi nəticəsində təbii qazın havaya sovrulması və s. kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməməsinə səbəb olur. Cavabdeh tərəfin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tlkinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qaz kəmərinin mühafizə zonasını pozması fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən də daşıyıcı qaz kəmərinin mühafizə zonası Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməlidir. Məhkəmə baxış iclasında İddiaçı İB-nin nümayəndəsi Vəkir Məmmədov iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə rəsmi qayada məlumatlandırılıan cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan aktdan görünür ki, xx.xx.2024 il tarixdə Azəriqaz İB-nin Qaz nəzarəti şöbəsinin nümayəndələri tərəfindən aparılan yoxlamalar zamanı Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan cavabdeh, orta təziqli yerüstü D=57 mm-lik qaz kəmərinin L=27 p/m hissəsini həyətyanı sahəsini mişar daşı ilə tikərək həyəti daxilinə salıb qaz kəmərlərinin mühafizə zonasını kobud şəkildə pozulması aşkar olumuşdur. Xəbərdarlıq məktubundan görünür ki, Lənkəran RQİİ tərəfindən cavabdehdən qaz kəmərinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət edilcəyi ilə bağlı məlumat verilmişdir. Məhkəmə ekspertiza mərkəzinin tikinti-texniki ekspetizasına dair xx.xx.2025-ci il tarixli, 10/8909 saylı rəyindən və rəydə olan fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”dan görünür ki, Məhəllələrarası (həyətlər arası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə). Lənkəran rayonu, Nərimanabad qəsəbəsində iddia olunan ərazidən keçən yerüstü qaz xəttinin layihəsi təqdim olunmadığından həmin xəttin mühafizə zonasını, eləcə də layihəyə uyğun çəkilibçəkilmədiyini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı təqdim edilən yerüstü qaz xəttinin L=26,2 metr uzunluğunda hissəsinin mişar daşı ilə hasara alınmış həyətyanı sahə kimi istifadə edilən ərazinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil etmişdir Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsini məhkəməyə verməkdən ötrü 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, həm iddiaçı tərəfindən tərtib edilmiş akt, həm də ekspert rəyi ilə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində cavabdehin istifadəsində həyətyanı torpaq sahəsinin olduğu müəyyən olunur. Lakin “AZEMİS” Məhkəmə Elektron İnformasiya Sistemindən Cavabdeh adında hər hansı bir daşınmaz əmlakın (torpaq sahəsinin, evin və s.) dövlət qeydiyyatına alınması müəyyən edilməmişdir. Bu hal ona dəlalət edir ki, cavabdehin faktiki olaraq istifadə etdiyi həyətyanı torpaq sahəsi onun adına rəsmiləşdirilməmiş və o, buna heç bir qanuni əsas olmadan həmin torpaq sahəsini daş hasara almışdır. Bunun əksini sübut etmə vəzifəsi cavabdehin öhdəsində olsa da, o, iddiaya qarşı qanunla müəyyən edilmiş müddətdə etiraz verməmiş, eləcə də məhkəmə iclasında iştirak etməklə həmin faktı inkar edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qərarın “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarfnm tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə iki metr müəyyən edilmişdir. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Həmçinin “Əhalinin və İqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) İcra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının irəli sürdüyü tələb üzrə təmin olunmalı, İddiaçı İB Lənkəran RQİİ-nin Lənkəran rayonu üzrə Xidmət sahəsinin istismarında olan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən Cavabdeh faktiki istifadəsində olan həyətyanı sahəsinin daxilindən keçən orta təzyiqli, yerüstü D=57 mm-lik qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən tikilmiş daş hasar sonuncunun vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsümu cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməlidir. Məhkəmə eləcə də hesab edir ki, ekspertiza xərci olan 100 manat da cavabdehə aid edilməli və sonuncudan tutularaq Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin daxilindən keçən orta təzyiqli, yerüstü D=57 mm-lik qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən tikilmiş daş hasar öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilsin. İddiaçının ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh aid edisin və sonuncudan tutularaq iddiaçının Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383, VÖEN **********,MHAZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri Cavabdeh aid edilsin və ondan 100 manat tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar