Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-839/2025 13.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X5, İddiaçının nümayəndəsi: X4, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı “X3” X6 Cavabdeh qarşı «əmlakın naturada qaytarılması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X3” Publik Hüququi şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 mart tarixli 2022/ÖM/00278 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900)1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/6 HZ 1200W, Xcort XVC0130)1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A) və 1 ədəd hava kompressorunun (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1 HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 30 mart tarixli 2022/ÖM/00278 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 30 mart tarixli müqavilə və 2022-ci il 30 mart tarixli aktla vətəndaş Cavabdeh “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2023-ci il 15 noyabr tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivləri, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220- 240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) təyinatı üzrə istifadə etmədiyi və həmin aktivləri başqa avadanlıqlarla dəyişməsi müəyyən edilmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-B- 54880/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəmiz təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT- 2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1 HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahatında göstərdi ki, kifayət qədər əməkdaş olmadığına görə cavabdehi vaxtında yəni əmlak veriləndən 1 il ərzində yoxlanması mümkün olmamışdır. Vətəndaşı həmin müddətdə Ekvita şirkəti yoxlamışdır ki, onların da yoxlamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, hazırda da həmin aparat işləyir və təyinatı üzrə istifadə olunur. O, avadanlığı dəyişməmiş, sadəcə tələbat olduğuna görə 50 qəpik sistemi ilə işləyən aparat əıavə etmişdir. Sonra isə sərfəli olmadığına görə həmin sistemi ayırmışdır. xx.xx.2023-cü il tarixli aktın birinci səhifəsində əmlak yerindədir yazılsa da, ikinci səhifəsində əmlakın yerində olmaması aşkar edilmişdir qeyd edilmişdir. Əmlak ona verilən müddətdə həmişə onu Ekvita şirkəti yoxlamış və heç bir irad bildirməmişdir. Hətta əmlak bir dəfə xarab olduqda həmin şirkətin əməkdaşının köməkliyi ilə təmir etdirmişdir. Onu da qeyd edir ki, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən əmlak verildikdən 1 il sonra onun mülkiyyətinə keçməlidir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Özünüməşgulluğa cəlb olunması şəxsin əmlakın istifadəyə verilməsinə dair təvil-təslim Aktından görünür ki, X3” tərəfindən 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT- 2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində cavadeh Cavabdeh təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2022/ÖM/00278 saylı Özünüməşgulluğa kömək göstərilməsinə dair muqavilədən görünür ki, X1 X2 Filialı müdir müavini X8 və digər tərəfdən bundan sonra “Özünüməşgulluğa cəlb olunmuş şəxs” adlandırılacaq şəxs Cavabdeh arasında bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Özünüməşgulluğa cəlb olunması şəxsin fəaliyyətinin yekun monitorinqin Aktından görünür ki, Cavabdeh verilmiş “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivləri, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220- 240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) təyinatı üzrə istifadə etmədiyi və həmin aktivləri başqa avadanlıqlarla dəyişməsi müəyyən edilmişdir. Aktda qeyd kimi göstərilmişdir ki, Cavabdeh bildirmişdir ki, avadanlıqlar əlverişli olmadığı üçün 50 qəpik moyka sistemi ilə dəyişib və obyektdə istifadə edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2024cü il tarixli “X3”nin məktubundan görünür ki, Lənkəran rayon Boladi kəndində qeydiyatda olan Cavabdeh öhdəliyi, məktub ona təqdim oğduğu 30 gün ərizndə Agentliyə geri qaytarmağı tələb olunmuşdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən olunan hallarından, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə avtotəmizləmə xidmətlərini natura şəklində vermiş, həmin əmlaklara 1 il ərzində, yəni xx.xx.2023-cü il tarixdək yoxlama keçirilməli olduğu halda, heç bir yoxlama keçirməmiş, yalnız xx.xx.2023-cü il tarixdə, yəni əmlakın verildiyi tarixdən təxminən 1 il 8 aya yaxın müddət keçdikdən sonra yoxlama keçirilmiş və əmlakın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında münasibətlər müqavilə münasibətləridir və bu münasibətlər xx.xx.2022-ci il tarixli, 2022/ÖM/00278 saylı müqavilə ilə tənzimlənir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən müqavilənin şərtlərinə 1 il müddətində əməl olunduğu halda əmlak Özünüməşgulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə vermək filialın vəzifəsi kimi müəyyən edilmişdir. Hazırda isə həmin müddətin keçməsi məhkəmədə müəyyən edilmiş, bu hala dair iddiaçının nümayəndəsi bildirmişdir ki, Agentliyin kifayət qədər əməkdaşı olmadığından yoxlamanın keçirilməli mümkün olmamışdır. Göründüyü kimi, müqavilə şərtlərinin Özünüməşgulluğa cəlb olunmuş şəxs tərəfindən pozulmasına dair hər hansı hala ras gəlinməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırda həmnin əmlakların işləməməsi, təyinatı üzrə istifadə olunmaması, habelə təyinatının dəyişdirilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut-foto, video, şahid ifadəsi və s təqdim edilməmişdir. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli aktdır ki, o, da özlüyündə müddət keçdikdən sonra (ən geci xx.xx.2023-cü il tarixdə tərtib edilməli olduğu halda gec tərtib edilmişdir) tərtib edilmişdir ki, həmin aktın birinci səhifəsində göstərilir ki, Özünüməşgulluğa cəlb olunmuş şəxsə verilmiş bütün əmlaklar yerində aşkar edilmişdir. Həmin aktda avandalığın təyinatı üzrə istifadə edilmədiyi göstərildiyi bildirilsə də, buna dair hər hansı sübut əlavə edilməmiş, cavabdeh isə məhkəmə iclasında həmin hala dair bildirmişdir ki, obyekt hazırda da işləyir və həmin avandalıqlar işlək vəziyyətdədir, sadəcə təlabata görə əlavə qurğu quraşdırmışdır ki, həmin qurğu da ayrıla bilən və avadanlığı təyinatına zərər gətirməyən qurğudur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznesplana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.7-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırda isə özünüməşgulluğa cəlb olunmuş şəxs, yəni cavabdeh tərəfindən hər hansı mülki hüquq pozuntusa yol verməsi müəyyən edilməmişdir. İşin faktiki hallarına görə və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əmlakın naturada qaytarılması dair iddia rədd edilməlidir. Məhkəmə, iş üzrə dövlət rüsumunun ödənilməsinə münasiətdə bildirir ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.7-ci maddəsinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azaddırlar. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X3” X6 Cavabdeh qarşı «əmlakın naturada qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-839/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-839/2025
13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver