Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-877/2025 07.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ : X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş zərər olan 4190 manat və ödənilmiş 62 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 09 yanvar 2025-ci il tarixində, saat 09:30 radələrində özünə məxsus “Renault Megane" minik markalı **-QA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Məmmədli kəndi ərazisində hərəkətdə olarkən düzgün olmayan ötmə əməliyyatı icra etmiş, nəticədə onun etibarnamə əsasında idarə etdiyi “Nissan Sunny" markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh hadisəni törətdikdən sonra hadisə yerindən yayınmışdır. Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri əsasında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 0001/25 saylı qüsur aktına əsasən idarə etdiyi “Nissan Sunny” markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin yekun məbləği 4190 manat miqdaerında müəyyən edilmişdir. Hadisəni törədən cavabdehdən ona dəymiş zərərin ödənilməsini dəfələrlə tələb etsə də, sonuncu onun tələblərinə məhəl qoymamışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdehin idarə etdiyi avtomobil sığorta olunmadığından, ona sığorta ödənişi edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanına, eləcə də cavabdehə çatdırılması məqsədilə Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə göndərilsə də, cavabdehə ünvanlanmış məhkəmə bildirişi olan məhkəmə zərfi “bu ünvanda yaşamır. Rusiyadadır” qeydi ilə məhkəməyə qaytarılmış, icra nümayəndəliyinin arayışından isə müəyyən olunmuşdur ki, cavabdeh rəsmi qeydiyytda olduğu ünvanda olmadığından, məhkəmə bildiirişi ona çatdırılmamış, nümayəndəlikdə saxlanılmışdır. Məhkəmə MPM-nin 135.3 və 135.5-ci maddələrini rəhbər tutaraq məhkəmə bildirişinin cavabdehə rəsmi qaydada verilmiş hesab edir və onun məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Belə ki, “Ali Məhkəmənin bülleteni” jurnalının 2012-ci ilin 3-cü nömrəsinin 36-40-cı səhifələrində olan,”Tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz” adlı başlıq altında verilmiş materialda qeyd edilmişdir: “Apellyasiya instansiya məhkəməsi tərəfindən 10 may 2011-ci il tarixli qətnamə N.M.Hüseynova mülki prosessual qanunvericilikdə nəzərdə tutulduğu qaydada çatdırılmış hesab olunmalıdır. Belə ki, X2 yaşadığı ünvanın ünvan 2lları ilə və xüsusən də N.M.Hüseynovun özünün məhkəməyə müraciət etdiyi ərizələrlə təsdiq olunur. Mülki işin materialları ilə təsdiq olunur ki, apellyasiya instansiya məhkəməsinin 10 may 2011-ci il tarixli qətnaməsi N.M.Hüseynova Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, ev 11-ə göndərilmiş, lakin o evdə yaşamadığına görə geri qaytarılmışdır.” TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** KM *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtonəqliyyat X3 mülkiyyətindədir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X6 mülkiyyətçisi olduğu ** KM *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtonəqliyyatı etibarnamə əsasında idarə etmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2026cı il tarixədək İddiaçı vermişdir. Sabunçu DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta protokolundan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 09.30-da inzibati xəta törətdiyi üçün barəsində İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati protokol tərtib edilmişdir. Bakı Ekspertiza Mərkəzinin rəyindən və “Nissan Sunny” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşının qəzadan sonrakı fotoşəkillərindən görünür ki, sifarişçi İddiaçı etibarnamə əsasında idarə etdiyi və yol nəqliyyat qəzasına uğramış “Nissan Sunny” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın miqdarı 4190 manat məbləğində müəyyən edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunmuş Sabunçu DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta protokolundan görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 09.30-da inzibati xəta törətdiyi üçün barəsində İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati protokol tərtib edilmişdir. Lakin həmin protokol əsasında cavabdeh barəsində inzibati tənbehin tətbiq edilib-edilməməsini müəyyən etmək olmur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının mülki qaydada cavabdehdən avtomobilə dəymiş zərərin tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, “İddiaçı "xxxx" Sığorta Şİrkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı işi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜK-nın xx.xx.2024-cü il tarixli, 2(102)-1530/24 nömrəli qərarında qeyd edilmişdir ki, kassasiya şikayətinin digər dəlili yol hərəkəti qaydaları pozan şəxsin barəsində cinayət və ya inzibati xətanın törədilməsini təsdiq edən məhkəmə və ya digər orqanın qərarının olmaması ilə bağlı olmuşdur. Bununla bağlı olaraq qeyd edilməlidir ki, məhz yüksək təhlükə mənbəyinin sahibi tərəfindən hadisənin törədilməsi aşkardır. Bu fakt cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarla təsdiq olunur. Lakin həmin şəxsin haqqında inzibati xəta icraatının başlanmaması onun təqsirliliyini istisna etmir. “İddiaçı"xxxx" Sığorta Şİrkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı işi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜK-nın xx.xx.2021-ci il tarixli, 2(102)- 1174/21 nömrəli digər qərarında isə qeyd edilmişdir ki, cavabdehin törətdiyi mülki hüquq pozuntusu ilə vurulmuş zərər arasında səbəbli əlaqə olub-olmaması, ümumiyyətlə, araşdırmadan kənarda qalmış, işin bu halı yalnız cavabdehin İXM-in 151.2-ci maddəsi ilə təqsirli bilinməsi kontekstində araşdırılmışdır. Halbuki mülki hüquq pozuntusu nəticəsində zərər vurulmasının təsdiqi üçün yalnız inzibati və ya cinayət məsuliyyəti ilə bağlı hər hansı qərarın olması vacib deyil. Məhkəmə qeyd edir ki, cavabdehin Sabunçu RPİ DYPŞ-nə verdiyi izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə, saat 09.30-da Məmmədli şosesində özünə məxsus Renault markalı avtomobillə hərəkətdə olduğu və ötmə əməliyyatını apardığı zaman qarşısında olan Nissan markalı avtomaşınla toqquşmuş və hadisə yerindən yayınmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya zərər vurduğu təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 4190 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 62 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏVİ HİSSƏ : Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4190 manat məbləğində pul və ödənilmiş 62 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4252 (dörd min iki yüz əlli iki) manat tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-877/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-877/2025
07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver