Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1070/2025 08.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5900 mаnаt pulun və dövlət rüsumu kimi ödənilmiş 79 mаnаt, еtibаrnаmə ilə bаğlı ödədiyi 17.25 mаnаt, vəkilin hüquqi хidmətinə görə ödədiyi 300 mаnаt pulun аlınаrаq ona vеrilməsi bаrədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin аvqust аyındа cаvаbdеh ondan bоrc pul istəmiş, bu məqsədlə cаvаbdеhə məхsus bаnk hеsаb kаrtınа xx.xx.2023-cü ildə 2500 mаnаt, xx.xx.2023-cü il tаriхdə 3500 mаnаt pul göndərmişdir. Sоnrаdаn həmin bаnk kаrtınа əlаvə оlаrаq 300 mаnаt dа göndərmişdir. Bеləliklə, cаvаbdеhə ümumilikdə 6300 mаnаt bоrc pul vеrmişdir. Cаvаbdеh həmin bоrcu bir аy ərzində qаytаrаcаğını bildirsə də, о, həmin puldаn cəmi 400 mаnаt ödəmiş, qаlаnını ödəməmişdir. Hər dəfə cаvаbdеh müхtəlif bəhаnələr gətirmiş, sоndа оnun onu аldаtmаsını görüb bununlа bаğlı Mаsаllı RPŞ-yə mürаciət еtməli оlmuşdur. Mаsаllı RPŞdə аpаrılаn аrаşdırmа zаmаnı dа bоrclu ondan 6200 mаnаt məbləğdə bоrc pul аlmаsını еtirаf еtmiş, cəmi 500 mаnаt qаytаrmаsını, ümumilikdə 5700 mаnаt bоrcunun qаlmаsını, həmin pulu dа hissə-hissə qаytаrаcаğını bildirmişdir. Hаlbuki, ona cəmi 400 manat ona pul qаytаrmış, ondan isə 6300 mаnаt bоrc аlmаqlа, 5900 mаnаt bоrclu qаlmışdır. Cаvаbdеh pоlis оrqаnındа dа ona 5700 mаnаt bоrclu оlmаsını еtirаf еtməsinə bахmаyаrаq, bоrcunu ödəmədiyindən bu dəfə məhkəməyə mürаciət еtmək məcburiyyətində qаlmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Təsviri hissə Məhkəmə işin faktiki hallarını nəzərdən keçərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı RPŞ-nin 12 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında araşdırma aparılmış, araşdırma zamanı müstəntiq tərəfində Cavabdehlə onun istifadəsində olan mobil telefonla əlaqə saxlanılmışdır. Cavabdeh hazırda Rusiya Federasiyasında olduğunu, İddiaçı 6200 mаnаt məbləğdə bоrcu olduğunu еtirаf еtmiş, həmin puldan cəmi 500 mаnаt qаytаrmаsını, ümumilikdə 5700 mаnаt bоrcunun qаlmаsını, həmin pulu dа hissə-hissə qаytаrаcаğını bildirmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus kart hesabından kartdan-karta köçürmə yolu ilə xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 3500 manat Cavabdeh kart hesabına köçürülməklə məxaric edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı vəkil xidmət haqqına görə 300 manat, məhkəmədə iddia qaldırmaq üçün 79 manat dövlət rüsumu ödəmişdir. Əsalandırıcı hissə: Məhkəmədə işə baxılarkən işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ayrıayrı vaxtlarda müxtəlif məbləğlərdə cavabdehə borca pul vermiş, cavabdeh borcu qaytara bilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. İşin mübahisəli halı tərəflərin arasında borcun miqdarı və borcdan qaytarılan pulun məbləği ilə bağlı olmuşdur. Belə ki, iddiaçı 6300 manat pulu ayrı-ayrılıqda 2500, 3500 və 300 manat olmaqla, üç dəfəyə cavabdehə məxsus kartın hesabına göndərdiyini, cavabdehin isə aldığı puldan 400 manat pulu qaytardığını, digər məbləği isə qaytarmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, qeyd edilən mübahisə ilə bağlı Polis şöbəsində araşdırma aparılarkən izahatında iddiaçıdan ümumilikdə 6200 manat pul aldığını, həmin puldan 500 manatı geri qaytardığını, iddiaçıya 5700 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin arasında yaranmış mübahisənin həlli üçün Mülki Məcəllənin “borc müqaviləsi”nə dair maddi hüquq normaları tətbiq edilərək həll edilməlidir. Belə ki, Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (maddə 739.2). Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Məhkəmə iddia tələbinə qiymət verərək göstərir ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi bank hesab məlumatlarından görünür ki, ona məxsus kartın hesabından xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə isə 3500 manat pul kartdan-karta köçürmə yolu ilə hesabdan məxaric edilmişdir. İddiaçı əlavə olaraq 300 manat pulu kartdan-karta köçürmə yolu ilə cavabdehə məxsus kartın hesabına köçürdüyünü bildirsə də, bununla bağlı lazimi hesabdan çıxarışı təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 6000 manat pulun göndərilməsini lazimi qaydada sübuta yetirdiyindən iddia tələbi həmin hissədə əsaslı olmuşdur. İddiaçı iddia tələbində göstərdiyi 300 manatın göndərilməsini sübut etmək vəzifəsini daşısa da, bunu edə bilməmiş, lakin cavabdeh iddiaçıdan ümumilikdə 6200 manat aldığını qəbul etdiyindən, yəni iddia tələbi qeyd edilən məbləğə münasibətdə cavabdeh tərəfindən etiraf edildiyindən iddiaçının 6200 manat borc verməsi faktı təsdiq edilmiş kimi qəbul edilməlidir. Qeyd edilən borc məbləğindən pulun qaytarılmasını sübut etmək vəzifəsi tərəflərin arasında sübutetmə yükünə uyğun olaraq cavabdehin üzərində olduğundan cavabdeh həmin məbləğdən 500 manat pulu qaytardığını sübut etməli idi. Lakin, cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Amma qeyd edilməlidir ki, iddiaçı özü iddia ərizəsində və izahatında ona cavabdehin 400 manatı qaytardığını bildirmişdir. Belə olan halda, cavabdeh 400 manat pulun qaytarılmasına münasibətdə sübutetmə vəzifəsindən azad olmuşdur. Yəni, iddiaçının qəbul etdiyinə əsasən cavabdehin iddiaçıya 400 manat pulu qaytardığı müəyyən edilir, digər 100 manata münasibətdə isə cavabdeh hər hansı sübutu məhkəməyə təqdim edilmədiyindən qaytarılmış məbləğ kimi qəbul edilmir. Odur ki, məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, 5800 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia ərizəsində göstərilmiş hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 manat pul və еtibаrnаmə ilə bаğlı ödədiyi 17.25 mаnаt tələbi ilə bağlı qeyd edir ki, vəkilə və order markasına ödənilən pulun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Belə ki, 5900 manat pul tələbi ilə bağlı iddiaçı öz sərbəst seçimi ilə vəkilə 300 manat pul ödəmiş, o, həm də vəkilə etibarnamə verərək məhkəmə iclaslarında şəxsən iştirak etməmişdir. Özü şəxsən iştirak edəcəyi halda, müəyyən məbləğdə yol xərcləri çəkəcəyi heç bir halda istisna olunmur. Məhkəmə bunları nəzərə alaraq, tələb edilən məbləğin 200 manat hissəsinin təmin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 78 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, 1 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5800 (beş min səkkiz yüz) manat pul vəsaiti, vəkilə və order markasına ödənilən 200 (iki yüz) manat pul, cəmi 6000 manat pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun 78 (yetmiş səkkiz) manat hissəsi İddiaçı ödənilsin. Ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun 1 (bir) manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-1070/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1070/2025
08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver