Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-161/2024 16.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı 23000 manat pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 23000 manat pul və 159 manat dövlət rüsumu tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, o, uşaq baxçasında xadimə, həyat yoldaşı günəmuzd fəhlə işləyir. 9 yaşlı övladı Zəhra anadangəlmə böyrək çatışmamazlığından əziyyət çəkir, ona böyrək köçürülməlidir. Qeyd olunan əməliyyat isə xeyli miqdarda vəsait tələb edir. O, qızının müalicə pulunun toplanması üçün tanış zərgərlərdən qızıl-zinyət əşyaları alaraq satmağa başlamışdır. Müəyyən müddətdən sonra Cavabdeh iş yerinə gələrək qızıl-zinyət əşyalarının satılmasında ona köməklik edə biləcəyini, bunun üçün kifayət qədər tanışlarının olduğunu bildirmişdir. O, övladının əməliyyat xərclərini düzəltmək üçün bir neçə qızıl əşyasını cavabdehə vermiş, müəyyən müddətdən sonra cavabdeh həmin qızılların pullarını ona vermiş və yeni qızıl dəstlər verməsini istəmişdir. O, cavabdehin əvvəl götürdüyü qızılların dəyərini vaxtında ödəməsinə inanaraq tanış zərgərlərdən bir neçə qızıl dəsti götürərək cavabdehə vermişdir. Cavabdeh müəyyən müddətdən sonra iş yerinə gələrək həmin qızılları dəyərini hissəhissə ödənilməklə satdığını, pullarını müştərilərdən alaraq ödəyəcəyini, müştərilərin yeni qızıl dəstləri istədiklərini bildirmişdir. O, cavabdehə inandığı üçün yeni qızıl dəstləri götürərək ona vermişdir. Ümumilikdə 2023-cü ilin fevral ayının 15-dən aprel ayının 20-dək cavabdehə 30000 manat dəyərində qızıl əşyaları vermişdir. Cavabdeh tərəfindən müəyyən vaxta həmin borcdan 7000 manat ödənilsə də 23000 manat ödənilməmişdir. O, dəfələrlə cavabdehlə görüşüb ondan qızılları və ya onların dəyəri olan 23000 manat pulu ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamış, cavabdeh hər dəfə qızılların pulunun müştərilərdə olmasını, onlardan pulu aldıqdan sonra ona ödəyəcəyini bildirmişdir. O, cavabdehin onu aldatdığına əmin olduqdan sonra qanunamüvafiq tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Daxili İşlər Nazirliyi tərəfindən müraciəti baxılması üçün Salyan RPŞ-nə göndərilmiş, Salyan RPŞ müraciətin mülki xarakterli olmasını bildirərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Bildirir ki, cavabdeh tərəfindən aldadılmağı onun qızıl-zinyət əşyaları aldığı şəxslər qarşısında əlverişsiz vəziyyətə salmış, qızının müalicəsinə pul vəsaiti toplamaq istədiyi halda əlavə olaraq 23000 manat məbləğində borca salmışdır. Cavabdehin ona 23000 manat borcunun olması videoçəkilişlərlə təsdiq olunur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh, onun nümayəndəsi və vəkilinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Nümayəndə və Vəkil Babalı oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə sübut kimi təqdim edilmiş video görüntünün qanunsuz yolla əldə edilməsi nəzərə alınmaqla məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir. Cavabdeh 25 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş və bildirmişdir ki, İddiaçı 24000 manat dəyərində qızıl-zinət əşyaları almışdır ki, satıb özü də pul qazansın. Həmin məbləği də ödəmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarında olan müraciətdən görünür ki, İddiaçı Daxili İşlər Nazirliyinə elektron qaydada Cavabdeh tərəfindən aldadılaraq ələ keçirilməsinə dair şikayət etmişdir. İşə əlavə edilmiş DVD formatda olan diskdə saxlanılan tərfələr arasında olan danışığın çəkilişi barədə video görüntüdən görünür ki, Cavabdeh 54-57-ci saniyələrdə, 11-ci dəqiqədə, 17:33-18:03 dəqiqələrdə 23000 manat dəyərində qızılın Samirə Məlkiova tərəfindən ona verilməsini, qızılları başqa şəxsə verməsini, pulu alıb qaytaracağını bildirir. O, qızılları Yeganə adlı şəxsə verdiyini, həmin şəxsin qızılları lombarda qoyaraq pul götürdüyünü, Yeganənin pulu ona ödədiyi zaman qızıllara görə olan borcunu qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 159 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.4. və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, tərəflər arasında etibarlı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə öhdəliyi üzrə cavabdeh 30000 manat dəyərində müxtəlif qızıl-zinət əşyaları pulunu sonradan pulunu ödəmək şərti ilə almış, lakin həmin məbləğdən 23000 manat ödənilməmişdir. Məhkəmə bu qənaətə gələrkən iddia ərizəsində qeyd olunanları, iddiaçının izahatını və sübut kimi tədqiq edilmiş vidediskdə olan danışıqları qarşılıqlı təhlil etmiş, ziddiyətli və ya təkzibedici hal müəyyən olunmamışdır. Məhkəmə videoçəkiliş aparılarkən Cavabdeh məlumatlı olmamasına münasibətdə, eləcə də cavabdeh tərəfin etirazına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmçinin məhkəmə cavadeh tərəfin iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərin qanuni yolla əldə edilməmiş sübut hesab edilməsi fikrinə münasibətdə bildirir ki, qeyd edilən video görüntülərdəki məlumatlar Cavabdeh şəxsi toxunulmazlıq hüququnu pozmur. Belə ki, həmin görüntülərdə hər iki tərəf üçün sirr olmayan, hər iki tərəfə məlum olan hallar barədə faktlardan danışılır. Bu baxımdan məhkəmə hesab edir ki, təqdim edilmiş video görüntülərdəki məlumatlar başqa şəxs barəsində olmadığından və məhz hazırkı mülki mübahisə üzrə tərəflərə aid məlumatları özündə əks etdirdiyindən, video görüntülərin sübut kimi qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Ona görə də video görüntülərdə Cavabdeh 23000 manat dəyərində qızılların ona verilməsinə, həmin pulun məhz onun tərəfindən ödəniləcəyinə etiraz etməməsi iddia tələbinin əsaslı olması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarına görə cavabdehin 23000 manat pulu Cavabdeh ödəməsi öhdəliyini pozması sübuta yetir. Məhkəmə məhkəmə hazırlıq iclasında cavabdehin iddiaçıdan 24000 manat dəyərində qızıl-zinət əşyası alması və pulumu ödəməsi barədə izahatına hüququ qiymət verərək qeyd edir ki, videoçəkiliş zamanı o, 24000 manat dəyərində qızılın pulunu ödəməsi barədə heç bir etiraz nümayiş etdirmir, əksinə müxtəlif bəhanələrlə pulun qaytarılmasından yayınmağa çalışır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 23000 manat pul və dövlət rüsumuna görə ödənilmiş 159 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-161/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-161/2024
16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver