Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1939/2025 22.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: Masallı rayonu Mahmudavar kəndində 0,06 hektar həyətyanı torpaq sahəsi üzərində 18 ildən yuxarıdır ki, 2 mərtəbəli, 2 otaq, 1 mətbəxdən ibarət fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair KOD 80515018, JN-042A saylı şəhadətnamə ilə mülkiyyətinə verilmişdir. Həmin Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquq sahibləri X5, X3, X4 və X1 payları nəzərə alınmaqla Çıxarış verilmişdir. Çıxarışla yanaşı sözügedən fərdi yaşayış evinə **********17-13101 reyestr nömrəli Texniki Pasport tərtib edilmişdir. Ən əsası bütün araşdırmalardan sonra sonuncu, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2946/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(106)-719/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra sözügedən qərarın icrası məqsədi ilə Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz İbayevin təşkilatçılığı ilə aidiyyatı təşkilat nümayəndələri və hal şahidlərinin iştirakı ilə xx.xx.2025-ci il tarixdə Akt tərtib edərək, Masallı Rayon Məhkəməsinin 2(050)-2701/2023-009 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasını təmin edib, Masallı rayonu, Mahmudavar kəndində yerləşən, sözügedən ümumi birgə mülkiyyətdə olan evə köçürülmüşdür. İcra sənədi üzrə borclu Cavabdeh icra yerində iştirak etməkdən ötrü rəsmi bildiriş göndərilməsinə baxmayaraq, borclu heç bir üzrlü səbəb göstərmədən icra yerində iştirak etməmişdir. Borclunun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna zəng edib, icra yerində iştirak etməsi tələb olunsa da, borclu telefonda bildirmişdir ki, o, icra yerində iştirak etməyəcəkdir. Belə olduğu halda, həmin iş üzrə borclunun əmlaklarının siyahıya alınıb, ona təhvil verilməsi zərurəti yaranmışdır. Beləliklə, borclunun evdə olan 1 ədəd televizor, 2 ədəd kreslo, 1 ədəd divan, 2 ədəd stul, 1 ədəd stol, 1 ədəd işləməyən qol saatı, 1 ədəd qəfadan, 1 ədəd çaynik, 1 ədəd güldan, 1 ədəd televizor altlığı, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz peçi, 1 ədəd qaz balonu, 1 ədəd xaladenik (soyuducu) (poris markalı), 1-ci mərtəbədə 2 ədəd xalça, 2-ci mərtəbədə 1 ədəd xalı, 1 ədəd xalça, 1 ədəd yataq çarpayısı, 2 ədəd dolab, 1 ədəd termo, 1 ədəd şfaner içində işlədilmiş qadın paltarları, 1 ədəd sandıq (qıfıllı), 1 ədəd uşaq beşiyi (taxta), 1 ədəd uşaq çarpayısı, 8 ədəd balış, 4 ədəd nalça, 3 (üç) ədəd oyuncaq ayı, 1 ədəd mətbəx servantı, 1 ədəd dxovka (qırmızı rəngli) əmlakları Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bəhruz İbayevin təşkilatçılığı ilə aidiyyatı təşkilat nümayəndələri və hal şahidlərinin iştirakı ilə xx.xx.2025-ci il tarixdə Akt tərtib edilərək ona təhvil verildi. Bundan sonra, borcluya əmlaklarının onun evindən çıxarılması barədə bildirsə də, heç bir əhəmiyyəti olmadığını görüb, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Cavabdehin ona məxsus evdə olan 1 ədəd televizor, 2 ədəd kreslo, 1 ədəd divan, 2 ədəd stul, 1 ədəd stol, 1 ədəd işləməyən qol saatı, 1 ədəd qəfadan, 1 ədəd çaynik, 1 ədəd güldan, 1 ədəd televizor altlığı, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz peçi, 1 ədəd qaz balonu, 1 ədəd soyuducu (xaladenik) (poris markalı), 1-ci mərtəbədə 2 ədəd xalça, 2-ci mərtəbədə 1 ədəd xalı, 1 ədəd xalça, 1 ədəd yataq çarpayısı, 2 ədəd dolab, 1 ədəd termo, 1 ədəd şfaner içində işlədilmiş qadın paltarları, 1 ədəd sandığ (qıfıllı), 1 ədəd uşaq beşiyi (taxta), 1 ədəd uşaq çarpayısı, 8 ədəd balış, 4 ədəd nalça, 3 (üç) ədəd oyuncaq ayı, 1 ədəd mətbəx servantı, 1 ədəd dxovka (qırmızı rəngli) əmlaklarının evindən çıxarılması və ödədiyi 100 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin elektron kabinet vasitəsilə ərizə təqdim edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh izahat verərək bildirmişdir ki, xx.xx.2013-cü ildə ailə həyatı qurub iddiaçının evinə gəlin köçmüşdür. 2020-ci ilin yanvar ayında ayrılmışdır. Bu müddətdə cehiz əmlakını istifadə etmişdir. İddia ərizəsində sadalanan əmlaklar ona məxsusdur. Cehiz əmlakını götürüb yığmağa yeri yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 138.8 kv.m fərdi yaşayış evi İddiaçı, X3, X2 və X1 ümumi birgə mülkiyyətlərindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)2946/2024 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-719/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-ci il tarixli Aktın məzmunundan görünür ki, İddiaçı məxsus evdə olan 1 ədəd televizor, 2 ədəd kreslo, 1 ədəd divan, 2 ədəd stul, 1 ədəd stol, 1 ədəd işləməyən qol saatı, 1 ədəd qəfadan, 1 ədəd çaynik, 1 ədəd güldan, 1 ədəd televizor altlığı, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz peçi, 1 ədəd qaz Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: balonu, 1 ədəd soyuducu (xaladenik) (poris markalı), 1-ci mərtəbədə 2 ədəd xalça, 2-ci mərtəbədə 1 ədəd xalı, 1 ədəd xalça, 1 ədəd yataq çarpayısı, 2 ədəd dolab, 1 ədəd termo, 1 ədəd şfaner içində işlədilmiş qadın paltarları, 1 ədəd sandığ (qıfıllı), 1 ədəd uşaq beşiyi (taxta), 1 ədəd uşaq çarpayısı, 8 ədəd balış, 4 ədəd nalça, 3 (üç) ədəd oyuncaq ayı, 1 ədəd mətbəx servantı, 1 ədəd dxovka (qırmızı rəngli) əmlakları siyahıya alınaraq saxlanmasından ötrü İddiaçı təhvil verilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4. mülkiyyətin toxunulmazlığı Mülki qanunvericiliyin prinsiplərindəndir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; İşə baxan məhkəmənin mövqeyi: Mülki işə məhkəmə baxışı zamanı müəyyən edildi ki, cavabdehə toy mərasimi zamanı cehiz əmlakları hədiyyə edilmişdir. Qeyd edilən əmlaklar iddiaçıya məxsus Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 138.8 kv.m fərdi yaşayış evində yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Aktla 1 ədəd televizor, 2 ədəd kreslo, 1 ədəd divan, 2 ədəd stul, 1 ədəd stol, 1 ədəd işləməyən qol saatı, 1 ədəd qəfadan, 1 ədəd çaynik, 1 ədəd güldan, 1 ədəd televizor altlığı, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz peçi, 1 ədəd qaz balonu, 1 ədəd soyuducu (xaladenik) (poris markalı), 1 mərtəbədə 2 ədəd xalça, 2 mərtəbədə 1 ədəd xalı, 1 ədəd xalça, 1 ədəd yataq çarpayısı, 2 ədəd dolab, 1 ədəd termo, 1 ədəd şfaner içində işlədilmiş qadın paltarları, 1 ədəd sandıq (qıfıllı), 1 ədəd uşaq beşiyi (taxta), 1 ədəd uşaq çarpayısı, 8 ədəd balış, 4 ədəd nalça, 3 (üç) ədəd oyuncaq ayı, 1 ədəd mətbəx servantı, 1 ədəd dxovka (qırmızı rəngli) əmlakları siyahıya alınaraq saxlanmasından ötrü İddiaçı təhvil verilməsi müəyyən edilir. Bundan əlavə cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatla iddianı qismən qəbul etmiş, iddia ərizəsində sadalanan əmlakların ona məxsus olduğunu, əmlakları qoymağa yeri olmadığına görə götürmədiyini etiraf etmişdir. Hazırkı halda məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qalması sonuncunun mülkiyyət hüquqlarını pozmaqla yanaşı, həm də onun şəxsi mülkiyyətinə sahiblik, istifadə və sərəncam verməsi ilə bağlı hüquqlarını ayrı-ayrılıqda məhdudlaşdırır, şəxsin ona məxsus mülkiyyət hüququnun sərbəst icrasına maneə törədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərini əsas tutaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh məxsus əşyalar İddiaçı mülkiyyətində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 138.8 kv.m fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus əmlaklar – 1 ədəd televizor, 2 ədəd kreslo, 1 ədəd divan, 2 ədəd stul, 1 ədəd stol, 1 ədəd işləməyən qol saatı, 1 ədəd qəfadan, 1 ədəd çaynik, 1 ədəd güldan, 1 ədəd televizor altlığı, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz peçi, 1 ədəd qaz balonu, 1 ədəd soyuducu (xaladenik) (poris markalı), 1 mərtəbədə 2 ədəd xalça, 2 mərtəbədə 1 ədəd xalı, 1 ədəd xalça, 1 ədəd yataq çarpayısı, 2 ədəd dolab, 1 ədəd termo, 1 ədəd şfaner içində işlədilmiş qadın paltarları, 1 ədəd sandıq (qıfıllı), 1 ədəd uşaq beşiyi (taxta), 1 ədəd uşaq çarpayısı, 8 ədəd balış, 4 ədəd nalça, 3 (üç) ədəd oyuncaq ayı, 1 ədəd mətbəx servantı, 1 ədəd dxovka (qırmızı rəngli) adlı cehiz əşyaları İddiaçı mülkiyyətində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 138.8 kv.m fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-1939/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1939/2025
22.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver