Məhkəmə qərarları › İş №e-2(050)-2242/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2242/2024

28.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2242/2024 28.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı "X4" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh4 iştirakları ilə, İddiaçı "X4" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 qarşı fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********58-10301 reyestr nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Qeyd olunduğu kimi, Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-1435/2017 saylı qətnaməsinə əsasən, Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli akt əsasında boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilmişdir. Daha sonra əmlakın mülkiyyətçisi "xxxx" KB ASC ilə cavabdehlər arasındakı razılığa əsasən, bank cavabdehlərə qeyd olunan fərdi yaşayış evində yaşamağa razılıq vermişdir. Hazırda mülkiyyətçi əmlakını tələb edir. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçiləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1və onların ailə üzvlərinin Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Nəzərə almaq lazımdır ki, hal-hazırda Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. İddiaçının tələbi: İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 və onların ailə üzvlərinin çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı"xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Cavabdeh6 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "X4" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Borcla bağlı məhkəmə qətnaməsi qəbul edilərkən ekspertiza təyin edilib. Ekspert rəyi əsasında borc məbləği müəyyən edilib. Hərrac 2017-ci il tarixdə keçirilmişdir. 2019-cu il tarixdə istifadə hüquqununa xitam verilməsinə dair məhkəmə prosesi keçirilmişdir. Cavabdehlər həmin məhkəmədə iştirak da ediblər. Keçən bu müddət ərzində çıxarılmış məhkəmə qətnamələrindən heç birini mübahisələndirməyiblər. Hazırda isə evdən çıxmamaqla bankın mülkiyyətçi kimi hüquqlarını pozurlar. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, bankla razılığın əldə edilməsi üçün bankın əməkdaşlarına müraciət etdiyini bildirmişdir. Hissə-hissə ümumilikdə banka 63000 manat ödəniş etmişdir. Hesab edir ki, bankın iddiası əsassızdır. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qədul edilməsini xahiş etmişdir. Cavabdeh6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, bankla aralarında razılıq olmuşdur ki, ayda 50 manat ödəniş etsinlər, buna baxmayaraq onlar ayda 100 manat ödəniş etmişlər. Hesab edir ki, bank tərəfindən ödənişlər nəzərə alınmamışdır. Sonda məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qədul edilməsini xahiş etmişdir. Cavabdeh4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Əvvəlki məhkəmə prosesləri barədə məlumatlı olmamışdır. Evin hərraca çıxarılması barədə bank tərəfindən ona heç bir məlumat verilməyib. Bu səbəbdən iddia tələbi ilə razı deyil. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, Masallı rayonu Çaxırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində olan 244,1 kv.m fərdi yaşayış evi üzərində xx.xx.2017-ci il tarixdə "xxxx" KB ASCnin mülkiyyət hüququ qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, 300651 saylı çıxarışından görünür ki, Masallı rayonu Çaxırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində olan 244,1 kv.m fərdi yaşayış evi üzərində xx.xx.2013-cü il tarixdə Cavabdeh3, xx.xx.2013-cü il tarixdə isə Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 birgə mülkiyyət hüququ qeydə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1435/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh6 xx.xx.2014-cü il tarixli, 01KL/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 01KL/14-1 saylı əlavə kredit müqaviləsinə görə 16490,26 ABŞ dolları əsas, 2588,20 ABŞ dolları faiz, 1671,08 ABŞ dolları cərimə olmaqla, cəmi 20749,54 (iyirmi min yeddi yüz qırx doqquz ABŞ dolları, 54 sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc, eləcə də xx.xx.2014-cü il tarixli, 6mspLNK/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə görə 966,20 manat əsas, 11,46 manat faiz, 10,63 manat cərimə olmaqla, cəmi 1088,29 (bir min səksən səkkiz manat, 29 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul "xxxx" KB ASC-nin xeyrinə tutulması, məhkəmə məsrəfini təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 120 (bir yüz iyirmi) manatın Cavabdeh6 tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməsi, tutmanın ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 adına olan Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, realizə edilmiş torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin dəyərindən Cavabdeh6 "xxxx" KB ASC-yə olan xx.xx.2014-cü il tarixli, 01 KL/14-1 saylı əlavə kredit müqaviləsinə görə cəmi 20749,54 (iyirmi min yeddi yüz qırx doqquz ABŞ dolları, 54 sent) ABŞ dollar ödəniş vaxtına manata məzənnəsi üzrə borcu, xx.xx.2014-cü il tarixli, 6mspLNK/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən cəmi 1088,29 (bir min səksən səkkiz manat, 29 qəpik) manat borcu, 30 (oluz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun, "Əmlak Ekspert Mərkəzi” MMC-yə isə 120 (bir yüz iyirmi) manat ekspertiza tədqiqatının dəyərinin ödənilməsi, borc və məhkəmə xərcləri ödənildikdən sonra qalan pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 qaytarılması, ipoteka predmetini təşkil edən torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 39500 (otuz doqquz min beş yüz) manat məbləğində müəyyən edilsin və bu torpaq sahəsi, eləcə də üzərində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, X1 və X2 evdən çıxarılması qət edilmişdir. Hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 59/01-1 saylı protokoldan görünür ki, ipoteka predmetinin ilkin hərrac qiyməti 39500 manat, təkrar hərracdakı ilkin satış qiyməti 33575 manat, “X5” 43.7-ci maddəsinə əsasən 25% aşağı satış qiyməti 25181,25 manat müəyyən edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evi 25181,25 manata əldə edilməklə tələbkar "xxxx" KB ASC-nin mülkiyyətinə keçmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh3 tərəfindən "xxxx"xxxx" KB ASC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 01KL/14 saylı əsas kredit müqaviləsindən görünür ki, Cavabdeh6 60 ay müddətinə xx.xx.2019-cu il tarixinədək ******* manat məbləğində krediti bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlamaqla verir. Unibank" KB ASC ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 01KL/14-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh6 24 ay müddətinə illik 23 % dərəcəsi ilə, xx.xx.2016-cı il tarixinədək 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 01KLİ/14 saylı ipoteka müqaviləsindən görünür ki, Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evi kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, "X4" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1435/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh6 xx.xx.2014-cü il tarixli, 01KL/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 01KL/14-1 saylı əlavə kredit müqaviləsinə görə cəmi 20749,54 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc, eləcə də xx.xx.2014-cü il tarixli, 6mspLNK/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə görə cəmi 1088,29 manat borc, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul "xxxx" KB ASC-nin xeyrinə tutulması, məhkəmə məsrəfini təşkil edən aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 120 manatın Cavabdeh6 tutularaq "xxxx" MMC-nin hesablaşma hesabına köçürülməsi, tutmanın ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 adına olan Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və borcun ödənilməsi, ipoteka predmetini təşkil edən torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 39500 manat məbləğində müəyyən edilməsi və bu torpaq sahəsi, eləcə də üzərində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, X1 və X2 evdən çıxarılması qət edilmişdir. Qeyd edilən qətnamə əsasında "xxxx" KB ASC-nin Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzrətində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qetdiyyata alınmışdır. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə yaşaması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. “X5” yuxarıda qeyd edilən müddəalarından da göründüyü kimi, yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 və onların ailə üzvləri çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: “X7" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Masallı rayonu, Çaxırlı kəndində 0.20 ha torpaq sahəsi və üzərində yerləşən 244.1 kv.m sahədən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh1 və onların ailə üzvləri çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar