Məhkəmə qərarları › İş №e-2(050)-2274/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2274/2024

15.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2274/2024 15.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Masallı Regional Cavabdeh2ndə Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı etibarnamənin еtibаrsız hеsаb еdilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı atası Maraqlı şəxs1 15 dekabr 2021-ci il tarixində xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sağ kənarında yerləşən 0.1 ha torpaq sahəsinin 0.03 ha hissəsini üzərində fərdi yaşayış evi ilə birlikdə İddiaçı, 0.0225 ha hissəsini isə digər qızı X10 hədiyyə etmiş və bununla bağlı 5 saylı Bakı Cavabdeh2ndə notariat ofisində 4Ə-2343 nömrə ilə qeydə alınmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi bağlanmışdır. Hədiyyə edilən əmlak üzərində İddiaçı hüquqları DƏDRX-də dövlət qeydiyyatına alınmış və bununla bağlı xx.xx.2022-ci il tarixində **********02-10301 nömrə ilə reyestrdə qeydə alınmış çıxarış verilmişdir. Qeyd edir ki, birgə nikah dövründə Cavabdeh1 İddiaçı borcunun olduğunu deyərək, borcun qaytarılması üçün atasının hədiyyə etdiyi əmlakı banka girov qoyaraq qaytarmaq şərtilə pul götürmək istədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, hər dəfə İddiaçı sənədləşmə arxasınca getməməsi üçün ona bu məqsədlə etibarnamə versin və İddiaçı 9 fevral 2022-ci il tarixində Bakı şəhəri 17 saylı notariat ofisinə gətirərək etibarnaməni almışdır. Etibarnaməni verməmişdən əvvəl İddiaçı 17 saylı notariat ofisinin əməkdaşına bildirmişdir ki, etibarnaməni hədiyyə edilən əmlakını Banka girov qoymaq üçün verir. Notariat ofisinin əməkdaşı bildirmişdir ki, standart etibarnamə forması vardır və həmin etibarnaməni verməklə etibar edilən şəxs ona verilən etibarnamə əsasında əmlakı Banka ipoteka ilə yüklü edə bilər. Bir müddət keçdikdən sonra Cavabdeh1 atasının İddiaçı hədiyyə etdiyi əmlakı Banka ipotekaya qoymadığından o, 08 iyul 2022-ci il tarixində Bakı şəhəri 17 saylı notariat ofisində 9 fevral 2022-ci il tarixində verdiyi etibarnaməni ləğv etdirmişdir. Bununla bağlı Cavabdeh1 heç bir məlumat verməmişdir. Qeyd edir ki, Maraqlı şəxs1 qızına əmlak hədiyyə etməkdə məqsədi onun və uşaqları – 16 noyabr 2009-cu il təvəllüdlü X6, 7 aprel 2013-cü il təvəllüdlü X7 və 5 noyabr 2014-cü il təvəllüdlü uşaq serebral iflici tetroplegik formalı xəstə olan X2 gələcəkdə evsiz qalmamalarının təmin edilməsi olmuşdur. Cavabdeh1 3 ay sonra Lənkəran rayonuna yaxın qohumunun nişan mərasiminə gələn İddiaçı etibarnamənin ləğv olunması barədə məlumat almış və ona uşaqlarının gözü önündə şiddət göstərərək əmlakın Banka ipoteka qoyulması üçün etibarnamə verməli olduğunu, əks təqdirdə öldürəcəyi ilə hədələmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh1 müşayiəti ilə Masallı regional Cavabdeh2ndə notariat ofisinə gəlmişdir. O, Cavabdeh1 hədəsi və təhdidi altında notariat əməkdaşına atası tərəfindən hədiyyə edilən əmlakının Banka ipotekaya qoyulması məqsədilə etibarnamə verməsini bildirmişdir. İddiaçı Cavabdeh1 notariat ofisinin əməkdaşı ilə səmimi söhbətinin şahidi olmuşdur. Cavabdeh1 həmin əməkdaşa əvvəl verilmiş etibarnamənin ləğv edildiyini demiş və həmin etibarnamənin təzələnməli olduğunu bildirmişdir. Notariat ofisinin xanım əməkdaşı etibarnamənin hansı səbəbdən ləğv edildiyini soruşmadan, notarius İddiaçı çağırmadan əmlakın Banka ipoteka qoyulması hüququnu verən etibarnaməni təzələmişdir. Etibarnamə İddiaçı oxunmamış və ona təqdim edilməmişdir. Etibarnamə İddiaçı təqdim edilməmiş, Cavabdeh1 verilmişdir. Proses başa çatdıqdan sonra Cavabdeh1 İddiaçı Lənkəran rayonu Separadi kəndində yerləşən evə gətirmiş və özünün isə işi olduğunu deyərək getmişdir. İddiaçı sonradan məlum olmuşdur ki, atası Maraqlı şəxs1 ona hədiyyə etdiyi torpağı və evi onun etibarından sui istifadə edilərək, qabaqcadan əlbir olaraq Cavabdeh1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən planlı şəkildə mənimsənilmişdir. Bundan başqa, Sumqayıt şəhəri 3 saylı notariat ofisində 9 oktyabr 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 2 saylı Sumqayıt regional ASAN xidmət mərkəzində notariat ofisində 25 fevral 2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bununla da Maraqlı şəxs1 tərəfindən hədiyyə edilən 0.03 ha torpaq sahəsi və üzərindəki ev cinayətkar qrup tərəfindən İddiaçı etibarından sui- istifadə edilməklə Cavabdeh1 adından verilmiş etibarnamə əsasında çıxarılmış və özgəninkiləşdirilmişdir. İddiaçı verdiyi məlumatdan bəlli olmuşdur ki, bütün bu hadisə Cavabdeh1 Bankdan kredit götürmək adı altında İddiaçı aldığı etibarnamədən sonra baş vermişdir və əvvəlcədən düşünülmüş şəkildə baş verən bütün bu proseslərdən onun xəbəri olmamışdır. Cavabdeh1 İddiaçı onun etibarından sui istifadə edərək aldatmış, onun və uşaqlarının gələcəyi üçün Maraqlı şəxs1 hədiyyə etdiyi torpaq və evi Maraqlı şəxs3 və Maraqlı şəxs2 ilə birlikdə ələ keçirmişlər. İddiaçı ona hədiyyə edilən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şossesi, sağ kənarında 0.03 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 285.3 kv.m olan fərdi evi qeyd edilən məlum səbəblərdən qoruya bilmədiyi üçün Maraqlı şəxs1 bu barədə məlumat vermişdir. Sonradan İddiaçı bəlli olmuşdur ki, Cavabdeh1 Maraqlı şəxs3 şəxsi borcu olmuşdur. Həmin borcdan İddiaçı məlumatı olmamış, Cavabdeh1 onun etibarından sui istifadə etməklə məqsədinə çatmaq üçün, yəni guya Bankdan kredit götürüb borcu bağlamaq üçün İddiaçı təzyiq və şiddət göstərərək, etibarnamə almış və atası tərəfindən hədiyyə edilən əmlakı Maraqlı şəxs3 satmışdır, satışdan əldə etdiyi vəsait isə ondan gizlədilmişdir. Cinayətkar qrupun üzvü olan Maraqlı şəxs3 cinayət əməlini ört basdır etmək üçün İddiaçı atası tərəfindən hədiyyə edilən əmlakı bacısı Maraqlı şəxs2 bağışlamışdır. Kərimli X8 vəkil sorğusu əsasında əldə etmişdir və oxuduqda ona məlum olmuşdur ki, etibarnamədə əmlakın Banka ipoteka qoyulmasından əlavə satılması və digər səlahiyyətlər verilmişdir. Bununla da İddiaçı aldanıldığını bilmiş, etibarnamə əmlakın Banka ipoteka qoyulması ilə deyil, alqı-satqı müqaviləsinin bağlanması məqsədilə alınmışdır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı mənafeyini qorumamışdır və etibarnamədən öz məqsədləri üçün istifadə etmişdir. Axundzadə X4 ər hüququndan sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, Maraqlı şəxs3 və Maraqlı şəxs2 ilə pis niyyətlə razılığa gəlməklə almış və onun çirkin hərəkəti İddiaçı ağır vəziyyətə düşməsi ilə nəticələnmişdir və bununla da Etibarnamə etibarsız sayılmalıdır. Axundzadə X3 öz şəxsi marağı üçün istifadə etmişdir. Bu etibarnamədən Maraqlı şəxs3 və Maraqlı şəxs2 yararlanmışdır. İddiaçının tələbi: Masallı regional Cavabdeh2ndə notariat ofisində xx.xx.2022-ci il tarixli, 14367 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin yazılı qaydada çıxışını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin adından iddia ərizəsini məhkəməyə təqdim etmiş və Masallı regional Cavabdeh2ndə notariat ofisində xx.xx.2022-ci il tarixli, 14367 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iş üzrə araşdırmanın obyektiv aparılması üçün Masallı regional Cavabdeh2ndə notariat ofisindən xx.xx.2022-ci il tarixli, 14367 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnaməyə dair iş qovluğunun məhkəməyə təqdim edilməsi və həmin tarixdə notariat əməliyyatını aparan notariat əməkdaşının şahid qismində məhkəmədə dindirilməsinə dair vəsatətləri təmin edilməmişdir. Masallı regional Cavabdeh2ndə notariat ofisinə göndərilmiş sorğular da cavabsız qalmışdır. Bununla yanaşı bildirmişdir ki, cavabdehlər tərəfindən də iddia ərizəsinə hər hansı bir etiraz verilməmişdir. İddiaçının mülkiyyət hüquqlarının pozulmasına əsas olmuş etibarnamə etibarsız hesab edilməlidir. İddiaçının hazırda mübahisələndirilən etibarnamədən öncə verdiyi etibarnaməni verməsi hazırkı iddianın təmin olunmamasına əsas ola bilməz. Belə ki, iddiaçının ikinci dəfə verdiyi etibarnamə qanun pozuntusu ilə rəsmiləşdirilmişdir. İddiaçıya etibarnaməni əmlakını məhz ipotekaya qoymaq üçün verildiyi bildirilsə də, etibarnamədə digər səlahiyyətlərin verilməsi iddiaçıya notarius tərəfindən izah edilməmişdir, halbuki bu qanunun tələbidir. Əlavə olaraq qeyd edir ki, etibarnamə birtərəfli əqddir. Axundzadə X4 iddiaçının hüququndan sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, Maraqlı şəxs3 və Maraqlı şəxs2 ilə pis niyyətlə razılığa gəlməklə almış və onun çirkin hərəkəti İddiaçı ağır vəziyyətə düşməsi ilə nəticələnmişdir və buna görə də etibarnamə etibarsız sayılmalıdır. Axundzadə X3 öz şəxsi marağı üçün istifadə etmişdir. Bu etibarnamədən Maraqlı şəxs3 və Maraqlı şəxs2 yararlanmışdır. Cavabdeh1 xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuş teleqramından görünür ki, o, iddia tələbini qəbul etmir və iddia tələbinin əsassız olmasının müəyyən edilməsi üçün notariat ofisindəki video kameralardakı görüntülərin məhkəmə tərəfindən əldə edilərək, işin hərtərəfli araşdırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 1079 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamədən görünür ki, X15 tərəfindən Cavabdeh1 Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi № **********02- 10301: qeydiyyat nömrəsi № **********, 31.01 2022-ci il tarixli çıxarışa əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 285.30 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi sənədləri Azərbaycan Republikası DƏDRX-nə təqdim edib adına 1 saylı arayış alıb həmin fərdi yaşayış evinin və torpaq sahəsinin alqı-satqısına sərəmcam verməyi, satmağı, bağışlamağı dəyişməyi ipoteka (girov) qoymağı, əmlakın satılması ilə əlaqədar adından razılıq ərizəsini imzalamağı və bu işlə əlaqədar banklardan ona çatası pulu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından notarial qaydada ərizə və ya ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 1079 reyestr nömrəsi ilə qeydə alınmış etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Masallı regional Cavabdeh2ndə notariat ofisində xx.xx.2022-ci il tarixli, 14367 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamədən görünür ki, X15 tərəfindən Cavabdeh1 Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi № **********02- 10301: qeydiyyat nömrəsi № **********, 31.01. 2022-ci il tarixli çıxarışa əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 285.30 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməyi sənədləri Azərbaycan Republikası DƏDRX-nə təqdim edib adına 1 saylı arayış alıb həmin fərdi yaşayış evinin və torpaq sahəsinin alqı-satqısına sərəmcam verməyi, satmağı, bağışlamağı dəyişməyi ipoteka (girov) qoymağı, əmlakın satılması ilə əlaqədar adından razılıq ərizəsini imzalamağı və bu işlə əlaqədar banklardan ona çatası pulu almağı buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından notarial qaydada ərizə və ya ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 verilmiş Masallı regional Cavabdeh2ndə notariat ofisində xx.xx.2022-ci il tarixli, 14367 reyestr nömrəsi ilə qeydə alınmış etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş reyestr nömrəsi № **********02- 10301 qeydiyyat nömrəsi № **********, 31.01 2022-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 285.30 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə X11 məxsusdur. Masallı regional Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 3-45-15/2-19/2024 nömrəli məktubundan görünür ki, məhkəmənin Masallı regional Cavabdeh2nə daxil olan 30 sentyabr 2024-cü il tarixli e-2(050)-2274/2024 nömrəli müraciətinə baxılmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, qeyd edilən şəxslərin xx.xx.2022-ci il tarixində mərkəzdə yerləşən notariat ofisinə müraciət edib-etməməsi ilə bağlı növbə sistemi vasitəsilə araşdırma aparılmışdır. Araşdırma nəticəsində qeyd edilən şəxslərin həmin tarixdə mərkəzdə yerləşən notariat ofisinə müraciət etmədiyi aşkar edilmişdir. Həmçinin bildiririk ki, mərkəzdə quraşdırılmış müşahidə və nəzarət kameralarının qeydə aldığı videogörüntülərin saxlama müddəti 1 aydır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. “Əqdin etibаrsız hеsаb еdilməsi” tələbinə dair tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsinə əsasən: Notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Notariuslar videoyazı vasitəsilə etibarnamələrin təsdiq edilməsinə, habelə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən etibarnamələrin verilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 2-ci bəndinin 1-ci abzasına əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius əqdləri və etibarnamələri təsdiq edir. Həmin Təlimatın 44-cü bəndinə əsasən Notariat qaydasında təsdiq edilən əqdlərin məzmunu ifadə olunan müqavilələr, vəsiyyətnamələr, etibarnamələr və digər sənədlər (ərizələr istisna olmaqla) azı iki nüsxədə tərtib edilir, bunlardan bir nüsxə notariat ofisində saxlanılır, digəri isə əqdin iştirakçılarına verilir. Bütün nüsxələr əqdin iştirakçıları tərəfindən imzalanır. Təsdiq qeydi də bütün nüsxələrdə aparılır. Əqd iştirakçılarının xahişi ilə aparılmış notariat hərəkətləri barədə “Elektron notariat” informasiya sistemindən çıxarış verilir. Həmin Təlimatın 75-ci bəndinə əsasən Notarius bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, etibarnamə verən və etibarnamə verilən şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi, şəxsiyyət vəsiqəsi üzrə digər məlumatlar (seriyası, nömrəsi, hansı orqan tərəfindən və nə vaxt verilməsi, eləcə də şəxsin doğum tarixi, fərdi identifikasiya nömrəsi), Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlaka sərəncam verilməsinə (özgəninkiləşdirilməsi, ipoteka və renta ilə yüklü edilməsi) dair etibarnamələrdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlara dair elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilmiş məlumatlar (qeydiyyat tarixi, reyestr nömrəsi və s.) göstərilməlidir. Həmin məlumatları informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, notarius daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına dair sənədləri tələb edərək, müvafiq məlumatları etibarnamədə qeyd edir. Etibarnamənin qüvvədə olma müddəti sözlə yazılır. Həmin Təlimatın 79-cu bəndinin 7-ci abzasına əsasən Etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Hazırki işin halları ilə müəyyən edilir ki, iddiaçı Kərimli X16 regional Cavabdeh2ndə notariat ofisində xx.xx.2022-ci il tarixli, 14367 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və əsas kimi etibarnaməni cavabdehin ona hədə qorxu gəlməsi ilə əlaqədar məcbur şəkildə verdiyini və etibarnamənin əmlakı banka girov qoyub pul götürmək məqsədi daşıdığına dair aldadılmasıdır. İddiaçı iddia ərizəsində iddia edir ki, etibarnamədə digər səlahiyyətlərin də Cavabdeh1 verilməsindən məlumatsız olmuşdur. Məhkəmə hesab edir ki, işin araşdırılmış halları ilə hazırki iddia tələbi üzrə iddia edilən hallar öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəf iddia tələbini sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddiaçı tərəfin təklifi ilə edilmiş məhkəmə sorğuları və sorğulara alınmış cavablar iddia tələbinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Məhkəmə sübutetmə yüklülüyünün iddiaçı tərəfin üzərinə düşməsini əsas gətirərək iddia tələbinin əsassız olması və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsini əsas götürməklə qeyd edir ki, iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Bundan əlavə İddiaçı aldadılmaqla cavabdehə etibarnamə verməsi ilə bağlı məsələyə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən daha əvvəl Cavabdeh1 verilmiş Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 1079 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə ilə də iddiaçı tərəfindən cavabdehə hazırda mübahisələndirilən etibarnamədə göstərilmiş eyni səlahiyyətlər verilmişdir. Qeyd edilən etibarnamə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İddiaçı tərəf iddia ərizəsində ilk etibarnamənin ləğv edilmə əsası kimi etibarnamədə əmlakın alqı-satqısına sərəmcam vermək, satmaq, bağışlamaq, əmlakın satılması ilə əlaqədar adından razılıq ərizəsini imzalamaq kimi hüquqların cavabdehə verilmiş olması əsası ilə deyil, Cavabdeh1 tərəfindən həmin etibarnamədən istifadə edilməməyi, əmlakın girov qoyulmaması əsası ilə ləğv edilməsini göstərmişdir. Həmçinin İddiaçı cavabdehin hədə qorxusu ilə məcburi şəkildə etibarnamə verməsi ilə bağlı məsələyə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən halın araşdırılması üçün notariat orqanına məhkəmə tərəfindən video-görüntünün götürülməsi üçün sorğu ünvanlanmış, lakin video görüntülərin saxlanma müddətinin 1 ay olması səbəbindən notariat orqanı tərəfindən görüntülərin təqdim edilməsinin mümkünsüz olması bildirilmişdir. Beləliklə məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1, Masallı Regional Cavabdeh2ndə Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı etibarnamənin еtibаrsız hеsаb еdilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Masallı Regional Cavabdeh2ndə Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı etibarnamənin еtibаrsız hеsаb еdilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar