Məhkəmə qərarları › İş №e-2(050)-2309/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2309/2025

27.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2309/2025 27.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştrakları ilə. İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 28 saylı evin, 18 saylı mənzilinin, Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 9 saylı evin, 3 saylı mənzilinin və Masallı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.04 ha torpaq sahəsinin İddiaçı ilə Cavabdeh arasında paylarına uyğun naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 28 saylı evin, 18 saylı mənzilində, Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 9 saylı evin, 3 saylı mənzilində və Masallı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evində və onun yerləşdiyi 0.04 ha torpaq sahəsində İddiaçı 1/2 hissə olan payının ümumi dəyərinin müəyyənləşdirilərək həmin payları almaqda üstünlük hüququ olan Cavabdeh tərəfindən payların dəyərinin İddiaçı ödənilməsi, sözügedən daşınmaz əmlaklardakı İddiaçı paylarının ümumi dəyərinin pul şəklində Cavabdeh tərəfindən İddiaçı ödənilməsindən imtina edildiyi təqdirdə Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 28 saylı evin, 18 saylı mənzilinin, Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 9 saylı evin, 3 saylı mənzilinin və Masallı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.04 ha torpaq sahəsinin açıq hərracda satılaraq, əldə olunacaq pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh məhkəməyə müraciət edərək, aralarında bağlanmış barışıq sazişlərinin təsdiq edilməsini və bu barədə qərardad çıxarılmasını xahiş etdilər. Həmçinin, tərəflər iş üzrə icraata xitam verilməsinin və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş 27 oktyabr 2025-ci il tarixli barışıq sazişində göstərilmişdir ki, tərəflər aşağıda qeyd edilən şərtlərlə razılığa gəldilər:

1. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri və Masallı Rayon Məhkəməsinin e-2(050)-1840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında müəyyənləşdirilmiş Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 9 saylı evin, 3 saylı mənzilindəki və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki və onun yerləşdiyi 0.04 ha torpaq sahəsindəki 1/2 hissədəki payından Cavabdeh xeyrinə imtina edir. Sözügedən mənzillər barışıq sazişi təsdiq edildikdən sonra təkcə Cavabdeh mülkiyyəti hesab edilir.

2. Cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri və Masallı Rayon Məhkəməsinin e-2(050)-1840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında müəyyənləşdirilmiş ünvan 2 ünvanında yerləşən mənzildəki 1/2 hissədəki payından İddiaçı xeyrinə imtina edir. Sözügedən mənzil barışıq sazişi təsdiq edildikdən sonra təkcə İddiaçı mülkiyyəti hesab edilir.

3. Cavabdeh tələbkar olaraq Masallı Rayon Məhkəməsinin e-2 (050)-1840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən “Ford Tranzit" markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına görə İddiaçı tərəfindən ona verilməli olan 7500 (yeddi min beş yüz) manat məbləğində pulun ödənilməsindən İddiaçı tərəfindən evlərdəki payın çox hissəsi ona verildiyi üçün imtina edir. 7500 (yeddi min beş yüz) manat məbləğində pul ödənilmiş hesab olunmaqla Cavabdeh tərəfindən tələb edilmir. Həmin iş üzrə icra şöbəsində olan işə xitam verilməsini xahiş edir.

4. Cavabdeh Masallı Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(050)- 1788/2024 saylı qətnaməsinə əsasən 12 iyul 2008-ci il təvəllüdlü X1 və 17 aprel 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan alimentin ödənilməsindən alimentin İddiaçı tərəfindən yuxarıda qeyd edilən evlərdəki payının çox hissəsinin ona verilməsi ilə əvəzləşdirildiyi üçün imtina edir. İddiaçı barışıq sazişi bağlanan dövrə kimi olan borclarının da tərəfindən silindiyini, həmin pulları tələb etmədiyini bildirməklə ödənilməsini istəmir. 03 iyul 2024-cü il tarixli, 2(050)-1788/2024 saylı qətnamənin icrası ilə bağlı icra şöbəsində olan işə xitam verilməsini xahiş edir. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız şazişin şərtləri etibarlı olur. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(050)-1840/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyəri tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə ilk iddianın qismən təmin edilməsi, İddiaçı ilə X2 arasında 24 avqust 2007-ci il tarixdə Masallı rayonu Musaküçə kənd icra nümayəndəliyində bağlanmış 23 saylı nikahın pozulması, 12 iyul 2008-ci il təvəllüdlü X1 və 17 aprel 2010-cu il təvəllüdlü X5 Cavabdeh yanında saxlanılması, ünvan 2 ünvanı Masallı rayon 1 saylı notariat kontorunun 4Ə-1-154 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınan, ünvan 4 ünvanı Masallı regional “ASAN xidmət” mərkzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 4Ə-581 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019cu il tarixdə Cavabdeh adına qeydiyyata alınan, Masallı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 1 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.04 ha torpaq sahəsi Astara rayon notariat kontorunun 4Ə-798 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınan əmlakların ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində İddiaçı paylarının müəyyən edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı “Ford Tranzit” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə edilmiş 15000 manat vəsaitin yarısı olan 7500 manat pul alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(050)-1788/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair iddiasının qismən təmin edilməsi, 14 may 2024-cü ildən başlayaraq cavabdeh İddiaçı 12 iyul 2008-ci il təvəllüdlü X1 və 17 aprel 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin 26 aprel 2024-cü il tarixli, 3-21-3-30/2-15391/2024 saylı məktubundan görünür ki, ünvan 2 ünvanı Masallı rayon 1 saylı notariat kontorunun 4Ə-1-154 reyestr nömrəli xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, ünvan 4 ünvanı Masallı regional “ASAN xidmət” mərkzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 4Ə-581 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Masallı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 1 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.04 ha torpaq sahəsi Astara rayon notariat kontorunun 4Ə-798 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını tədqiq edib hesab edir ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməklə iş üzrə icrata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı: 2(050)-2309/2025 saylı mülki iş üzrə aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri və Masallı Rayon Məhkəməsinin e-2(050)-1840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında müəyyənləşdirilmiş Masallı şəhəri, Qarabağ küçəsində yerləşən 9 saylı evin, 3 saylı mənzilindəki və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki və onun yerləşdiyi 0.04 ha torpaq sahəsindəki 1/2 hissədəki payından Cavabdeh xeyrinə imtina edir. Sözügedən mənzillər barışıq sazişi təsdiq edildikdən sonra təkcə Cavabdeh mülkiyyəti hesab edilir.

2. Cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri və Masallı Rayon Məhkəməsinin e-2(050)-1840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında müəyyənləşdirilmiş ünvan 2 ünvanında yerləşən mənzildəki 1/2 hissədəki payından İddiaçı xeyrinə imtina edir. Sözügedən mənzil barışıq sazişi təsdiq edildikdən sonra təkcə İddiaçı mülkiyyəti hesab edilir.

3. Cavabdeh tələbkar olaraq Masallı Rayon Məhkəməsinin e-2 (050)-1840/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən “Ford Tranzit" markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına görə İddiaçı tərəfindən ona verilməli olan 7500 (yeddi min beş yüz) manat məbləğində pulun ödənilməsindən İddiaçı tərəfindən evlərdəki payın çox hissəsi ona verildiyi üçün imtina edir. 7500 (yeddi min beş yüz) manat məbləğində pul ödənilmiş hesab olunmaqla Cavabdeh tərəfindən tələb edilmir. Həmin iş üzrə icra şöbəsində olan işə xitam verilməsini xahiş edir.

4. Cavabdeh Masallı Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(050)- 1788/2024 saylı qətnaməsinə əsasən 12 iyul 2008-ci il təvəllüdlü X1 və 17 aprel 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı tutulan alimentin ödənilməsindən alimentin İddiaçı tərəfindən yuxarıda qeyd edilən evlərdəki payının çox hissəsinin ona verilməsi ilə əvəzləşdirildiyi üçün imtina edir. İddiaçı barışıq sazişi bağlanan dövrə kimi olan borclarının da tərəfindən silindiyini, həmin pulları tələb etmədiyini bildirməklə ödənilməsini istəmir. 03 iyul 2024-cü il tarixli, 2(050)-1788/2024 saylı qətnamənin icrası ilə bağlı icra şöbəsində olan işə xitam verilməsini xahiş edir. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız şazişin şərtləri etibarlı olur. İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar