Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2314/2023 29.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh Mehdi oğlundan 4000 (dörd min) manat, ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat və müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün 10 (on) manat, ümumilikdə 4070 (dörd min yetmiş) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** CD *** dövlət qeydiyyat nişanlı, “Vaz 2106” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində Masallı şəhəri, X5 ilə Z.Əliyeva küçələrinin kəsişməsində Cavabdeh Mehdi oğlu tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** EP *** dövlət qeydiyyat nişanlı, “Mazda CX-9” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ** EP *** dövlət qeydiyyat nişanlı, “Mazda CX-9” markalı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 4000 (dörd min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Masallı RPİ tərəfindən TP ******* saylı X9 Haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh Mehdi oğlu həmin avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan, yəni sürücülük vəsiqəsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 01 aprel 2022-ci il tarixli 0447/22 nömrəli məktubla Cavabdeh Mehdi oğluna qarşı 4000 (dörd min) manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 10 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2019-cu il tarixində Vaz 2106 markalı və Mazda CX-9 markalı avomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Şirkət tərəfindən Mazda CX-9 markalı avomobilə dəymiş ziyan olaraq 4000 manat ödəniş edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh onun oğludur. Qeyd edilən qəza nəticəsində oğlu xəsarət almışdır. Qəza zamanı tərəflər arasında razılaşma olmuşdur və oğlu sığortaya dair hər hansı sənədi imza etməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli CM1588/19 saylı Sığorta aktından görünür ki, “Vaz 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.20218-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi sığortalamışdır. xx.xx.2019cu il tarixdə Masallı şəhəri, X5 ilə Z.Əliyeva küçələrinin kəsişməsində sığorta hadisəsi baş vermişdir. Bu zaman ** EP *** dövlət qeydiyyat nişanlı “Mazda CX-9” markalı avtomobil sığortalı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 4000 manatdır. X4 4000 manat sığorta ödənişi verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, ** EP *** dövlət qeydiyyat nişanlı “Mazda CX-9” markalı avtomobilə dəymiş zərərin ümumi miqdarı 4000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 135676 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 4000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan Masallı RPŞ-nin xx.xx.2019-cu il tarixli TP ******* nömrəli X9 haqqında elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli PQA ********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, ** CD *** dövlət qeydiyyat nişanlı, “Vaz 2106” markalı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi sığortalanmışdır. İş materiallarında olan Masallı RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli AP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Masallı şəhər sakini X6 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Masallı şəhər sakini Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.2-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin DYPB-nə göndərilməsi, X3 idarə etdiyi avtomobilə dəymiş olan ziyan sığorta şirkəti tərəfindən ödnilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2019-cu il tarixində Masallı şəhəri, X5 ilə Z.Əliyeva küçələrinin kəsişməsində idarə etdiyi ** CD *** dövlət qeydiyyat nişanlı, “Vaz 2106” markalı avtomobili ilə ** EP *** dövlət qeydiyyat nişanlı “Mazda CX-9” markalı avtomobillə toqquşmuş və qəza nəticəsində ** EP *** dövlət qeydiyyat nişanlı “Mazda CX-9” markalı nəqliyyat vasitəsinə zərər vurmuşdur. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə sığorta məbləği həddində 4000 manat məbləğində sığorta ödənişi etmişdir. Hazırda "xxxx" ASC 4000 manat pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş 10 manat rüsumu Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat və müvəqqəti təminat tədbiri ilə bağlı ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat, ümumilikdə 4070 (dörd min yetmiş) manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-2314/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2314/2023
29.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver