Məhkəmə qərarları › İş №e-2(050)-2314/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2314/2024

03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2314/2024 03.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair idda ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan əsas borca görə 661 manat ödənilmiş dövlət rüsumuna görə 31 manat və gələcəkdə satıcı tərəfindən hüquqi yardımdan istifadə etmək məqsədi ilə çəkiləcək 500 manat olmaqla ümumilikdə 1192 manat borc vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, işdən göründüyü kimi iddiaçı ilk olaraq borcun ödənilməsi barədə cavabdehə müraciət etməli olduğu halda, bunu etməmiş və cavabdeh tərəfin bu məsələ ilə bağlı imtinasını almadan və ya etmiş olduğu müraciətdə müəyyən olunmuş müddətdə cavab almadan birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə izah edir ki, iddiaçı mübahisə predmeti ilə bağlı cavabdehə etdiyi müraciətə müsbət nəticə əldə etmədiyi təqdirdə və bu barədə mübahisə yarandıqda işə məhkəmə icraatı qaydasında baxılması mümkündür. Azərbaycan Respublikası MPM-nin: 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsində iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyindən, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Odur ki, qeyd edilən mübahisə üzrə pretenziya qaydasına riayət edildikdən sonra sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263,264 və 279cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı Azlitbalkan BM” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar