Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2316/2025 01.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh6, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh9 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli Çıxarışla 1/10 pay mülkiyyətində olan Masallı rayonu Əhmədli kəndində yerləşən torpaq sahəsindən qanunsuz istifadəsi nəticəsində ona əldən çıxmış fayda formasında 4 il ərzində ziyan vurulduğuna görə cavabdehlərdən 16713,92 (on altı min yeddi yüz on üç manat doxsan iki qəpik) manat məbləğində pulun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 140,14 (yüz qırx manat on dörd qəpik) manat, vəkilin hüquqi xidmətinə görə ödənilmiş 300 (üç yüz) manat, notariat xərci kimi ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pulun alınıb ona verilməsi xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikah isə 05 noyabr 2009-cu il tarixdə rəsmi qaydada qeydə alınmışdır. Birgə nikah dövründə onların 18 oktyabr 1998-ci il təvəllüdlü Murad və 11 iyun 2007-ci il təvəllüdlü Adəm adlı iki övladı olmuşdur. Əvvəllər münasibətləri mehriban olsa da, sonradan aralarında narazılıqlar yaranmış və nəticədə ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(050)-206/2022 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların ananın himayəsində qalması və onların saxlanılması üçün Cavabdeh3 aliment tutulması qərara alınmışdır. Hələ birgə yaşadıqları dövrdə cavabdeh və onun ailə üzvləri ilə birlikdə onun da, birgə mülkiyyətində Masallı rayon Aqrar İslahat Komissiyasının 30 mart 1997-ci il tarixli qərarı əsasında verilmiş və Torpağa mülkiyyət hüququna dair JN 153, Kod 80518028 saylı Dövlət Aktında qeyd olunan Masallı rayonu Əhmədli kəndində yerləşən 2,64 ha pay torpaq sahəsi mövcud olmuşdur. Sonradan həmin Dövlət Aktı əsasında hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli Çıxarış verilmişdir. Lakin cavabdehlər onun payının müəyyən edilməsinə razılıq vermədiyindən, o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qətnaməsi ilə onun göstərilən torpaq sahəsində 1/10 pay hüququna malik olması müəyyən edilmişdir. Bundan sonra ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli yeni Çıxarış verilmiş və orada da, ümumilikdə 2,6439 ha torpaq sahəsində onun 1/10 payının olduğu təsdiqlənmişdir. Cavabdehlər torpaq sahəsində çiyələk, kartof və buğda əkib-becərmələrinə baxmayaraq, ayrılma vaxtından etibarən onun həmin torpaqdan istifadəsinə imkan vermirlər. Beləliklə, cavabdehlərin 4 ildir torpaq sahəsini əkib-becərməsi nəticəsində onun torpaqdan istifadə hüququ pozulmuş və o, bu müddət ərzində torpaqdan istifadə, məhsul əldə etmək imkanından məhrum olmaqla ziyana uğramışdır.
3. Cavabdeh3 etirazı: İddiaçı ona və digər cavabdehlərə qarşı pul tələbi barədə iddia qaldırmışdır. O, iddia tələbini qəbul etmir, iddianın qanunsuz və əsassız olduğunu bildirərək rədd edilməsini tələb edir. Aşağıdakı fikirlərlə iddia tələbinin qanunsuz olduğunu sübut edir: İddiaçı onunla rəsmi nikahda olmuş, münasibətlər pozulduğuna görə nikah məhkəmə qaydasında pozulmuş və tərəflər ayrılmışdır. Ümumi birgə istifadədə olan pay torpaq sahəsi mövcud olmuş, həmin torpaq sahəsi üzərində tərəflər arasında heç vaxt mübahisə yaranmamışdır. İddiaçı hələ nikah dövründə də, torpaq sahəsini əkib-becərməmişdir. O, dövlət işində çalışdığından torpaq sahəsinin əkilməsində maraqlı olmamışdır. Nikah pozulduqdan sonra iddiaçı öz payına düşən torpaq sahəsini tələb etmiş, o, da, buna etiraz etməyərək ümumi mülkiyyətdə olan torpaq sahəsini göstərmiş və istədiyi yerdən ayıra biləcəyini bildirmişdir. Həmçinin izah etmişdir ki, reyestr xidmətindən mütəxəssislər dəvət olunaraq bölgü aparılsın və iddiaçı öz adına çıxarış alsın, buna da, heç bir etiraz edilməmişdir. Lakin iddiaçı heç bir əsas olmadan cavabdehlərə qarşı məhkəmədə iddia qaldıraraq torpaq sahəsi üzərində pay hüququnun tanınmasını tələb etmişdir. Sonradan iddiaçı torpaq sahəsini naturada özü tələb etməmiş, o və digər cavabdehlər də, onun torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. 2022-ci ildə öz torpaq sahəsini qonşusu Sadiq adlı şəxsə icarəyə vermişdir. Hazırda həmin torpaq sahəsi icarədar tərəfindən əkilib-becərilir. Heç vaxt iddiaçının torpaq sahəsini əkməmiş, onun torpaq sahəsindən istifadə etməmişdir. İddiaçının irəli sürdüyü fikirlər əsassızdır, şər və böhtandan ibarətdir. Bundan əlavə bildirir ki, verilmiş torpaq sahəsi normadan artıqdır və sahənin içində bələdiyyə mülkiyyəti də, mövcuddur. İddiaçıya məxsus torpaq sahəsi isə əkilməmiş qalmışdır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, 2023-cü ildə torpaq sahəsinin 2,14 hektarı, 2024 və 2025-ci illərdə isə 1,63 hektarı əkilmişdir. Bu hal da, göstərir ki, o və digər cavabdehlər heç vaxt iddiaçıya məxsus torpaq sahəsini əkməmişlər. Cavabdeh yalnız özünə məxsus təxminən 0,26 hektar torpaq sahəsini icarəyə vermişdir. Buna görə də, hesab edir ki, iddia tələbinə cavab verməli olan şəxs özü deyil, çünki 2022-ci ildən torpaq sahəsini icarəyə vermiş və halhazırda da, torpaq sahəsi icarədədir. İddiaçı nə vaxt torpaq sahəsini naturada ayırmaq istəsə, ona heç vaxt maneçilik törədilməmişdir. O və digər cavabdehlər tərəfindən iddiaçıya qarşı heç bir əngəl yaradılmamışdır. Məhkəmə iclaslarında dəfələrlə onun tərəfindən qeyd olunmuşdur ki, iddiaçıya düşən torpaq payını istədiyi vaxt və istədiyi yerdən ayıraraq istifadə edə bilər. Yuxarıda göstərilənlər nəzərə alınaraq iddianın əsassız olduğunu bildirir və onun rədd edilməsini xahiş edir.
Tərəflərin izahatları:
4. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ona vurulmuş ziyanın ödənilməsini istəyir. Atası cavabdehlərin əmisi oğlanları vasitəsi ilə ona aid torpağın ayrılıb verilməsi ilə bağlı cavabdehlərə söz göndərmişdir. Cavabdehlər isə bildirmişlər ki, torpaq sahəsi onların övladlarına çatacaqdır. Lakin həmin sözü cavabdehlərdən kimi deməsini bilmir. Özü şəxsən, ya da, yazılı qaydada torpaq sahəsində əkib-becərmək üçün ona verilməsi ilə bağlı cavabdehlərə müraciət etməmişdir. Eyni zamanda cavabdehlərin nə qədər məhsul əldə etməsi və onun satışından nə qədər gəlir əldə etməsi barədə məlumatı yoxdur. Ona görə də, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh6 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır. İddiaçı ilə 2022-ci ildə ayrılmışlar. İddiaçının əmlakına heç kəs tərəfindən müdaxilə edilməyib və həmin hissə hal-hazırda boşdur. İddiaçı özünə aid torpaq sahəsini əkmək üçün heç vaxt müraciət etməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil2 iddianı qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, elektron məhkəmə sistemi vasitəsilə Cavabdeh7 və Cavabdeh9 istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə, əlavə olaraq Cavabdeh9 elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh9 04 avqust 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq İddiaçı onu və X2 narahat etməməsini, onlara aidiyyəti olmadığını, öz keçmiş ərindən tələb etməsini bildirmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
11. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
12. Masallı Rayon Məhkəməsinin 2(050)-206/2022 nömrəli 10 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 və cavabdeh X7 arasında bağlanmış 05 noyabr 2009-cu il tarixli, 67 saylı nikah akt qeydinin pozulması, 11 iyun 2007-ci il təvəllüdlü X3 anası X5 yanında saxlanılması, 11 iyun 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin Cavabdeh3 alınaraq X6 ödənilməsi qət edilmişdir.
13. Masallı Rayon Məhkəməsinin 2(050)-1845/2024 nömrəli 23 iyul 2024-cü il tarixli qətnaməsindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli Çıxarışla İddiaçı, Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh9 ümumi birgə mülkiyyətlərində olan 2.6439 ha kənd həyətyanı torpaq sahəsində ümumi birgə mülkiyyət hüququna xitam verilməsi və həmin torpaq sahəsində onların hər birinin mülkiyyət payının 1/10 hissə müəyyən edilməsi qət edilmişdir.
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli çıxarışından görünür ki, Masallı rayonu, Əhmədli kəndində yerləşən xüsusi mülkiyyətdə olan, sahəsi 2.6439 ha təşkil edən kənd təsərrüfatı təyinatlı torpaqları – Cavabdeh3, Cavabdeh8, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh9, Cavabdeh5, Cavabdeh7 və 16 dekabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı 1/10 hissədə paylı mülkiyyətindədir.
15. Torpaq sahəsi haqqında 2021-2022-ci illər üzrə məlumatın surətindən görünür ki, Cavabdeh3 0.64 hektar torpaq sahəsində 10 ton yazlıq Kartof Agila (elit) və 2 hektar torpaq sahəsində 5 ton payızlıq bərk buğda – Bərəkətli 95 (digər) əkilməsini bəyan etmişdir.
16. Torpaq sahəsi haqqında 2022-2023-cü illər üzrə məlumatın surətindən görünür ki, Cavabdeh3 0.64 hektar torpaq sahəsində yazlıq 7 ton Kartof Aqriya (digər), 1 hektar torpaq sahəsində çoxillik 20 ton Çiyələk, bağ çiyələyi – Festivalnaya, 0.5 hektar torpaq sahəsində payızlıq 1 ton Vələmir Azərbaycan 60 (digər) və 0.5 hektar torpaq sahəsində payızlıq 1 ton Payızlıq bərk buğda – Bərəkətli 95 (digər) əkilməsini bəyan etmişdir.
17. Torpaq sahəsi haqqında 2023-2024-cü illər üzrə məlumatın surətindən görünür ki, Cavabdeh3 1.63 hektar torpaq sahəsində çoxillik 5 ton Çiyələk, bağ çiyələyi – Festivalnaya və 0.5 hektar torpaq sahəsində payızlıq 1,2 ton Vələmir Azərbaycan 60 (digər) əkilməsini bəyan etmişdir.
18. Torpaq sahəsi haqqında 2024-2025-ci illər üzrə məlumatın surətindən görünür ki, 0.3 hektar torpaq sahəsində payızlıq 1 ton Vələmir Azərbaycan 60 (digər) və 1.63 hektar torpaq sahəsində çoxillik 5 ton Çiyələk, bağ çiyələyi – Festivalnaya əkilməsini bəyan etmişdir.
19. Masallı Bazar ASC tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli arayışın surətindən görünür ki, hazırda bazarda çiyələyin qiyməti keyfiyyətindən asılı olaraq dəyişir. Orta bazar qiyməti isə 1 kq çiyələk üçün 4 manat təşkil edir.
20. Masallı Bazar ASC tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli arayışın surətindən görünür ki, hazırda bazarda kartof və buğdanın qiyməti keyfiyyətindən asılı olaraq dəyişir. Orta bazar qiyməti isə 1 kq kartof üçün 0.70 manat, 1 kq buğda üçün 0.40 manat təşkil edir.
21. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin 15 aprel 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Masallı rayonunun Təzə Alvadı (Əhmədli) kənd inzibati ərazi dairəsində 2023-cü ildə 1,0 hektardan orta hesabla 87,4 sentner çiyələk məhsulu istehsal edilmişdir.
22. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Masallı rayon Statistika İdarəsinin 03 fevral 2025-ci il tarixli məktubunun surətindən görünür ki, Masallı rayonunun Təzə Alvadı (Əhmədli) kənd inzibati ərazi dairəsində 2024-cü ildə 1,0 hektardan orta hesabla buğda üzrə 24,4 sentner, kartof üzrə 176.0 sentner məhsul istehsal edilmişdir.
23. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 30 oktyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN-153 saylı dövlət aktına əsasən Masallı rayonu Əhmədli kəndində yerləşən 2.6439 ha pay torpaq sahəsinə 10 aprel 2023-ci il tarixdə **********63 reyestr nömrəli çıxarış verilmişdir. Daşınmaz əmlakın (torpaq sahəsi) payçıları tərəfindən 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə müraciət ediləcəyi təqdirdə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında payların bölgü sxemi hazırlanaraq notariat qaydasında təsdiq edildikdən sonra hər bir payçının mülkiyyət hüquqları ayrıca qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilə bilər. Tərəflərin qarşılıqlı razılığı olmadığı təqdirdə payçılar tərəfindən naturada payların bölgüsü üçün müvafiq olaraq üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət olunmalıdır. Daşınmaz əmlakın (torpaq sahəsinin) payçıları tərəfindən 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə müraciət edildiyi halda, mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında payların bölgü sxemi hazırlanaraq notariat qaydasında təsdiq olunduqdan sonra hər bir payçının mülkiyyət hüquqları ayrıca qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilə bilər. Tərəflər arasında qarşılıqlı razılıq olmadığı halda, payçılar tərəfindən torpaq sahəsinin naturada bölgüsü üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət olunmalıdır.
24. 27 may 2025-ci il mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 141 manat dövlət rüsumu ödəmişdir.
25. 27 may 2025-ci il tarixli № EM-417VK-27990/25 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləsindən görünür ki, müraciət edən və hüquqi yardım göstərilən (müdafiə edilən) şəxs İddiaçı Pul (ziyanın ödənilməsi) tələbinə dair mülki iş üzrə hüquqi yardım göstərilməsi üçün vəkil Nümayəndə ilə müqavilə bağlamışdır.
26. 27 may 2025-ci il tarixli 26447 nömrəli “mpay” ödəniş aparat vasitəsi ilə ödənilmiş qəbzin surətindən görünür ki, İddiaçı hüquqi yardıma görə 300 manat məbləğində ödəniş etmişdir.
İşin faktiki halları:
27. Məhkəmə iclasında müəyyən olundu ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 1845/2024 nömrəli 23 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli Çıxarışla İddiaçı cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan 2.6439 ha kənd həyətyanı torpaq sahəsində ümumi birgə mülkiyyət hüququna xitam verilmiş və həmin torpaq sahəsində onların hər birinin mülkiyyət payının 1/10 hissə müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli 16 dekabr 2024-cü il tarixli çıxarışına əsasən Masallı rayonu, Əhmədli kəndində yerləşən xüsusi mülkiyyətdə olan, sahəsi 2.6439 ha təşkil edən kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı 1/10 hissədə paylı mülkiyyətindədir. Hazırda İddiaçı cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələri nəticəsində ona 4 il ərzində əldən çıxmış fayda formasında ziyan dəydiyini bildirərək onlardan 16713,92 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. 103.3-cü maddəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir.
30. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
Məhkəmənin mövqeyi:
32. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
33. Yuxarıda göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
34. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. İddiaçı cavabdehlərdən torpaq sahəsindən qanunsuz istifadə etmələri nəticəsində 4 il ərzində əldən çıxmış fayda formasında dəymiş ziyanın ödənilməsini tələb etməsi ilə bağlı ilk növbədə məhkəmə onu qeyd edir ki, tərəflərin torpaq sahəsində payı müəyyən olunsa da, iddiaçının torpaq sahəsində payı naturada ayrılmamışdır. Bundan başqa iddiaçı cavabdehlərin onun torpaq sahəsindən istifadə etməsi, istifadə etdiyi təqdirdə gəlir əldə edib-etməmələri, etdikləri təqdirdə nə qədər gəlir əldə etmələri barədə hər hansı halı sübuta yetirməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Bundan başqa iddiaçı onun payına düşən torpaq sahəsinin cavabdehlərin sahibliyində olması, sahibliklərində olduğu halda isə gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək üçün cavabdehlərə müraciət etməmiş, etdiyi halda bu halı sübut edə bilməmişdir. Həmçinin məhkəmə baxışı iclasında İddiaçı izahatında bildirmişdir ki, şəxsən, ya da, yazılı qaydada torpaq sahəsində əkin etmək üçün torpaq sahəsinin ona verilməsi ilə bağlı cavabdehlərə müraciət etməmişdir. Bununla yanaşı Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçı özünə aid torpaq sahəsini əkmək üçün heç vaxt onlara müraciət etməmişdir.
36. Göründüyü kimi iddiaçının torpaq sahəsində 1/10 hissədə mülkiyyət payı 16 dekabr 2024-cü il tarixdə qeydə alınmasına baxmayaraq, əmlakdan istifadənin qanunsuz olduğunu hesab etdiyi halda gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək üçün cavabdehlərə müraciət etməmişdir. Bundan başqa torpaq sahəsi haqqında məlumatlardan görünür ki, Cavabdeh3 2023-2024-cü illərdə 2,13 hektar torpaq sahəsində, 2024-2025-ci illərdə isə 1,93 hektar torpaq sahəsində əkin olması barədə məlumat vermişdir. İddiaçının torpaq sahəsində 1/10 hissə payı 2.6439 ha sahənin 0,26439 hissəsini təşkil edir ki, həmin hissədə 2023-cü ildən 2025-ci ilədək əkin olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə baxışının hədləri:
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmə xərcləri:
38. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
39. Məhkəmə iddia tələbinin vəkilin xidmətinə görə ödədiyi 300 (üç yüz) manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının özünün məhkəmə vəkillə təmsil olunması üçün seçim xüsusiyyətinə malik olması, daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından məhkəmədə keyfiyyətli hüquqi yardım almaq məqsədi ilə vəkillə müqavilə bağlaması və bu məsələ ilə bağlı cavabdehdən vəsait tələb olunması əsassızdır. Ona görə iddia tələbi həmin hissədə, də təmin edilməməlidir.
Nəticə:
40. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
41. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov