Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2423/2024 29.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, cavabdehlə razılıq əldə edildiyini bildirmiş, odur ki, işin baxılmamış saxlanılmasını, ödənilmiş dövlər rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2. maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********79) 30,36 manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər İddiaçınə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi **********79) 30,36 (otuz manat, otuz altı qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-2423/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2423/2024
29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver