Məhkəmə qərarları › İş №e-2(050)-255/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-255/2024

06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-255/2024 06.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh, üçüncü şəxs X2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun günahı nəticəsində baş vermiş yol hərəkəti qəzasından sonra mülkiyyətində olan ** BC *** dövlət nömrə nişanlı, 2005-ci il istehsalı olan OPEL ASTRA (xetçbek) markalı, açıq boz metallik rəngli minik avtomobilinin təmiri üçün çəkdiyi 5880 manat xərcin (real zərərin), qəzadan sonra keşən 04 ay üçün hər ay 600 (altı yüz) manat icarə (günlük 20 manat) haqqı olmaqla, 2400 manat məbləğində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda), 105 manat ödədiyi məhkəmə rüsumunun, cəmi 8385 (səkkiz min üç yüz səksən beş) manat pul məbləğinin, bundan başqa işə baxılması ilə əlaqədar məsrəflər olaraq vəkilə etibarnamə vermək üçün ödədiyi 17 manat 25 qəpik notarius xərcinin, vəkillə müqavilə üçün ödədiyi 99 manat ödəniş haqqının və vəkilin (nümayəndənin) Xırdalan şəhərindən Masallı şəhərinə gəlib-qayıtması üçün hər dəfə 50 manat və ağlabatan olaraq azı üç dəfə gəliş-gedişə 150 manat yol xərcinin, cəmi 266 (iki yüz altımış altı) manat 25 qəpik pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh günahı nəticəsində baş vermiş yol hərəkəti qəzasından sonra mülkiyyətində olan ** BC *** dövlət nömrə nişanlı, 2005-ci il istehsalı olan OPEL ASTRA (xetçbek) markalı, açıq boz metallik rəngli minik avtomobilinin təmiri üçün çəkdiyi 6030 manat xərcin (real zərərin), qəzadan sonra keşən 04 ay üçün hər ay 600 (altı yüz) manat icarə (günlük 20 manat) haqqı olmaqla 2400 manat məbləğində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda), 105 manat ödədiyi məhkəmə rüsumunun, cəmi 8535 (səkkiz min beş yüz otuz beş) manat pul məbləğinin, bundan başqa işə baxılması ilə əlaqədar məsrəflər olaraq vəkilə etibarnamə vermək üçün ödədiyi 17 manat 25 qəpik notarius xərcinin, vəkillə müqavilə üçün ödədiyi 99 manat ödəniş haqqının və vəkilin (nümayəndənin) Xırdalan şəhərindən Masallı şəhərinə gəlib-qayıtması üçün hər dəfə 50 manat və ağlabatan olaraq azı üç dəfə gəliş-gedişə 150 manat yol xərcinin, cəmi 266 (iki yüz altımış altı) manat 25 qəpik pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ** BC *** dövlət nömrə nişanlı, 2005-ci il istehsalı olan OPEL ASTRA (xetçbek) markalı, açıq öz metallik rəngli minik avtomobilini “Nəqliyyat vasitəsinə sərancam verilməsinə dair” xx.xx.2022-ci il tarixli etibarnamə əsasında oğlu, hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 etibar etmişdir, oğluda öz növbəsində (onun razılığı əsasında) “Nəqliyyat vasitəsini idarə etməyə dair” xx.xx.2022-ci il tarixli, etibarnamə ilə hər gün üçün 20 (iyirmi) manat ödəmək şərti ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün hazırki iş üzrə Cavabdeh vermişdir. Bir müddət belə davam etmişdir. Cavabdeh avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur və hər gün üçün 20 (iyirmi) manat məbləğində vəsaiti hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ödəmişdir. Oğluda öz növbəsində həmin pulu ona verir və ya ailənin xərclərinə ödəmişdir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixdə Masallı şəhərində sözügedən avtomobil ilə ağır yol qəzası keçirmiş və avtomobilə ciddi ziyan dəymişdir. Bundan sonra cavabdeh onlarla əlaqə saxlayıb hadisə barədə məlumat vermiş və bildirmişdir ki, avtomobili təmir etmək üçün pulu yoxdur. Əgər 3000 (üç min) manat verilərsə oda Masallı şəhərində tanıdığı ustalara təmir etdirər və bundan sonra hər gün ödədiyi 20 manatla yanaşı həmin 3000 manatı da aylara bölüb ödəyər. Onlar avtomobilin Bakı şəhərinə gətirilmə xərclərinin çox olmasını, həm də usta xərclərinin yüksəkliyini nəzərə alaraq bununla razılaşmışlar. Oğlu Ənnağı 3000 (üç min) manat vəsaiti cavabdehin verdiyi kart hesabına köçürülmüşdür. Bundan sonra xeyli vaxt keçmişdir. Cavabdehlə hər dəfə əlaqə saxlayanda cavabdeh təmir işlərinin getdiyini demişdir. Nəhayət üç aydan sonra onlara demişdir ki, vəsait çatışmır və əlavə pula ehtiyac var. Bundan sonra cavabdeh oğlu Ənnağını 29 oktyabr 2023-cü il tarixdə Masallı şəhərinə göndərmişdir. Məlum olmuşdur ki, avtomobilə hələ ki, xeyli xərc lazımdır. Verdikləri 3000 manat vəsaitlə görülmüş təmir işləri isə çox keyfiyyətsizdir. Həmin vaxt cavabdeh Bakı şəhərində olduğundan cavabdehlə telefon əlaqəsi saxlanılmış və cavabdeh bildirmişdir ki, bəzi xırda detallar lazımdır. Qalan məsələləri özü həll edəcəkdir. Bir neçə gün keçmişdir. Cavabdehə bəzi detalları alıb göndərmişlər, yenə də avtomobil hazır vəziyyətə gətirilməmişdir. Nəhayət onlar avtomobili Bakı şəhərinə gətirməli olmuşlar. Cavbdehlə əlaqə saxlayıb bildirmişlər ki, avtomobilin hazır vəziyyətə gətirilməsi üçün əlavə xərclər lazım olacaqdır. Belə ki, aparılmış təmir işləri keyfiyyətsizdir. Əlavə edilmiş detalların əksəriyyəti işlək deyildir. Bu vəziyyətdə avtomobili istismar etmək mümkün deyildir. Cavabdehdə öz növbəsində sonda bütün xərcləri ödəyəcəyini bildirmişdir. Nəhayət qəzadan 4 ay sonra, yəni 7 noyabr 2023-cü il tarixdə avtomobil işlək vəziyyətə gətirilmişdir. Sonda isə təmirə ümumi olaraq 5880 (beş min səkkiz yüz səksən) manat pul xərclənmiş və keçən 4 ay üçün hər ay 600 (altı yüz) manat icarə (günlük 20 manat) haqqı olmaqla, 2400 (iki min dörd yüz) manat məbləğində real gəlirdən məhrum olmuşdur. O, hələ 2022-ci iln dekabrında Almanıyada xüsusi olaraq seçilmiş, heç bir detalı dəyişməmiş, rənglənməmiş, hava yastıqları açılmamış bir avtomobinin demək olar ki, bütün işlək detalları dəyişmiş, tam şəkildə astarlanaraq (Şpatlevka) rənglənmiş, hava yastıqları açılmış bir avtomobilə çevrilməsi ilə qiymətinin xeyli aşağı düşməsini nəzərə almamışdır. Məlum məsələdir ki bundan sonrakı istismarında da avtomobildə qəzanın fəsadları olacaq və əlavə xərclər tələb edəcəkdir. Avtomobil cavabdehin səhvi üzündən qəzaya düşüb və bu üzdən də ona dəyən zərərin cavabdehdən alınaraq ona verilməsini istəyir. Bundan başqa vəkilə etibarnamə üçün 17 manat 25 qəpik notarius xərci, vəkillə müqavilə üçün 99 manat ödəniş haqqı və vəkilinin (nümayəndənin) Xırdalan şəhərindən Masallı şəhərinə gəlib-qayıtması üçün hər dəfə 50 manat və ağlabatan olaraq azı üç dəfə gəliş-gedişə 150 manat xərci çıxacaqdır. Bu səbəbdən də iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ** BC *** dövlət nömrə nişanlı, 2005-ci il istehsalı olan OPEL ASTRA (xetçbek) markalı, açıq öz metallik rəngli minik avtomobilini Bakı şəhərinə gətirdikdən sonra cavbdehlə əlaqə saxlayıb bildirmişdir ki, avtomobilin hazır vəziyyətə gətirilməsi üçün əlavə xərclər lazım olacaqdır. Sonda isə təmirə yeni şitin alınmasına 280 manat, iki ədəd hava yastığına 60 manat, sükan üçün 100 manat, bar üçün 60 manat, sobanın radiatoru üçün 40 manat, travers üçün 100 mant, hava korrektoru üçün 140 manat, 2 ədəd şaravoy sırğa üçün 40 manat, ventiliyator üçün 60 manat qabaq naklatka üçün 20 mant, stupitsa üçün 160 mant, abs datçik üçün 50 manat, mühərrik və sürətlər quqtusu yastıqları üçün 90 manat, akumiliyator üçün 100 manat, pompa üçün 60 manat, termostat üçün 40 manat, 1 ədəd arxa dayanma işığı (stop) üçün 90 manat, 1 ədəd yan güzgü üçün 190 manat, qabaq fara üçün 180 manat, sobanın termoststının salniki üçün 90 manat, karterin təmiri, praklatka və geramika üçün 70 manat, sükanın lentası üçün çaşka üçün 60 manat, iki krelaltı lenta üçün (podkrelnik) 100 manat, sükanın kalonkası və yağı üçün 140 manat OPEL ASTRA (xetçbek) markalı, açıq boz metallik rəngli minik avtomobilinin təmiri üçün çəkdiyi 6030 manat, yeni şüşəsilənlər, evakuvator üçün 180 manat və fartok üçün 100 manat və ümümi zəhmət haqqı üçün 500 manat olmaqla 2920 manat və əlavə olaraq da avtomobil Masallı rayonunda olarkən bir dəfə 60 manat və bir dəfə də 50 manat dəyərində ehtiyat hissəsi alaraq cavabdehə göndərmişdir (3000 manatdan başqa). Beləkillə də əvvəldən cavabdehə verdiyi 3000 manatıda hesablayaraq ümumi olaraq 6030 (altı min otuz) manat pulu xərclənib və keşən 4 ay üçün hər ay 600 (altı yüz) manat icarə (günlük 20 manat) haqqı olmaqla, 2400 (iki min dörd yüz) manat məbləğində real gəlirdən məhrum olmuşdur. İddiaçı hələ 2022-ci iln dekabrında Almaniyada xüsusi olaraq seçilmiş, heç bir detalı dəyişməmiş, rənglənməmiş, hava yastıqları açılmamış bir avtomobinin demək olar ki, bütün işlək detalları dəyişmiş, tam şəkildə astarlanaraq (Şpatlevka) rənglənmiş, hava yastıqları açılmış bir avtomobilə çevrilməsi ilə qiymətinin xeyli aşağı düşməsini nəzərə almır. Məlum məsələdir ki bundan sonrakı istismarında da avtomobildə qəzanın fəsadları olacaq və əlavə xərclər tələb edəcəkdir. Avtomobil cavabdehin səhvi üzündən qəzaya düşüb və buna görə də ona dəyən zərərin cavbadehdən alınaraq iddiaçıya verilməsini istəyir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin və ücüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasının 26 fevral 2024-cü il tarixli protokolundan görünür ki, Cavabdeh iddianı etiraf etməmiş, onun iddiaçıya ziyanla bağlı borcunun qalmamasını, ziyanı tam olaraq ödənilməsini bildirsədə bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; BD 318115 nömrəli X3 Şəhadətnaməsindən görünür ki, ** BC *** dövlət qeydiyyat nömrəli, Opel Astra minik markalı avtomobilin sahibi İddiaçıdır. 25 dekabr 2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, mülkiyyətçi İddiaçı, səlahiyyət ötürülən X4, etibar edilən Cavabdeh Opel Astra minik markalı, ** BC *** dövlət qeydiyyat nömrəli avtomobili xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibar edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X5 (cavabdehin arvadı) adına 2490 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Masallı Rayon Məhkəməsinin hesabına 105 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzlə kart hesabından kart hesabına 100 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə kart hesabından maliyyə xidmətləri üçün 10 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, ********* nömrəli qəbzlə kart hesabından kart hesabına 750 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə kart hesabından maliyyə xidmətləri üçün 1490 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, 108911 nömrəli qəbzdən görünür ki, 48 litr Aİ-92 yanacaq üçün 48 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 105778 nömrəli qəbzdən görünür ki, yanacaq üçün 52 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzlə kart hesabından 45 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzlə kart hesabından 52 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/3366/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X8 VÖEN: **********” tərəfindən tərtib edilmis qüsur aktında 2005-ci il buraxılışlı "Opel Astra" markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3165 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh avtomobilin təmiri üçün çəkilmiş xərcə görə 6030 manat pul, əldən çıxmış faydaya görə 600 manat məbləğində pul alınıb iddiaçıya verilməsi işin faktiki və hüquqi hallarına uyğun olmaqla əsaslı hesab edilir. Məhkəmə iddianın 105 manat məbləğində dövlət rüsumunun və 99 manat hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə əsaslı hesab etsə də, 17.25 (on yeddi, iyirmi beş) manat məbləğində notarius xərcinin tutulması və vəkilinin (nümayəndənin) Xırdalan şəhərindən Masallı şəhərinə gəlib-qayıtması üçün hər dəfə 50 manat və ağlabatan olaraq azı üç dəfə gəliş gedişə 150 manat yol xərcinin tutulmasına münasibətdə iddianı tam olaraq əsaslı hesab etmir. Belə ki, iş materiallarına qeyd edilən məbləğlərin ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən isə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə cavabdehdən dövlət rüsumu üçün 105 manat, hüquqi xidmətin göstərilməsi üçün isə 99 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmiri üçün çəkilmiş xərcə görə 6030 manat, əldən çıxmış faydaya görə 600 manat, 105 manat ödənilmiş dövlət rüsumu, 99 manat hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş pul olmaqla, cəmi 6834 (altı min səkkiz yüz otuz dörd) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat alınaraq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar