Məhkəmə qərarları › İş №e-2(050)-2856/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2856/2023

04.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2856/2023 04.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Masallı rayonu, Qızılağac kəndində yerləşən JN-453 saylı şəhadətnaməyə əsasən cavabdehin adına olan 0.8 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə tərəfindən çəkilmiş təmir xərcinin əvəzi kimi 3.000 manat pulun onun xeyrinə tutulması; Cavabdeh Rütəm qızı və digər şəxslərin Masallı rayonu, Qızılağac kəndində JN-452A saylı şəhadətnamə üzrə 0.10 ha torpaq sahəsində yerləşən 1 mərətəbəli, 2 otaqlı fərdi yaşayış evindən çıxarılmaları; onun Masallı rayonu, Qızılağac kəndində JN-452A saylı şəhadətnamə üzrə 0.10 ha torpaq sahəsində yerləşən 1 mərətəbəli, 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi; Masallı rayonu, Qızılağac kəndində JN-452A saylı şəhadətnamə üzrə 0.10 ha torpaq sahəsində yerləşən 1 mərətəbəli, 2 otaqlı fərdi yaşayış evindən və evin yerləşdiyi 0.10 ha torpaq sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasının cavabdehlərə qadağan olunaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; İddia ərizəsindən görünür ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmişdir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar