Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3138/2024 05.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8214 manat pulun və 103 manat dövlət rüsumunun əvəzinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qohumu Cavabdeh ilə əvvəllər aralarında mübahisələri və ədavətləri olmamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Anar yaşadığı evə gəlib ondan borca 8000 manat pul istəmiş, Anara demişdir ki, “Anar məndə 2300 manat nəğd pulum var.” Anar ona demişdir ki, “Narahat olma sən mənə 8000 manat pul tap ver mən sənin pulunu bir həftə ərzində pulu qaytaracam.” Anara demişdir ki, “Mənim olan pulum budur.” Anar ona demişdir ki, “Müəllimlərdə birbank kartlar olur, sən onu ver mənə, həmin kartla nəisə alan zaman ucuz satılır və əlavə pul qaytarılır, səndən artıq dərəcədə xahiş edirəm.” Anar qohumu olduğu üçün sonuncuya demişdir ki, “Düz deyirsiz, birbank kartım var, həmin kartın hesabında 4714 manat pulum var, həmin kartı verərəm”. Anar ona demişdr ki, “sən mənə özündə olan 2300 manat pulu ver, 4714 manatı isə mən özüm kartın hesabından çıxardacam”. Bu səbəbdən o, Anara evdə olan 2300 manat pulunu və birbank plastik kartını vermiş, bundan sonra sonuncu çıxıb getmişdir. Həmin gündən sonra müxtəlif vaxtlarda mobil telefonuna Anarın onun birbank kart hesabında olan ümumilikdə 4714 manat pulu Bakı və Sumqayıt şəhərlərində götürməsi barədə bildirişlər göndərilmişdir. 2023-cü ilin yanvar ayının ortalarında axşam saatlarında yaşadığı evdə olduğu zaman Anar gəlmiş, həmin vaxt sonuncu ondan əlavə borca 3000 manat pul istəmişdir. Anar ona demişdir ki, “Xalam qızı mənə inan 3000 manat pul ver bu ayın sonuna kimi sənə hamısını birdən qaytaracam.” Anara inanmış və sonuncuya əlavə 3000 manat pul vermiş, bundan sonra sonuncu çıxıb getmişdir. Həmin gündən müxtəlif vaxtlarda Anar ona borclu olduğu ümumi puldan ümumilikdə 2000 manatını qaytarmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Anardan qalan borcunu almaq üçün sonuncunun istifadəsində olan ********** mobil nömrəsinə zəng edib borc verdiyi 8014 manat pulu haçan gətirib verəcəyini soruşmuş, Anar ona demişdir ki, “Narahat olma bir iki gün möhlət ver gətirib pulu verəcəm.” xx.xx.2023-cü il tarixdə axşam saatlarında Anar istifadəsində olan mobil telefonuna zəng edib ona demişdir ki, “200 manat borc ver maşınımı salona satışa qoymuşam, salonda satılmadığı üçün salonun pulunu verim maşını gətirib Lənkəran şəhərində satım və sənə olduğum borcu tam ödəyim.” Anarın dediyinə inanmadığı üçün sonuncuya borca verdiyi pulu xx.xx.2023-cü il tarixdə rəsmləşdirmiş və bundan sonra Anara 200 manat pul vermişdir. Anar 200 manat pulu alandan sonra ona demişdir ki, “iki gün ərzində pulu verəcəm.” Lakin buna baxmayaraq Anar dediyi tarixdə pulu gətirməmişdir. Bu səbəbdən həmin gündən müxtəlif vaxtlarda sonuncunun istifadəsində olan ********** və ********** mobil nömrələrinə zəng etməyə başlamış, hər dəfə Anar borclu olduğu pulu qaytaracağını demişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Anarın ********** mobil nömrəsinə zəng edib sonuncudan təkrar ona borclu olduğu 8000 manat pulu qaytarmasını xahiş etmiş, Anar ona demişdir ki, “Bir iki gün ərzində qaytaracam.” Bundan sonra məcbur olub Masallı rayon Polis Şöbəsinə müraciət etmişdir. Masallı Rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixli qərarla “cinayət işinin başlanması” rədd edilmişdir. Həmin qərarda cavabdeh borcu etiraf etmişdir. Həmin qərarın surətini hazırlıq iclasında təqdim edəcək. Yekun olaraq cavabdehin ona 8214 manat borcu vardır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslaında İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh onun xalası oğludur. Ona 2300 manat nağd, 4714 manat bank kartında olan pul vermiş. Sonradan bir dəfə 3000 manat, bir dəfə də 200 manat pul vermişdir. Aldığı puldan 2000 manat qaytarmışdır. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlmək istəyib istəməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının vəkili və nümayəndəsini dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Samir Məmmədov tərəfindən qəbul edilmiş 20 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatı alınarkən göstərmişdir ki, İddiaçı əvvəllər tanımamış, ararında mübahisələri və ədavətləri olmamışdır. Pula ehtiyacı olduğundan 2023-cü ilin yanvar ayının əvvəllərində Rəmziyyənin yaşadığı evinə gedib sonuncudan borca 8000 manat pul istəmişdir. Rəmziyyə ona demişdir ki, Anar məndə 2300 manat nəğd pulum var, Rəmziyyəyə demişdir ki, Rəmziyyə narahat olma sən mənə 8000 manat pul tap ver mən sənin pulunu bir həftə ərzində pulu qaytaracam. Rəmziyyə ona demişdir ki, mənim olan pulum budur, Rəmziyyəyə demişdir ki, müəllimlərdə birbank kartlar olur, sən onu ver mənə, həmin kartla nəisə alan zaman ucuz satılır və əlavə pul qaytarılır, səndən artıq dərəcədə xahiş edirəm. Rəmziyyə ona demişdir ki, düz deyirsiz, birbank kartım var, həmin kartın hesabında 4714 manat pul var, həmin kartı verərəm, Rəmziyyəyə demişdir ki, sən mənə özündə olan 2300 manat pulu ver, 4714 manatı isə mən özüm kartın hesabından çıxardacam. Rəmziyyə onunla razılaşmış və evdə olan 2300 manat pulunu və hesabında 4714 manat olan birbank plastik kartını ona vermiş, bundan sonra oradan getmişdir. Həmin gündən sonra müxtəlif vaxtlarda Rəmziyyənin birbank kartının hesabında olan 4714 manat pulunu Bakı və Sumqayıt şəhərlərində götürmüşdür. 2023-cü ilin yanvar ayının ortalarında ona əlavə borca pul lazım olduğundan axşam saatlarında Rəmziyyənin yaşadığı evinə gedib sonuncudan əlavə borca 3000 manat pul istəmişdir. Rəmziyyə ona demişdir ki, sən mənə bir həftə ərzində borcu qaytaracağını dedin, lakin məndən əlavə pul istəyirsən, Rəmziyyəyə demişdir ki, xalam qızı mənə inan 3000 manat pul ver bu ayın sonuna kimi sənə hamısını birdən qaytaracam. Bu sözdən sonra Rəmziyyə ona əlavə 3000 manat pul vermiş və o, pulu alıb getmişdir. Həmin gündən müxtəlif vaxtlarda Rəmziyyəyə borclu olduğu ümumi puldan ümumilikdə 2000 manatını qaytarmışdır. Lakin maddi imkanı olmadığından qalan borcu qaytara bilməmiş, xx.xx.2023cü il tarixdə axşam saatlarında Rəmziyyə istifadəsində olan ********** mobil nömrəsinə zəng edib ona borca verdiyi 8014 manat pulu haçan gətirib verəcəyini demiş, Rəmziyyəyə demişdir ki, narahat olma bir iki gün möhlət ver gətirib pulu verəcəm. Pula ehtiyacı olduğundan maşınını satmağa qərara gəlmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə axşam saatlarında Rəmziyyənin istifadəsində olan mobil telefonuna zəng edib demişdir ki, 200 manat borc ver maşınımı salona satışa qoymuşam, salonda satılmadığı üçün salonun pulunu verim maşını gətirib Lənkəran şəhərində satım və sənə olduğum borcu tam ödəyim. Rəmziyyə ona inanmadığı üçün ona borca verdiyi pulu xx.xx.2023-cü il tarixdə rəsmləşdirmiş və bundan sonra Rəmziyyə ona 200 manat pul vermişdir. Rəmziyyədən pulu alandan sonra sonuncuya demişdir ki, iki gün ərzində pulu verəcəm. Maşınını sata bilmədiyi uçun Rəmziyyənin pulunu qaytara bilməmiş, bu səbəbdən Rəmziyyə hər dəfə istifadəsində olan mobil telefonla zəng edərkən sonuncuya borclu olduğu pulu qaytaracağını demişdir. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Rəmziyyə istifadəsində olan ********** mobil nömrəsinə zəng edib təkrar borclu olduğu 8000 manat pulu qaytarmasını xahiş etmiş, sonuncuya demişdir ki, bir iki gün ərzində qaytaracam. Rəmziyyə ona demişdir ki, əgər qaytarmasan mən məcbur olub sənin barəndə şikayət edim. Rəmziyyəyə heçnə deməyib zəngi söndürmüşdür. Sonradan Masallı RPŞ-nə dəvət olunarkən bilmişdir ki, Rəmziyyə onun barəsində şikayət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda 2300 manat, 4714 manat, 3000 manat və 200 manat pul vermiş, cavabdeh isə ümumillkidə aldığı 10214 manat pulun 2000 manatını iddiaçıya qaytarmışdır. Aldığı borcun qalan hissəsinin 8214 manatın qaytarılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bunu iş materiallarında olan cavabdeh tərəfindən Masallı Rayon Polis şöbəsində verdiyi izahat sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 103 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8214 manat məbləğində pul vəsaiti və ödənilmiş 103 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8214 manat məbləğində pul vəsaiti və ödənilmiş 103 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-3138/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3138/2024
05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver