Məhkəmə qərarları › İş №e-2(050)-4255/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-4255/2024

19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-4255/2024 19.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi xidmətinə qarşı inzibati xəta haqqında protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə baxaraq MÜƏYYƏN ETDİM: Tələb:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş 28 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli aktın ləğv edilməsini xahiş etmişdir.

2. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.

İş materialları:

3. Dövlət Əmək müfəttişliyi xidməti Bakı şəhər idarəsinin müfəttişi X3 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 27 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Məcidov X1 İlqar Vüqar oğlunu 30 iyun 2024-cü il tarixindən bu günədək qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.

5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

40.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır.

Hakimin mövqeyi:

6. İddia ərizəsinin məzmunundan və sənədlərdən aydın olur ki, Məcidov X1 İlqar Vüqar oğlunu 30 iyun 2024-cü il tarixindən bu günədək qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə barəsində Dövlət Əmək müfəttişliyi xidməti Bakı şəhər idarəsinin müfəttişi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutan MN seriyalı ******* nömrəli, 27 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda İddiaçı iddia icraatı qaydaında MN seriyalı ******* nömrəli 28 avqust 2024-cü il tarixli inzibatı protokolun ləğv edilməsini xahiş edir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan maddələrindən göründüyü kimi İddiaçı səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından özünün yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verməli və şikayətə inzibati xəta haqqında iş olaraq baxılmalıdır. Bu səbəbdən hesab edirəm ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir.

Nəticə:

7. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi xidmətinə qarşı inzibati xəta haqqında protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və İddiaçı barəsində olan Dövlət Əmək müfəttişliyi xidməti Bakı şəhər idarəsinin vəzifəli şəxsinin İnzibati tənbeh vermə haqqında qərarından özünün yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati qaydada şikayət vermək hüququ izah olunmalıdır.

8. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq

Qərara aldım:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi xidmətinə qarşı inzibati xəta haqqında protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı barəsində olan Dövlət Əmək müfəttişliyi xidməti Bakı şəhər idarəsinin vəzifəli şəxsinin İnzibati tənbeh vermə haqqında qərarından özünün yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati qaydada şikayət vermək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar