Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-50/2024 25.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 12315.70 manat, mediasiya xərci üçün ödənilmiş 50 manat və dövlət rüsumu üçün ödənilmiş 127 manat pulun cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. İddiaçının dəlilləri İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-cu il tarixli 647 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 05 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixində İddiaçı MMC-nin – OBA Neftcilər 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 12315.70 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından da məlum olur ki, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 12315.70 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, ziyanın ödənilməsi barədə məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin Nümayəndə3 oğlu ərizə ilə müraciət edərək bildirmişdir ki, digər rayon məhkəmələrində prosesləri olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, aidiyyəti iş üzrə dəfələrlə hazırlıq iclasının keçirildiyini və hər birində nümayəndələrinin iştirak etdiklərini, məhkəmə tərəfindən ikinci dəfə ekspertiza təyin edildiyini və nəticədə məhkəməyə daxil olan ekspertin rəyinə etiraz etmədiklərini bildirmişdir. Həmin ekspert rəyi də təsdiq edir ki, Cavabdeh şirkətə 12315.70 manat maddi ziyan vurmuşdur. Məhkəməyə bu ziyanın vurulmasının sübutu olaraq, bütün sənəd və digər subutlar təqdim edilmişdir. İddianı müdafiə edərək, iştirakları olmadan keçirilməsini və tam təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iş üzrə ekspertizalar keçirilmiş və 12315.90 manat məbləğində çatışmamazlığın müəyyən edildiyi məlum olmuşdur. Lakin cavabdeh hesab edir ki, həmin məbləğ o, qədər ola bilməz. Mağazada olan məhsulların buzlanması və sair xırda təsadüflərin olması istisna deyil. Lakin olsa belə həmin məbləğin olması mümkün deyil. O, işlədiyi dövrdə heç bir mənimsəmə və ya digər qanunsuz hərəkətlər etməmişdir. Bundan başqa o, məhkəməyə ərizə təqdim edərək, bir illik iddia müddətinin ötürülməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən və X1 haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlanmış və o, satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdə onunla “X1” haqqında müqavilə bağlanmışdır. xx.xx.2020-ci tarixli 611 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Baş-satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci tarixli 647 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli 05 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh işdən azad edilmişdir. 21 dekabr 2021-ci il tarixdə tərtib olunmuş İnvertarizasiya aktına əsasən yoxlama zamanı Cavabdeh işlədiyi “Oba- Neftcilər 2” mağazada 12315.70 manat dəyərində mal əskikliyinin olması qeyd olunmuşdur. Akta Cavabdeh imza etməmişdir. 21 dekabr 2021-ci il tarixli imtina aktına əsasən Cavabdeh, 21 dekabr 2021-ci il tarixli İnvertarizasiya aktını imza etməkdən imtina etmişdir. Maliyyə arayışından məlum olur ki, Cavabdeh adına 12315.70 manat ziyan hesablanmışdır. Borcun ödənilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Kommersiya qurumunun Dövlət Resyestr çıxarışından məlum olur ki, «Oba Market” MMC 17 iyun 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-ci il tarixli, 9/8163 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının, xx.xx.2021-ci il tarixli “Oba- Neftcilər 2” filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlığın 12315.69 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-ci il tarixli, 9/8163 saylı təkrar ekspert rəyindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin "OBA Nefciler 2" mağazasında işlədiyi 28 avqust 2021-ci il - 21 dekabr 2021-ci il dövrdə aparılmış inventarizasiya nəticələrinə əsasən cavabdehin iddiaçı "xxxx" MMC-yə olan borcu 12315.90 manat müəyyən olunmuşdur. Əsaslandırma hissəsi İşin faktiki halları müəyyən olunur ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə o, satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-cu il tarixli 647 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 05 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin – OBA Neftcilər 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 12315.70 manat məbləğində müəyyən edilmişdir. Maliyyə arayışından da məlum olur ki, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 12315.70 manat borcu qalmaqdadır. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi ilə bağlı ərizəsində göstərmişdir ki, müdafiə etdiyi şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə onun marketə ziyan vurması aşkar edilmiş, xx.xx.2022-ci il tarixdə işdən azad olunmasına baxmayaraq ona qarşı iki ildən sonra ziyan tələbi barədə iddia qaldırılmışdır. Əmək məcəlləsinə əsasən əmək münasibətləri prosessində əmək müqaviləsi üzrə işəgötürən və öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyəti ziyanın vurulduğu aşkar edildiyi andan başlayır. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən işəgötürən işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulması aşkar edildiyi gündən 1 (bir) il müddətinə müraciət edə bilər. İddia ərizəsindən göründüyü kimi İddiaçı əmək münasibətlərinin xitam verildiyi vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra, yəni 13 iyun 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin etirazlarını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verməklə, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin. 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarıda qeyd etmişdir ki, fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq xx.xx.2021-ci il tarixdə hesabında 12.315.70 (on iki min üç yüz on beş manat yetmiş qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlardan müəyyən edir ki, Cavabdeh tərəfindən İddiaçınə 12.315.90 manat məbləğdə ziyan vurulmuşdur. Lakin, iddiaçı işəgötürənə vurulmuş ziyanın ödənilməsinin tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin etirazı və iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. İddia tələbinin təmin edilməməsi əsaslarından biri də müddətin ötürülməsi ilə məhkəməyə müraciət olunması, ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilməməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyana görə 12.315.70 (on iki min üç yüz on beş manat yetmiş qəpik) manat, mediasiya xərci üçün ödənilmiş 50 manat və dövlət rüsumu üçün ödənilmiş 127 manat pul tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-50/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-50/2024
25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver