Məhkəmə qərarları › İş №e-2(050)-63/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-63/2025

17.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-63/2025 17.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdehlər X14, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cаvаbdеhlər Bаyrаmоvа Gülаrə Tərlаn qızı, Həsənоvа Gülyаnə Bаlаmirzə qızı və Bаyrаmоv Хəyаl Bаlаmirzə оğlundаn vаlidеynlərinin vəsаiti hеsаbınа inşа еdilməklə yаşаmаğı üçün ona hədiyyə еdilmiş еvin dəyəri оlаn 50000 mаnаt pulun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 240 manat pulun müştərək qаydаdа аlınıb ona vеrilməsi bаrədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mаsаllı rаyоnu Mаhmudаvаr kənd sаkini Bаyrаmоv Хəyаl Bаlаmirzə оğlu ilə nikahlarını 22 оktyаbr 2013-cü il tаriхdə rəsmi qеyd еtdirməklə аilə həyаtı qurmuşlar. Vаlidеynlərinin vəsаiti hеsаbınа Хəyаl və аilə üzvlərinin həyətində onlar üçün fərdi yаşаyış еvi inşа оlunmuşdur. Hаzırkı vахtаdək həmin еvdə yаşаmаqlа оrаdа iki övlаdı dünyаyа gəlmiş və hаzırdа dа övlаdlаrı ilə qеyd оlunаn еvdə yаşаyırlar. Lаkin sоnrаdаn həmin еvə dаir cаvаbdеhlərin аdınа Hüquqlаrın dövlət qеydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət rеyеstrindən ********** qеydiyyаt nömrəli, xx.xx.2021-ci il qеydiyyаt tаriхli, **********17 rеyеstr nömrəli Çıхаrış vеrilmişdir. Hаlbuki qеyd оlunаn еv bütünlüklə vаlidеynlərinin vəsаiti hеsаbınа inşа еdilməklə yаşаmаğı üçün ona hədiyyə еdilmişdir. Еvin dəyəri 50000 mаnаtdаn аrtıqdır. Evin inşası ilə bağlı materialları valideynləri alıb gətirmiş, evin tikintisi və təmiri ilə bağlı xərcləri də onlar çəkmişdir. Bu xüsusatı evin materiallarını aldıqları, evin tikintisində iştirak etmiş, eləcə də cavabdehlərin qonşuları da təsdiq edə bilərlər. Cavabdehlərdən Cavabdeh1 özü də Masallı Rayon İcra Hakimiyyətində verdiyi izahatında qeyd olunan evin materiallarının valideynləri tərəfindən alınmasını etiraf etmişdir. Cavabdehlər sözügedən evin inşasında iştirak etməmiş, heç bir köməklik etməmişlər. Buna onların maddi imkanı da olmamışdır. Həmin vaxt çəkilmiş fotoşəkillərdən də görünür ki, cavabdehlər 1 mərtəbəli, köhnə evdə yaşamışlar. Yeni ev tikməyə maddi imkanları olsaydı, onlar ailə quranadək yeni ev tikərdilər. Lаkin valideynlərinin onun yaşamağı üçün tikdirdikləri еv cаvаbdеhlərin tоrpаğındа inşа еdilməklə həmin evə оnlаrın hüquqlаrı qеydə аlınmış və onu еvdən çıхаrmаq istəyirlər. Gülаrə Bаyrаmоvаnın ona qаrşı еvdən çıхmа tələbinə dаir iddiаsı 03 mаrt 2021-ci il tаriхli qətnаmə ilə, kоmpеnsаsiyа vеrməklə еvdən çıхmа bаrədə iddiаsı isə 17 аvqust 2022-ci il tаriхli qətnаmə ilə rədd еdilsə də, eyni iddia 14 nоyаbr 2023-cü il tаriхli qətnаmə ilə təmin еdilmişdir. Bеlə оlаn vəziyyətdə o, vаlidеynlərinin vəsаiti hеsаbınа inşа еdilməklə yаşаmаğı üçün ona hədiyyə еtdikləri еvdən ibаrət əmlаkdan məhrum оlur. Cаvаbdеhlər bununlа bаğlı еvin dəyəri оlаn 50000 mаnаt pulu ödəməməklə bundan dа onu məhrum еtmişlər. Bununlа bаğlı sübutlаrı nikahın bağlanması və pozulması haqqında şəhadətnamələr, doğum haqqında şəhadətnamələr, tоrpаğın mülkiyyətə vеrilməsinə dаir şəhаdətnаmə, mülkiyyət hüququnа dаir Çıхаrış, ərazi nümayəndəliyinin arayışı və məktubu, Mаsаllı rаyоn İcrа Hаkimiyyəti Bаşçısı Аpаrаtının məktubu və həmin məktubа əlаvə еdilmiş Gülаrə Bаyrаmоvаnın izаhаtındаn ibаrətdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 valideynlərinin vəsaiti hesabına inşa edilməklə yaşamağı üçün ona hədiyyə edilmiş evin dəyəri olan 35450 manat pulun, həmçinin ona toy hədiyyəsi olaraq verilmiş 2400 manat dəyərində 25 qramlıq 9 ədəd üzük, 650 manat dəyərində 7 qramlıq üzük-sırğa dəsti, 550 manat dəyərində 6 qramlıq klonlu tros sep, 500 manat dəyərində 5 qramlıq 2 cüt sırğa, 550 manat dəyərində 6 qramlıq bilərzikdən ibarət, cəmi 4650 manat dəyərində qızıl-zinət əşyalarının, olmadıqları halda onların dəyərinin, eləcə də mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 250 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 240 manat pulun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, mülki işin araşdırılması dövründə evdən çıxma barədə icra sənədi icra olunaraq o evdə olmadığı vaxt Cavabdeh1 və digər cavabdehlər mübahisəli evə köçürülmüş və onlar evin giriş qapısının açarlarını dəyişmişlər. Evdə olan bütün əmlakları, o cümlədən ona toy hədiyyəsi kimi verilmiş 2400 manat dəyərində 25 qramlıq 9 ədəd üzük, 650 manat dəyərində 7 qramlıq üzük-sırğa dəsti, 550 manat dəyərində 6 qramlıq klonlu tros sep, 500 manat dəyərində 5 qramlıq 2 cüt sırğa, 550 manat dəyərində 6 qramlıq bilərzikdən ibarət qızılzinət əşyaları da həmin evdə qalmışdır. Ev isə hazırda Cavabdeh1 və digər cavabdehlər olan onun oğlu ilə qızının sərəncamında olmaqla onlar evin giriş qapısının açarlarını dəyişmişlər. Onlardan tələb etməyinə baxmayaraq nə həmin qızıllarını verməmiş, nə də həmin qızıllarını götürməyi üçün evə girməyinə şərait yaratmamışlar. Yalnız digər əşyalarını könüllü verəcəklərini bildirmişdir. Nəticədə qeyd olunan qızıl-zinət əşyalarından məhrum olmuşdur. Ekspert rəyi ilə valideynlərinin vəsaiti hesabına onun üçün cavabdehlərin mülkiyyətində inşa edilərək ona hədiyyə etdikləri evin dəyərinin 35450 manat olması müəyyən edilmişdir. Qiymətləndirici ilə bağlı 250 manat, dövlət rüsumuna görə isə 240 manat ödəməli olmuşdur. Qanunvericiliyin tələbinə əsasən həmin vəsaitlər də cavabdehlərdən alınaraq ona verilməlidir. Məhkəmə iddia tələbinin dəqiqləşməsi barədə ərizəni “iddiaçının valideynlərinin vəsaiti hesabına inşa edilməklə yaşamağı üçün hədiyyə edilmiş evin dəyəri olan 35450 manat pulun, eləcə də mütəxəsis rəyinin verilməsi üçün ödənilmiş 250 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 240 manat pulun müştərək qaydada alınıb iddiaçıya verilməsi” hissəsində icraata qəbul etmişdir. Məhkəmə iddia tələbinin dəqiqləşməsi barədə ərizənin qalan hissəsi isə hazırki tələblə əlaqəli olmadığından icraata qəbul etməmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı pul tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı ildə Masallı rayonu Mahmudavar kəndində anadan olmuşdur. Hal-hazırda həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. Həmin kənddə 0.06 hektar həyətyanı torpaq sahəsi üzərində 18 ildən yuxarıdır ki, 2 mərtəbəli, 2 otaq, 1 mətbəxdən ibarət fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin altındakı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair KOD 80515018, JN-042A saylı Şəhadətnamə ilə mülkiyyətinə verilmişdir. Həmin Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hüquq sahibləri X17, Cavabdeh3, Cavabdeh2 və X2 payları nəzərə alınmaqla Çıxarış verilmişdir. Çıxarışla yanaşı da sözügedən fərdi yaşayış evinə **********17-13101 reyestr nömrəli Texniki Pasport tərtib edilmişdir. Yaşayış evlərinin texniki göstəriciləri qrafasında sözügedən ev 2009-cu ildə tikilməsi qeyd edilmişdir. Amma Masallı rayon İHB-nin Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi sənədə əsasən sözügedən fərdi yaşayış evi 2005-ci ildə inşa edilmişdir. Ona görə ki, həmin evin tikintisi 2005-ci ildə başlanmışdır. Hər bir halda İddiaçı gəlin gəlməmişdən öncə özü üçün həmin fərdi yaşayış evini inşa etmişdir. Bütün bunlardan əlavə, xx.xx.2015-ci il tarixə "xxxx" MMC-nin tərtib etdiyi Hesabat Cədvəlinin tikintisi təsviri hissəsində tarixə inventar dəyəri 24948 manat qiymətləndirilmişdir. Hazırki iddia əsassız da olsa, gülməlidir. Mülkiyyətçilər qalıb bir yana, mülkiyyətçi omayan şəxs 50000 manat pul tələb edir. Görünür ki, evin üstündə ona pul verməlidilər. Oğlu Cavabdeh2 xx.xx.1989-cu ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. Masallı rayonunun Hişkədərə kəndində xx.xx.1990-cı ildə anadan olmuş, hazırda da orada qeydiyyatda olan X18 ilə faktiki olaraq 04 oktyabr 2013cü il tarixdə ailə həyatı qurmuşdur. Nikahlarını 22 oktyabr 2013-cü il tarixdə Masallı Rayon Qeydiyyat Şöbəsində 555 nömrə ilə qeyd etdirmişlər. Birgə nikahlarından 15 avqust 2015ci il tarixdə anadan olmuş X24 və xx.xx.2016-cı il tarixdə andan olmuş X25 adlı iki uşaqları olmuşdur. X10 Xəyal ilə xasiyyətləri düz gəlmədiyindən, mütəmadi olaraq oğlu Xəyala cavab qaytardığından, hər xırda şeyə görə oğlunu polisə verdiyi üçün aralarında olan nikah pozulması üçün oğlu Xəyal Masallı Rayon Məhkəməsinə müraciət etmiş, beləliklə də, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-114/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək iddiaçı Cavabdeh2 və cavabdeh X18 arasında Masallı Rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2013-cü il tarixli, 555 saylı nikah akt qeydi pozulması qət edilmişdir. Buna əsasən də Masallı Rayon Qeydiyyat şöbəsinin 20 may 2020-ci il tarixli, 150 nömrə ilə qeyd edilmiş nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin tərtib etdiyi Hesabat Cədvəlindən göründüyü kimi, tikintinin təsviri hissəsində xx.xx.2005-ci il tarixə inventar 24948 manat göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 04 iyun 2021-ci il tarixli, 659 saylı fərdi yaşayış evi üçün verilən **********17-10301 reyestr nömrəli Texniki pasportdan göründüyü kimi, yaşayış evlərinin texniki götəriciləri qrafasında sözügedən ev 2009-cu ildə tikilməsi qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışdan göründüyü kimi, hüquq sahibləri X17, Cavabdeh3, Cavabdeh2 və X2 payları nəzərə alınmaqla Çıxarış verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 2(050)-114/2020 saylı, 30 yanvar 2020-ci il tarixli qətnaməsindən göründüyü kimi, iddia təmin edilərək iddiaçı Cavabdeh2 və cavabdeh X18 arasında Masallı rayon Qeydiyyat Şöbəsində bağlanmış 22 oktyabr 2013-cü il tarixli, 555 saylı nikah akt qeydinin pozulması, 15 avqust 2014-cü ildə anadan olmuş X24 və 10 oktyabr 2016-cı ildə anadan olmuş X25 anaları İddiaçı yanında və himayəsində saxlanılması qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Masallı RPŞ-nin TB-nin 23 oktyabr 2019-cu il tarixli və 17 may 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərardan göründüyü kimi İddiaçı ilə aralarında daima münaqişələr olmasına sübutdur. İddia ərizəsinə əlavə edilmiş 7 ədəd fotoşəkildən görünən ev onun daimi yaşayış yeri olmadığı üçün heç bir təmir etməməklə yanaşı, özbaşınalıq edərək onun əkdiyi ağacları kəsmişdir. Evin fotoşəkillərindən görünür ki, ev baxımsız olmuşdur. Təqdim etdiyi fotoşəkildən görünür ki, İddiaçı nəinki evə heç bir təmir işi görmür, hətta pəncərə baha başa gəldiyini düşünüb köhnə kubik daşlan ilə pəncərə yerini tutmuşdur. İddia ərizəsinə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS arayışından da göründüyü kimi İddiaçı Masallı rayonu Hişkədərə kəndində anadan olmaqla, orada qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair KOD 80523018, JN-219 saylı Dövlət Aktından göründüyü kimi, Masallı rayon Hişkədərə pay torpağı almışdır. İddia ərizəsinə əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair KOD 80523018, JN-076A saylı Şəhadətnamədən göründüyü kimi, o, gəlin gəlməmiş atasının təsərrüfatında atasının mülkiyyətində payı vardır. Şəhadətnamənin mülkiyyətçilərinə nəzər yetirdikdə görünür ki, islahat zamanı həmin təsərrüfatda: 1. X19 (Şəbnəmin nənəsi xx.xx.2004-cü ildə vəfat edib), 2. X15 (Şəbnəmin atası), 3. X4 (Şəbnəmin bibisi xx.xx.2003-cü ildə vəfat edib), 4. X26 (Şəbnəmin anası), 5. X18, 6. X20 (Şəbnəmin ərdə olan bacısı). İddia ərizəsinə əlavə edilmiş Masallı Rayon Qeydiyyat şöbəsində X19 və X1 vəfat etmələri barədə arayışlarından aydın olur ki, İddiaçı valideyinlərinin yanında və təsərrüfatında olan övladdır. Velideyinləri ilə birlikdə Hişkədərə kəndində olan evə sahib çıxmışdır. O onun haqqıdır. Yaşamağa yeri olduğu halda onun mülkiyyətində olan evini faktiki olaraq əlindən alıb. Baxmayaraq ki, Ali Məhkəməyə qədər bütün məhkəmə qətnamələri onun xeyrinədir. İddia ərizəsinə əlavə edilmiş Masallı RİHBnin Hişkədərə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 54 saylı, 07 may 2021-ci il tarixli arayışdan da göründüyü kimi, xx.xx.1990-cı ildə Masallı rayonunun Hişkədərə kəndində andan olmuş, hazırda da ərazinin Hişkədərə kəndində qeydiyyatda olan X6 Masallı rayonu, Aqrar İslahat Komissiyasının 1998-ci il 30 mart tarixli, 12 nömrəli qərarı ilə verilmiş KOD 80523018, JN-219 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında X7 adında olan 6 nəfərdən ibarət ailə üzvlərinə Kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0.49 ha torpaq sahəsində 0.08 ha payı vardır. Ərizəyə əlavə etdiyi Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-884/2022 saylı qətnaməsi barədə bildirmək istəyir ki, X11 qarşı 1000 manat məbləğində kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə müraciət etsə də, həmin vaxtdan sonra İddiaçı aqressivlik nümayiş etdirərək sözügedən evinin həyətyanı sahəsində ona məxsus olan ağacları kəsməklə ziyan vurmuşdur. Bundan sonra, heç bir əsas tapmayan İddiaçı əsassız iddialarla onu süründürməçiliyə salmaq niyyətindədir. O, özü də bu iddianın əsassız oluğunu əminliklə bilir. Qonum-qonşular arasında da bildirmişdir ki, bilirəm bu iddiam əsassızdır. Məhkəməyə verir ki, onun da məhkəmələrə xərci çıxsın. Qeyd etdiklərindən və etiraz ərizəsinə əlavə olunan sənədlərdən göründüyü kimi o, ona bu xərclərə düşməməkdən ötəri 1000 manat kompensasiya təklif etmişdir. Lakin, onun bu hərəkətləri və evinə vurduğu ziyanlara görə sonuncu iddia tələblərində bir qəpik də verməyəcəyini qətiyyətlə demişdir. İddiaçı bütün məhkəmə iclaslarında həmin kompensasiyadan danışır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, mübahisəli ev iddiaçının valideyinləri tərəfindən tikilmişdir. Cavabdeh tərəf özü icra hakimiyyətində izahatında etiraf etmişdir ki, evi iddiaçının valideyinləri tikmişlər. Ərazi nümayəndəliyinin arayışında evin tikilməsində iştirak edən şəxslər göstərilmişdir. Onlar da evin iddiaçının valideynləri tərəfindən tikilməsini təsdiq edirlər. Cavabdehlər həmin evdə yaşamırlar. Evin tikilməsi və təmiri iddiaçının valideynləri tərəfindən qarşılanıb ki, onların övladları orda yaşayacaqlar. Nikah pozulduqdan sonra iddiaçını evdən çıxartmaq üçün çıxarış almışlar. Ev və torpaq sahəsi cavabdehlərin mülkiyyətindədir. Ev 35450 manata qiymətləndirilib. Həmin pul tələb edilir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, tərəflərlə qohumluq əlaqələri yoxdur. Kamaz markalı avtonəqliyyat vasitəsi idarə edir. O, mübahisəli evin materiallarını 2012-2013-cü illərdə daşımışdır. Materiallar qum, qrabil və daşdan ibarətdir. Materialların daşınması barədə sifarişi və pulu Əlixan vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, tərəflərlə qohumluq əlaqələri yoxdur. O, ev hörgüsü ustasıdır. Mübahisəli evin hörgüsünü ona Əlixan sifariş vermiş, pulunu isə Kəsirə vermişdir. Evin tikilməsi 2013-cü ildə olub. Ev 11x9-dır, 2 mərtəbəlidir. O, yanlız evin birinci mərtəbəsini tikmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X12, Cavabdeh2, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 39 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin fərdi yaşayış evinin 04 iyun 2021-ci il tarixli, 659 inventar nömrəli Texniki Pasportundan görünür ki, **********17-10301 resyestr nömrəli çıxarış olan torpaq sahəsinin üzərində 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 138.8 m2 olan fərdi yaşayış evi 2009-cu ildə tikilmişdir. Hüquq subyekti Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5r. Masallı RİHB Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 yanvar 2024-cü il tarixli, 5-66-21/2-18/2024 saylı məktubundan görünür ki, mülki işlə bağlı aparılmış araşdırmaya əsən sözügedən fərdi yaşayış evinin 2013-cü il tarixdə tikilməsi müəyyən edilmişdir. Masallı RİHB Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 iyul 2020-ci il tarixli, 660 saylı məktubundan görünür ki, həqiqətən Masallı rayon Mahmudavar kəndində yaşayan İddiaçı 7 il bundan qabaq Hişkədərə kəndindən Mahmudavar kəndinə Cavabdeh2 ərə gəlmiş və onunla birgə nikahdan 2 uşağı vardır. Birgə yaşadıqları müddətdə İddiaçı valideyinlərinin şəxsi vəsaiti hesabına kənddə ev tikilmiş və hazırda da ailəvi olaraq həmin evdə yaşayırlar. Onların evlərinin tikilməsində qonşuları Cəbiyev Ramazan, İbadova Südabə, Şükürov Pərviz fəal iştirak ediblər və göstərilən faktları təsdiqləyə bilərlər. nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X18 arasında 22 oktyabr 2013-cü il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış nikah 555 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Bayramov (a) soyadı verilmişdir. nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh1 Masallı Rayon İcra Hakimiyyətinə verdiyi xx.xx.2020-ci il tarixli izahatından görünür ki, evin tikilməsinə daş və şifir verərək Kəsirə Hüseynova köməklik etmişdir. Masallı RİHB Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, JN-042A, KOD 80515018 nömrəli torpağın mülkiyyətinə dair dövlət aktında olan çizgi daxilində iki mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi 2005-ci ildə inşa edilmişdir. "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli hesabat cədvəlidən görünür ki, Cavabdeh1 məxsus Masallı rayonu, Mahmudavar kəndinə yerləşən fərdi yaşayış evi 2010-cu il tarixdə tikilmişdir. Fərdi yaşayış evinin bünövrəsi beton, divarları daş və dam örtüyü şiferdən ibarətdir. Masallı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(050)-114/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh2 və cavabdeh İddiaçı arasında Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 22 oktyabr 2013-cü il tarixli, 555 saylı nikah akt qeydinin pozulması, 15 avqust 2014-cü ildə anadan olmuş X16 və 10 dekabr 2016-cı ildə anadan olmuş X25 anaları İddiaçı yanında və himayəsində saxlanılması və onlar yetkinlik yaşına çatana qədər Cavabdeh2 aylıq qazancının 1/3 hissəsi alimet hesabına tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəmsinin 14 noyabr 2023-cü il tarixli, 2(050)-2701/2023 saylı qətnaməsindən görünür ki, ilk iddia təmin edilmiş, ilk iddia üzrə cavabdeh X18 ilk iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X2 ümumi birgə mülkiyyətlərində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan hərəkətlərin qanunsuz hesab edilməklə aradan qaldırılması, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X6 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X2 ümumi birgə mülkiyyətlərində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən fərdi yaşayış evinə yaşayış hüququnun müəyyən olunması barədə qarşılıqlı tələbinin təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(106)-719/2024 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X6 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(050)-2701/2023 saylı qətnaməsinin qarşılıqlı iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 2(102)-2946/2024 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(106)-719/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Masallı rayon Bədəlan kənd sakini X8 ərizəsindən görünür ki, o, 2013-cü il tarixdə X23 üçün Masallı rayon Mahmudavar kəndinə 6-7 min ədəd mişar daşı aparmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Masallı rayon Boradigah qəsəbə sakini Elşad Talıbovun ərizəsindən görünür ki, o, 2013-cü ildə X13 üçün onun xahişi ilə öz qızının Mahmudavar kəndinə fərdi yaşayış evinin tikilməsi üçün qrabil və qum aparmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Masallı rayon Qızılavar kənd sakini X9 ərizəsindən görünür ki, 2013-cü ildə Masallı rayon Mahmudavar kəndinə Kəsirə Hüseynovanın qızı üçün tikinti materiallarını o aparmışdır. "xxxx" MMC-nin 23 aprel 2025-ci il tarixli, 08 saylı qiymətləndirmə hesabatından görünrü ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olan fərdi yaşayış evinin (torpaq sahəsi xaric) likvid qiyməti 32000 manat, bazar dəyəri 35450 manatdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi müddəası konstitusiya norması olmaqla ümumi xarakter daşıyır. Lakin həqiqətin müəyyən edilməsinin məqsəd və qaydası məhkəmə icraatının növündən asılı olaraq fərqlənir. Belə ki, məhkəmə prosesinin mülki, inzibati və ya cinayət işi üzrə olmasından asılı olaraq həqiqətin xarakteri də dəyişir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun «da mihi factum, dabo tibi ius» («mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm») prinsipinə əsaslanır. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar: İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı: Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddiaçı cavabdeh X14, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia etdiyi tələbi məhkəmə iclasında sübuta yetməmişdir. Belə ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin Cavabdeh2 ilə nikah dövründə iddiaçının valideynləri tərəfindən tikilməsini sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının dəyərini tələb etdiyi fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********17-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X12, Cavabdeh2, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan torpaq sahəsində 2009-cu ildə tikilmişdir. Məhkəmə şahid ifadələrinə və iddiaçı təfərindən məhkəməyə təqdim edilmiş Masallı rayon Bədəlan kənd sakini X8, Masallı rayon Boradigah qəsəbə sakini Elşad Talıbovun, Masallı rayon Qızılavar kənd sakini X9 ərəzilərinə münasibətdə bildirir ki, qeyd edilən şahid ifadələri və ərizələr arasında ziddiyət olduğundan məhkəmə onları mötəbər sübut kimi qəbul etmir və tənqidi yanaşır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o iddiaçının valideyinləri üçün 2012-2013-cü illərdə materiallar daşımışdır və materiallar qum, qrabil və daşdan ibarətdir. Halbuki, 2012-ci ildə tərəflər arasında qahumluq, ailə və nikah münasibətləri olmamışdır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş naməlum ərizələrdən görünür ki, X8 2013-cü il tarixdə X23 üçün Masallı rayon Mahmudavar kəndinə 6-7 min ədəd mişar daşı aparmış, Elşad Talıbov 2013-cü ildə X13 üçün onun xahişi ilə öz qızının Mahmudavar kəndinə fərdi yaşayış evinin tikilməsi üçün qrabil və qum aparmış, X21 2013-cü ildə Masallı rayon Mahmudavar kəndinə Kəsirə Hüseynovanın qızı üçün tikinti materialları aparmışdır. Halbuki, şahid qismində dindirilmiş Şahid1 həmin materialların onun tərəfindən daşınmasını bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, mübahisəli ev 11x9-dır. Halbuki, fərdi yaşayış evinin texniki pasportundan görünür ki, evin birinci mərtəbəsi 9x10-dır. Göründüyü kimi iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən mübahisəli evin onun valideyinləri tərəfindən onun üçün tikilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün büdcəyə ödənilmiş dövlət rüsumu Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X3 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar