Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-903/2025 13.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: İddiaçı 2024-cü ilin yanvar ayında Masallı rayonu, Qızılavar kənd sakini olan Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh mobil telefon alqı-satqısı sahəsində təcrübəli olduğunu qeyd etmiş və onunla işləmək istədiyini bildirmişdir. O da, 2024-cü ilin yanvar ayında Cavabdeh mağazasına dəvət etmiş və ona ticarət işini öyrənməsi, müvafiq yardım göstərməsi üçün şərait yaratmışdır. Cavabdeh mağazaya müntəzəm olaraq gələrək, onlara kömək etmiş və beləliklə, aralarında etibarlı münasibətlər formalaşmışdır. 2024-cü ilin fevral ayında, Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq, onunla həmçinin “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalamış və mağazanı mobil telefonlar və digər əşyalar ilə birlikdə ona etibar etmişdir. Lakin çox keçmədən, onun şübhələri yaranmağa başlamış və mağazadakı telefonları yenidən saymağa başlamışdır. Nəticədə, 3388 manat məbləğində telefon çatışmazlığı aşkar etmişdir. Cavabdeh bu barədə soruşduqda, o, ehtiyacı olduğu üçün, onun razılığını almadan, göstərilən miqdarda telefonları satdığını, həmin pulu da xərcləndiyini bildirmişdir. Bundan sonra, cavabdeh, ondan üzr istəyərək, 3388 manatlıq ziyanı qısa müddət ərzində qaytaracağına dair söz vermişdir. Lakin mağazanı kameralarla izləməyə başladığı zaman, Cavabdeh təkrarən başqa şəxslərlə əlbir olub, ona etibar edilmiş telefonları taladığını müəyyən etmişdir. Bununla əlaqədar olaraq, təkrar telefonları saydıqda, Cavabdeh 2.060 manat məbləğində daha çox telefon mənimsədiyini aşkar etmişdir. Cavabdeh təkrar olaraq onu inandırmışdır ki, 2024-cü ilin avqust ayına kimi mənimsədiyi pulları qaytaracaqdır. Lakin o, heç bir ödəniş etməmiş və hətta hüquq-mühafizə orqanlarına müraciət etməsini demişdir. Yuxarıda qeyd olunanlara əsasən, o, Cavabdeh və digər şəxslərin əvvəlcədən əlbir olaraq, onun etibarını sui-istifadə edərək, telefonları mənimsədiklərini düşündüyü üçün, bu cür əməllərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq əməllərinə uyğun gəldiyi və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı Anar Aydəmirov tərəfindən 15 aprel 2024-cü il tarixində verilmiş qərara əsasən, Cavabdeh əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmaması qərarı verilmişdir. Bu qərara əsasən, mübahisəyə mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxılmalı, əldən çıxmış fayda, itirilmiş gəlir və sair kimi hallar, pul tələbi mülki mühakimə icraatı qaydasında aydınlaşdırılmalı, müsbət halda tələb şəklində irəli sürülməlidir. İddiaçının tələbi: Cavabdeh İddiaçı xeyrinə 5448 (beş min dörd yüz qırx səkkiz) manat təşkil edən zərərin və ödənilmiş 74,50 manat dövlət rüsumunun alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, “işəgötürən” İddiaçı ilə Cavabdeh arasında Tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1.1-ci bəndinə əsasən “İşçi”yə etibar edilmiş maddi dəyərlilər “İşçi”nin təqsirindən itirildikdə, korlandıqda və ya oğurlandıqda “İşəgötürən” zərərin məbləğini əmlakın ziyan vurulan vaxta mövcud olan bazar qiyməti ilə hesablanmalıdır. 2.2.1-ci bəndinə əsasən tam maddi məsuliyyətlə ona etibar edilmiş maliyyə vəsaitini, maddi dəyərliləri, əmlakı layiqincə qoruyub saxlamalıdır. Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə əsasən işçinin vəzifəsi satıcı, işə başlama tarixi xx.xx.2024-cü il, aylıq əmək haqqının məbləği 175 manat müəyyən edilmişdir. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis-leytenantı X1 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakı və əmlak hüquqlarını ələ keçirmə cinayətinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nın 39.1.1-ci madəsinə əsasən rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2022-ci il tarixdə qeyri-rəsmi olaraq, kəbin nikahı ilə ailə həyatı qurmuş və həmin nikahdan 1 nəfər azyaşlı övladı dünyaya gəlmişdir. 2023-cü ilin dekabr ayında tanışı Azad Qasımlı ona mobil telefon satmaq istədiyini, bunun üçün iş qurmaq istədiyini bildirmişdir. Onun həmin sahədə təcrübəsi olduğu üçün Azad ona birlikdə iş qurmağı təklif etmiş, o isə bu təklifi qəbul etmişdir. Bundan sonra Azad onu atası İddiaçı ilə tanış etmişdir. O, İddiaçıla quracaqları işin detalları barədə razılaşmışlar. Həmin razılaşma zamanı İddiaçı ona bildirmişdir ki, əgər telefonlardan hansısa oğurluq çıxarsa və ya xarab olarsa məsuliyyəti onun daşıdığını, iş qurmaq üçün mayanın özü tərəfindən qoyulduğunu əsas tutaraq, işdən gələn xeyirin 60 faizinin özünə çatacağını, 40 faizinin isə ona qalacağını bildirmişdir. O da Elçinlə razılaşaraq, işin bütün məsuliyyətini öz üzərinə götürmüşdür. Bundan sonra İddiaçı mühasib işlədiyi “Park 20 shopping” Ticarət Mərkəzində aylıq 250 (iki yüz əlli) manat müqabilində kirayə yer tapmış və orada mobil telefonların alışı və satışını həyata keçirməyə başlamışdırlar. İlkin olaraq onlar 20 Yanvar adlanan ərazidə fəaliyyət göstərən Vüsal adlı şəxsdən 20- 30 ədəd sadə, düyməli telefon almış və fəaliyyətə başlamışdır. Bundan sonra isə mağazaya müxtəlif müştərilər öz mobil telefonlarını satmaq məqsədilə gətirdikdə onlar həmin telefonlarda müxtəlif düzəlişlər edərək özləri həmin telefonları satmışdırlar. O, həmin obyektdə ümumilikdə 3 ay işləmişdir. O, həmin obyektdən işlədiyi ilk ayda 120 (yüz iyirmi) manat, 3-cü ayda isə 40 (qırx) manat xeyir götürə bilmişdir. 2ci ayda isə ümumiyyətlə heç bir qazancı olmamışdır. Bu müddət ərzində o, özünün və ailəsinin ehtiyaclarını ödəmək məqsədilə topdan satışı həyata keçirən adını bilmədiyi, lakin Qax rayonundan olduğunu bildiyi şəxsdən nisyə telefon götürüb satmağa başlamışdır. O, həmin satışları həyata keçirərək gələcəkdə daha çox pul qazanıb həmin mobil telefonların pulunu qaytaracağını düşünmüşdür. Lakin o, bu işdən əlavə qazanc əldə edə bilməmişdir. Bundan sonra isə həmin Qax rayonundan olan adını bilmədiyi şəxs ondan telefonlarının pulunu tələb etmişdir. O isə həmin pulu ödəyə bilmədiyi üçün işlədiyi mağazada olan bəzi mobil telefonları həmin şəxsə olan borcunun əvəzində ona vermişdir. Daha sonra İddiaçı mağazada aylıq “açot”, yəni hesablama edərkən birinci dəfə mağazada 3388 (üç min üç yüz səksən səkkiz) manatlıq mobil telefonun işlək vəziyyətdə olmadığını aşkar etmişdir. İddiaçı bu telefonların işlək vəziyyətdə olmamasının məsuliyyətini onun daşıdığını bildirmiş və ondan bu barədə izahat yazmağını tələb etmişdir. O, izahatında göstərilən xüsusatları qeyd etmişdir. Növbəti ay İddiaçı yenidən hesablama apardıqda bu dəfə 5448 manatlıq mobil telefonun əksik gəldiyini aşkar etmişdir. Eyni qaydada bu barədə də o, izahat yazmış və həmin pulları xx.xx.2024-cü il tarixədək ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, orada işləyərək borcunu ödəyəcəyini düşünsə də, həmin hadisədən 1 gün sonra İddiaçı onu işdən çıxartmışdır. Bundan sonra isə onun barəsində Nəsimi RPİ-nin 20-ci PŞ-yə şikayət etmiş və o, həmin şöbəyə gedərək orada da izahatını vermişdir. O, verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, həmin pulları ümumilikdə deyil, hissə-hissə götürərək özünün və ailəsinin ehtiyaclarının ödənilməsinə xərcləmişdir. O, həmin müddətdə düşünmüşdür ki, işlər yaxşı gedəcəyi halda həmin pulları yerinə qoya biləcəkdir, lakin işlər yaxşı getmədiyindən onun orada əksiyi yaranmışdır. O, bu barədə heç bir sənədləşmə aparmamışdır. Onun həmin mağazada təxminən 13-14 ədəd işlək vəziyyətdə olmayan mobil telefonu qalmışdır. Həmin mobil telefonların ümumi dəyəri isə təxminən 3000 manat olmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 74,50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu maddəsinin “a” bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddənin 1 və 2-ci hissələrinə əssən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 205-ci maddənin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 294-cü maddənin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsininin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://eqanun.az/framework/46944 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəflər arasında fərdi əmək mübahisəsi vardır. Cavabdeh və iddiaçı arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin mahiyyətinə görə əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərlə bağlı çatışmazlıqlara görə Cavabdehlik daşımışdır. Onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə görə, ona etibar edilmiş maliyyə vəsaitini, maddi dəyərliləri, əmlakı layiqincə qorumağı tam məsuliyyəti ilə üzərinə götürürmüşdür. İşin hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən mağazadakı mallarda əksiklik olduğuna dair şühbə olduğundan sayım aparılmış və 5448 manatlıq mobil telefonun yerində olmadığı müəyyən edilmişdir. Nəticədə İddiaçı şikayəti əsasında Nəsimi RPİ-də Cavabdeh barəsində araşdırma aparılarkən sonuncu mağazadan 5448 manatlıq mobil telefonu ehtiyacı olduğu üçün icazəsiz götürdüyünü, lakin borcunu qaytarmaq niyyətində olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə, iddiaya hər hansı münasibət bildirməsə də, məhkəmə onun Nəsimi RPİ-də vermiş olduğu izahatını vurulmuş maddi zərərin etirafı kimi qiymətləndirir. Odur ki, 5448 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 74,50 manat dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 5448 manat pul və ödənilmiş dövlət rüsumuna görə 74,50 manat alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-903/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-903/2025
13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver