Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1293/2020 09.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı “xxxxxxxxxxxx” ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, ** HP *** dövlət qeydiyyat nişanlı “BMW 540” markalı avtonəqliyyat vasitəsi “xxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2017-ci il tarixlində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh idarə etdiyi ** HP *** dövlət qeydiyyat nişanlı “BMW 540” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək ** BC *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədər DYP əməkdaşı tərəfindən Cavabdeh barəsində TYP 144307 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, ** BG *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 300(üç yüz) manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən, “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 300(üç yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. ”İcbari Sığorta haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişin məbləğində subroqasiya hüququ yaranır. Sığorta ödənişin əvəzi olaraq 300 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 20.40 manat pulun cavabdehdən alınaraq “xxxxxxxxxxxx” ASC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 147-ci madəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1993-ci ildə Mingəçevir şəhərində anadan olmuş və Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №li evdə 29 №li mənzildə qeydiyyatdadır. İşə əlavə edilmiş TYP 144307 №li protokoldan görünür ki, xx.xx.2018-ci ildə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6- cı maddəsi ilə inzibati xəta törətmişdir. İşə əlavə olunmuş Bakı şəhər Polis Şöbəsinin TYP-nin polis kapitanı X1 144307 №-li inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə 100 manat məbləğində cərimə olunmuşdur. İşdə olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ** BC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 300 manatdır. İşdə olan xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2018-ci ildə Bakı şəhəri Xətai rayonu Neapol dairəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərərçəkən şəxs X3 məxsusu 90 BQ526 dövlət qeydyyat nişanlı “Mersedes Benz” markalı avtomaşına dəymiş zərər 300 (üç yüz) manatdır. İşdə olan xx.xx.2018-ci il tarixli plastik kartların təhvil-təslim aktından görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış 90BQ 526 dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtomaşına dəymiş 300 manat sığorta ödənişinin alınması üçün plastik kart faydalanan şəxs Arif Cəfərova verilmişdir. İşə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BQ *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtomaşın X3 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096,2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, zərərçəkənə maddi ziyan cavabdeh tərəfindən vurulmuşdur. Zərərçəkənə dəymiş maddi ziyan sığorta müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İddiaçı cavabdehin zərərçəkmişə vurduğu maddi ziyanı ödədiyinə görə məhkəmə hesab edir ki, iddiaçının ödədiyi məbləğ reqres qaydasında cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 20.40 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu qaydada hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə məxsus avtomobilə vurulan maddi zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 300 manat və dövlət rüsumu kimi ödənilmiş 20.40 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh vurduğu maddi ziyana görəödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat pultutularaq, iddiaçı«xxxxxxxxxxxx»ASCəverilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-1293/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1293/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver