Məhkəmə qərarları › İş №e-2(051)-1297/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1297/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1297/2020 14.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi və Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, iddiaçı: “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : “xxxxxxxxxxxx” ASC-nin etibarnaməüzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 520 manat məbləğdə pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 0.40 manat xidmət haqqının alınıb “xxxxxxxxxxxx” ASC-nə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə xx xxxx 2020-ci il tarixdə daxil olmuş və cavadehlərə ərizənin daxil olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarının təqdim olunması barədə bildirişlər göndərilmişdir. Lakin cavabdehlər verilmiş tələbə heç bir münasibət bildirməmişlər. Buna görə məhkəmə Azərbaycan respublikasının MPM-nin 284-5.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus ** BL *** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində “xxxxxxxxxxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** BL *** dövlət qeydiyyat nişanlı Vaz 21074 markalı avtonəqliyyat vasitəsilə ** BJ *** dövlət qeydiyyat nişanlı Vaz 21705 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Beləki DYP əməkdaşı tərəfindən tərtib olunmuş protokol və qərarda canlı etibarnamə yəni avtonəqliyyat vasitəsinin etibarnaməüzrə sahibi Cavabdeh2da yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsində olması qeyd olunmuş və Cavabdeh2 verilmiş etibarnamənin nömrəsi qeyd olunmuşdur. Lakin iş materiallarına əlavə olunmuşƏN-Vİ 025887 nömrəli etibarnaməyə diqqətlə nəzər yetirsək görərik ki, hadisə zamanı Cavabdeh2 məxsus olan etibarnamənin müddəti xx.xx.2018 ci il tarixdə bitmişdir. Həmçinin Azərbaycan Respublikası DYP idarəsinin şirkətimiz tərəfindən verilmiş sorğusuna cavab olaraq verdiyi 0169102/220 saylı məktubundanda görünür ki, sürücünün hadisə zamanı etibarnaməsi olmamış həmçinin Cavabdeh2da verilmiş etibarnamənin müddəti bitmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** BJ *** dövlət qeydiyyat nişanlı Vaz 21705 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 520,00 (beş yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına 520,00 (beş yüz iyirmi) manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmışdır və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Cavabdeh1 barəsində xx xxxxxx 2018-ci il tarixdə TYP № 108482 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən “Vaz 21075” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 520 manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2018-ci il tarixli sığorta aktına əsasən, “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 520 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 520 manat məbləğdə pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 0.40 manat xidmət haqqının alınıb “xxxxxxxxxxxx” ASC-nə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli sığorta aktından görünür ki, “Vaz 21075” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 520 manat təşkil edir. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Vaz 21075” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təmir işləri ilə birlikdə 520 manat təşkil edir. İddia ərizəsinə əlavə olunmuşödəniş tapşırığının surətindən görünür ki, “xxxxxxxxxxxx” ASC 520 manat məbləğdə pulu X1 hesabına köçürtmüşdür. İddia ərizəsinə əlavə olunmuş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2018-ci il tarixli, TYP 108482 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat miqdarda inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti və 0.40 manat xidmət haqqı da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 520 (beş yüz iyirmi) manat pul alınıb “xxxxxxxxxxxx” ASC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulub «xxxxxxxxxxxx» ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar