Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1342/2023 14.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin alınıb verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin alınıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus «MERSEDES BENZ C220 CDİ» markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı vəkili Vəkil məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasını onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-in Sumqayıt filialı ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə 514A saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı nəqliyyat vasitəsi alınması məqsədi ilə illik 25% olmaqla 24 ay müddətinə 8.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müaviləsinin təminatı kimi "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarizdə 514A saylı ipoteka müqaviləsi bağlanaraq"Mercedes Benz C220 CDİ" minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2000-ci il, BAN-WDB2030061A032424, rəngi gümüşü metal) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir (ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarış AA №074455). Bir müddət sonra kredit borcunu ödəyə bilmədiyi üçün bankın razılığı ilə iddiaçı avtmobilə dair üçüncü şəxsin adına etibarnamə vermiş, razılaşma ondan ibarət olmuşdur ki, həmin üçüncü şəxs İddiaçı banka olan kredit borcunu ödəyəcək və yekunda maşını öz adına keçirəcəkdir. Lakin həmin şəxs avtomobili ələ keçirdikdən sonra kredit borcunu ödəməmiş və avtomobilə dair başqa şəxsin adına etibarnamə vermişdir. Hazırda avtomobil cavabdehin istifadəsindədir. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(060)-3820/2015 saylı qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 514A saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı əsas borcu 6618 ABŞ dolları, faiz borcu 800 ABŞ dolları, cəmi 7418 (yeddi min dörd yüz on səkkiz dollar) ABŞ dolları ( ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-ə ödənilməsi, tələb İddiaçı tərəfindən ipoteka yüklü edilmiş Mercedes Benz C220 CDİ" minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2000-ci il, BAN-WDB2030061A032424, rəngi gümüşü metal) avtomobilə yönəldilməsi, qeyd olunan nəqliyyat vasitəsinin açıq hərracdan satılması və oldə olunan vəsait hesabına İddiaçı "xxxx" ASC-yə olan borcunun ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğdən banka olan borcu ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Qətnamədən iddiaçı 2022-ci ilin sonlarında xəbər tutmuş və apellyasiya şikayəti vermişdir. Hazırda iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin sorğu əsasında gələn məktubuna əsasən sözügedən avtomobil qətnamə qət ediləndən sonra etibarnamə ilə əvvəl X2, sonradan X1 istifadəsində olmuşdur. Hazırda isə Cavabdeh istifadəsindədir. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus «MERSEDES BENZ C220 CDİ» markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 016-157152-1222 saylı məktubun surətindən görünür ki, «MERSEDES BENZ C220 CDİ» markalı ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən İddiaçı adında qeydiyyatdadır. İşə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(060)- 3820/2015 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 514A saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı əsas borcu 6618 ABŞ dolları, faiz borcu 800 ABŞ dolları, cəmi 7418 (yeddi min dörd yüz on səkkiz dollar) ABŞ dolları ( ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-ə ödənilməsi, tələb İddiaçı tərəfindən ipoteka yüklü edilmiş Mercedes Benz C220 CDİ" minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2000-ci il, BAN-WDB2030061A032424, rəngi gümüşü metal) avtomobilə yönəldilməsi, qeyd olunan nəqliyyat vasitəsinin açıq hərracdan satılması və oldə olunan vəsait hesabına İddiaçı "xxxx" ASC-yə olan borcunun ödənilməsi, avtomobilin satışından əldə olunmuş məbləğdən banka olan borcu ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, "xxxx" ASC-in Sumqayıt filialı ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə 514A saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, İddiaçı nəqliyyat vasitəsi alınması məqsədi ilə illik 25% olmaqla 24 ay müddətinə 8.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müaviləsinin təminatı kimi "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarizdə 514A saylı ipoteka müqaviləsi bağlanaraq "Mercedes Benz C220 CDİ" minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir Bir müddət sonra kredit borcunu ödəyə bilmədiyi üçün bankın razılığı ilə iddiaçı avtmobilə dair üçüncü şəxsin adına etibarnamə vermiş və aralarındakı razılaşmaya əsasən həmin üçüncü şəxs İddiaçı banka olan kredit borcunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin həmin şəxs üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, kredit borcunu ödəməmiş və avtomobilə dair başqa şəxsin adına etibarnamə vermişdir. Avtomobil etibarnamə ilə əvvəl X2, sonradan X1 istifadəsində olmuşdur. Hazırda isə Cavabdeh istifadəsindədir. Beləliklə məhkəmədə işin mübahisələndirilən halları kimi müəyyən edilir ki, iddiaçı «Mercedes Benz C220 CDİ» minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğu üçün onu cavabdehdən geri tələb etdiyini, lakin cavabdehin mübahisəli avtomobili ona geri qaytarmadığını, bu səbəbdən də avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınmalı olduğunu bildirir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.2-ci maddəsinin tələbinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Beləliklə məhkəmə qeyd edir ki, təqdim edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, «Mercedes Benz C220 CDİ» minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, bu səbəbdən də iddia tələbi təmin edilməli, «Mercedes Benz C220 CDİ» minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının bu barədə tələbi olmadığından iddia ərizəsi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus «Mercedes Benz C220 CDİ» minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən alınsın və İddiaçı verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-1342/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1342/2023
14.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver