Məhkəmə qərarları › İş №e-2(051)-1536/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1536/2022

21.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1536/2022 21.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 12536.76 manat əsas borcun, 0.40 manat bank xidməti haqqının və 128 manat dövlət rüsumunun alınıb verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh rəsmi qeydə alındığı ünvanın Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, B.Abbasov 156 olduğundan, mülki işin aidiyyatı üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, cavabdeh yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, B.Abbasov 156 ünvanında qeydiyyatda olduğundan, İddiaçının cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinin səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri B.Abbasov 156 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair 2(051)-1536/2022 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar