Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1563/2022 04.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı avtoyuma məntəqəsindən çıxarılma tələbinə dair mülki işə 04 oktyabr 2022-ci il tarixdə məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtoyuma məntəqəsindən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 28 saylı sərəncamı ilə Mingəçevir şəhəri, A.Məmmədov və X.Şuşinski küçələrinin kəsişdiyi ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobillərin yuyulması məntəqəsinin təşkili üçün ayılmış 31.5 kv.metr torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılması, həmin tikilinin daxilində olan bir ədəd dəmir darvazanın, 1 ədəd işıq sayğacının, 2 ədəd divanın, 1 ədəd xalçanın, 3 ədəd maşınyuma avadanlığının, 2 ədəd dəmir jalüzün onun sərəncamına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmasına hazırlanması zamanı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddiaçının vəsatəti ilə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 170.1 və 170.2, 263- 264, 266, 268, -cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı avtoyuma məntəqəsindən çıxarılma tələbinə dair iddia ərizəsi iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10(on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-1563/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1563/2022
04.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver