Məhkəmə qərarları › İş №e-2(051)-2218/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2218/2025

17.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2218/2025 17.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı cavabdeh X2 qarşı “çəkilmiş xərc” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında araşdırıb, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh X2 qarşı “çəkilmiş xərc” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, M.Füzuli küçəsi, ev 23, mənzil 3-ün təmirinə çəkilmiş 20.000 (iyirmi min) manat pul vəsaitinin və həmin pul vəsaitinin tələb edilməsi üçün ödədiyi 150 (yüz əlli min) manat dövlət rüsumunun cavabdeh X1 alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə 1992-ci ildə evlənmişdir. Cavabdehlə evləndikdən sonra Mingəçevir şəhəri, M.Füzuli küçəsi, ev 23, mənzil 3-ə köçərək orada yaşamışlar. Həmin mənzil demək olar ki, yaşanılası vəziyyətdə olmamışdır. Cavabdeh iddiaçı ilə evləndikdən qısa müddət sonra Rusiya Federasiyasına getmişdir və qayıtmamışdır. İddiaçı özü həmin mənzili öz şəxsi vəsaiti hesabına təmir edərək yaşanılası vəziyyətə gətirmişdir. Uzun müddət sonra, 2022-ci ildə cavabdeh Azərbaycan Respublikasına gəldi və iddiaçının həmin mənzildən kompensasiya verilməklə çıxarılması tələbinə dair iddia qaldırdı. Cavabdehin iddiası məhkəmə tərəfindən təmin edildi. Hal-hazırda iddiaçı çox acınacaqlı vəziyyətdədir, xəstədir, əgər o həmin mənzildən çıxarılsa, küçələrdə qalacaq. Təxminən indiki məzənnə ilə iddiaçı həmin mənzililin yaşanılası vəziyyətinə gətirilməsi üçün təmirinə 20.000 manat xərc çəkmişdir. Bu halı təsdiq edəcək şahidəri də var. Lakin iddia ərizəsini və iş materiallarını araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin giriş hissəsində proses iştirakçıları sırasında cavabdehin adı, soyadı və ata adı qeyd edilsə də, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, Fin kodu qeyd edilməmiş, eyni zamanda iddia ərizəsinə cavabdehin sonuncu yaşadığı yerlə bağlı hər hansı məlumat əlavə edilməmişdir. Bu səbəbə görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi MPM-nin 149-cu maddəsinin forma və məzmununa uyğun gəlmədiyi üçün geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151, 152.1.1 və 306.2-ci və 307.2.9-cu maddələrini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia icraat qaydasında baxılan işlərdə məhkəməyə verilən ərizənin forma və məzmunun müəyyən edilməsində həmin məcəllənin 149-cu maddəsində nəzərdə tutulan normaların tətbiq edilməsi qanunauyğundur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı “çəkilmiş xərclər” tələbinə dair iddia ərizəsi qeri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşə məhkəmədə baxılması üçün ödənilmiş 150 azn dövlət rüsumu İddiaçı geri qaytarıımalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh X2 qarşı “çəkilmiş xərclər” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər qeri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşə məhkəmədə baxılması üçün ödənilmiş 150 azn dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar