Məhkəmə qərarları › İş №e-2(051)-2336/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2336/2023

23.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2336/2023 23.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh və etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və orada inşa edilmiş tikilidən çıxartma tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və orada inşa edilmiş tikilidən çıxartma tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə 5№ li Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə ona verilmiş 0,06 ha torpaq sahəsindən və orada inşa edilmiş tikilidən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən və tikilidən istifadə etməyinə Cavabdeh mane olmağın qadağan edilməsi, Cavabdeh həmin torpaq sahəsindən və tikilidən istifadə etməyin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir şəhər XDS İcraraiyyə Komitəsinin 07 mart 1980ci il tarixli 102 saylı qərarı ilə 5№ li X4 Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə ona verilmiş 0,06 ha torpaq sahəsindən və orada inşa edilmiş tikilidən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən və tikilidən istifadə etməyinə Cavabdeh mane olmağın qadağan edilməsi, Cavabdeh həmin torpaq sahəsindən və tikilidən istifadə etməyin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, iddia tam əsassızdır əgər ilkin iddia tələbinin təmin olunacağı təqdirdə cavabdehlər İddiaçı və X1 30000 manat məbləğdə pulun və ödənilmiş 180 manat dövlət rüsumunun alınıb ona verilməsi və torpaq sahəsinin boşaldılması ilə pulun eyni vaxtda verilərək icra olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X3 da məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən qanunvericiliyin tələblərinə əməl etməmiş və Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilmədən verildiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsində cavabdehin adı soya adı, ata adı və ünvanı qeyd olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və orada inşa edilmiş tikilidən çıxartma tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qəbz əsasında dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar