Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-24/2025 02.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Cavabdeh: Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X10 qarşı “pul və əşya” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarı ilə 5 №li Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə ona verilmiş 0.06 sot torpaq sahəsindən və orada inşa edilmiş tikilidən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən və tikilidən istifadə etmələrinə Cavabdeh mane olmağın qadağan edilməsi, Cavabdeh həmin torpaq sahəsindən və tikilidən istifadə etməyinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli, 102 saylı qərarına əsasən Mingəçevir şəhər Bozdağın ətəyindən 4 ha torpaq sahəsi 5 saylı Ərazi Nəqliyyat Kontoruna ayrılmış, Kontorun Həmkarlar Komitəsinin qərarına əsasən 16 avqust 1999-cu il tarixli «Sevinc» bağçılığının siyahısına daxil edilmişdir və ona 6 sot bağçılıq sahəsi verilmişdir. Torpaq sahəsi həmin vaxtdan iddiaçının istifadəsində olmuşdur. Həmin torpaq sahəsində yaşayış evi inşa etdirib orada yaşamışlar. Bununla belə, sonradan bağçılığın adı «mexanizator» kollektiv bağçılıq təsərrüfatı adlandırılmışdır. Hazırda Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə 5№li Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə ona verilmiş 0.06 sot torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın qeydə alınmaqla onun adına Çıxarış verilməsi öhdəliyi qoyulması barədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə bağçılıq pasportunun kserosurətini təqdim etmişdir. Həmin bağçılıq pasportunda «Sevinc» bağçılıq təsərrüfatının Həmkarlar Komitəsinin arayışının əsli əlavə olunmuşdur. Oğlunun borc məsələsi ilə əlaqədar həmin sənədləri Cavabdeh vermişlər. Borcu qaytara bilmədiklərindən cavabdeh onları zorla torpaqlarından və evlərindən çıxarmışdır. Belə ki, Cavabdeh onun sənədlər əsasında özünə həmin torpağa mülkiyyət hüququna dair sənəd almaq istəyir. Həmçinin onlara həmin torpağa sahiblik etməyə imkan vermir. Halbuki, Cavabdeh həmin torpaq sahəsinə heç bir əmlak hüquqları yoxdur . Odur ki, iddianın təmin olunması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı ilkin iddia tələbinin rədd edilməsi, ilkin iddia tələbinin tələb olunacağı təqdirdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və X6 30.000 (otuz min) manat pulun və ödənilmiş 180 (bir yüz səksən) manat rüsumun alınıb ona verilməsi və torpaq sahəsinin boşaldılması ilə pulun eyni vaxtda verilərək icra olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun həyat yoldaşı Yusif Cəbrayılovu 2022-ci ilin mart ayından oğlu Sənan Nəcəfovun vasitəsilə tanımışdır. Belə ki, oğlu Sənan İddiaçı oğlu Rusif ilə dost münasibətlərində olmuşdur. Rusif oğlu Sənana Mingəçevir şəhəri, ”Samux” küçəsində yerləşən “Sevinc” Bağ massivində 6 sot torpaq sahəsində yerləşən 3 otaqlı evlərini 20.000 (iyirmi min) manata satdıqlarını demişdir. Sənan da bu barədə ona məlumat vermişdir. Yaşadıqları ev kiçik olduğundan həmin fərdi yaşayış evini almağa razılıq vermişlər. 2022-ci ilin mart ayının sonunda həmin fərdi yaşayış evinə baxmaq üçün getmişdir və evin satışı ilə bağlı ilkin olaraq 20000 manat müqabilində Rusiflə razılaşalar da, onun atası Yusif evi onlara 25.000 manata satacağını demişdir. Elə onlar da bu şərtlə razı olmuşlar. Beləliklə, 01 aprel 2022-ci il tarixdə o Mingəçevir şəhər, ”Samux” küçəsində yerləşən “Sevinc” Bağ massivində 6 sot torpaq sahəsində və onun üzərində olan 3 otaqlı yaşayış evlərini İddiaçı və Yusif Cəbrayılovdan 25.000 manata almışdır. Lakin həmin vaxt torpaq sahəsi və fərdi yaşayış evini çıxarışı olmadığı üçün aralarında olan alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirə bilmədik. Lakin, buna baxmayaraq biz ərizəçinin evində olmuşlar, alqı-satqıyla bağlı pulları sayıb əlbəəl İddiaçı və onun həyat yoldaşı Yusif Cəbrayılova vermişlər. Bu barədə video çəkiliş aparılmışdır. Eyni zamanda da həmin vaxt torpaq və evlərin alqı-satqısı ilə məşğul olan Nümayəndə3, oğlu Sənan və İddiaçı oğlu Rusif də iştirak edirdi. Aralarında olan razılığa əsasən həmin pulun 18000 (on səkkiz min) manatını nağd şəkildə İddiaçı və onun əri Yusif Cəbrayılova vermişlər. Belə ki, oğlu Sənanla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu Rusif 2020-ci ilin əvvəllərində “Kapital Bank”dan kreditə 13000 (on üç min) manat pul götürmüşlər və həmin pulun 5000 manatını oğlu Sənan, 8000 manatını isə Rusif götürmüşdür. Rusif götürdüyü pulu qaytara bilmədiyindən onun yerinə 7000 manatı da banka onlar ödəmişlər. Bu şəkildə həmin 7000 manatı da 25000 manatdan çıxdıqdan sonra 18000 manat pulu xx.xx.2022-ci il tarixdə Rusifin anası İddiaçı və Yusif Cəbrayılova aldıqları, Mingəçevir şəhəri, “Sevinc” bağ massivində yerləşən fərdi yaşayış evində vermişlər. Həmçinin həmin torpaq sahəsinin sənədlərinin hazırlanması üçün İddiaçı torpaq sahəsinin alqı-satqı ilə məşğul olan Nümayəndə3 adına 1 il müddətinə mülki etibarnamə vermişdir ki, qeyd olunan bağ sahəsinə çıxarış alıb onun adına keçirtsin. 1 aydan sonra isə cavabdehlər İddiaçı və ailə üzvləri evdən çıxmışlar. Bundan sonra mən həmin evin təmiri üçün də əlavə olaraq 5000 (beş min) manat pul xərcləmişdir. Lakin, buna baxmayaraq İddiaçı ona satdığı torpaq sahəsi və bağ evini hazırda əlindən almaq istəyir. Bu isə Qanunvericiliyin tələblərinə tam ziddir. Çünki, o qeyd olunan bağ evinin alınması üçün İddiaçı 25000 (iyirmi beş min) manat məbləğdə pul vermişdir və bu məhkəməyə təqdim etdiyi sübutlarla öz təsdiqini tapır. Digər tərəfdən isə aldığı evin təmir olunması üçün əlavə olaraq 5000 manat pul xərcləmişəm. Bu məsələ ilə bağlı həm onun şikayəti, həm də ərizəçinin şikayətləri əsasında Mingəçevir şəhər X21 Şöbəsində araşdırılma aparılmışdır. Bununla bağlı izahatları alınmış və İddiaçı və onun həyat yoldaşı Yusif Cəbrayılov verdikləri izahatlarında sözügedən torpaq sahəsi və yaşayış evi üçün onlara 25000 (iyirmi beş min) manat məbləğində pul verdiyimi etiraf etmişlər. Odur ki, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən “İddia tələbinin həcminin artırılması” və “iddia tələbini dəqiqləşdirilməsi”nə dair ərizədə cavabdehlər İddiaçı və Yusif Cəbrayılovdan 25000 (otuz min) manat məbləğdə pulun, ödənilmiş 180 manat dövlət rüsumunun alınıb ona verilməsi və eyni zamanda 28 adda əşyaların yəni, 1) Samsung markalı paltar yuyan maşın; 2) 1 ədəd soyuducu; 3) stol üstü 4 gözlü qaz sobası; 4) 2 ədəd televizor; 5) 2 ədəd televizor altlığı; 6) çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 7) 1 ədəd tülpan - əl-üz yuyan; 8) 1 ədəd paltar üçün şkaf; 9) 1 ədəd açılan çarpayı; 10) 2 ədəd stol; 11) 6 ədəd stul; 12) 1 ədəd paltar asılqanı; 13) 2 ədəd divan kreslo; 14) 1 ədəd elektrik sobası; 15) 1 ədəd mətbəx stolu; 16) 4 ədəd pərdə; 17) 1 ədəd paltar üçün vanna; 18) 1 ədəd telefon aparatı; 19) 1 ədəd modern; 20) 1 ədəd paltar üçün böyük çanta; 21) 1 ədəd peyk antenası; 22) 3 ədəd xalça; 23) üstünə salman divan-kreslo üzlüyü; 24) 2 ədəd odeyal; 25) 2 ədəd yorğan; 26) 2 ədəd mütəkkə və yastıq; 27) mətbəx ləvazimatları və 28) 4 ədəd çilçıraq əşyalarının alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclası zamanı qarşılıqlı iddianı müdafiə etdi və izahatında göstərdi ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun həyat yoldaşı Yusif Cəbrayılovu 2022-ci mart ayında oğlu Sənan vasitəsilə tanımışdır. Bundan əlavə aprel-may aylarında təmirə başlamışlar. 6 ay evdə təmir işləri aparmışlar. Bundan əlavə həm onların, həm də qarşılıqlı iddia üzrə cavabdehin şikayəti əsasında Mingəçevir Şəhər Polis X12 araşdırılma aparılmışdır. Bununla bağlı, onların izahatları alınmış və bununla bağlı sözügedən torpaq sahəsi üçün 25.000 manat pulun ödənildiyini etiraf etmişlər. Odur ki, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 cavabdehin izahatında göstərilən halların nəzərə alınmasını qarşılıqlı iddia üzrə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə cavabdeh X13 iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi izahatlar tamamilə yalandır. Aralarında alqısatqı müqaviləsi olmamışdır. Onlar müqavilə bağladılar, çünki Vaqif onu aldadıb ki, oğlunun onlara 7000 manat borcu var. O, isə təklif etmişdir ki, borcdan indi 3000 manat pul versin qalan borcu isə 2-3 aya ödəyəcəkdir. Vaqif isə bu təkliflə razılaşmadı. Bu borc tək oğlu Rusifin borcu deyil. O, Cavabdeh təklif etdi ki, Vaqif ona 18000 manat versin, beləliklə oğlunun borcundan çıxılsın, həmin pul beh kimi verilsin. Pulu ödəndikdən sonra evi onun özünə qaytarsınlar. Onlar makler Raminin yanında belə danışıb razılığa gəldilər. Həmin ərəfələrdə müqavilə də bağladılar. Cavabdeh ona nağd 18000 manat pul vermişdir. Vaqif isə onunla razılaşmamış ondan evin təmirilə birlikdə 30000 manat pul alacağını bildirmişdir. Hal-hazırda Cavabdeh 17000 manat borcu vardır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, qarşılıqlı iddia tələbini qəbul etmir. Odur ki, qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun həyat yoldaşı X10 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddia ərizəsini, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Mingəçevir şəhər, 5 nömrəli ANM-nin “Sevinc” bağçılıq yoldaşlığının torpaq sahəsinin ayrılmasına dair adlı siyahısında İddiaçı adı aşkarlanmamışdır. Odur ki, Mingəçevir şəhər, 5 nömrəli ANM-nin “Sevinc” bağçılıq yoldaşlığından ayrılmış 0,06 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması imkan xaricindədir. İşdə olan adlı siyahıdan və 5 saylı Orderdən görünür ki, torpaq sahəsi 1980-ci il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilmişdir. İşdə olan Mingəçevir Regional “Asan xidmət” X22 tərəfindən verilmiş “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, X11 ilə X8 nikahı xx.xx.2022-ci il tarixdə 67 №li akt qeydi ilə onların razılığına əsasən pozulmuşdur. Nikahın pozulmasından sonra arvada “Şükürova” soyadı verilmişdir. İşdə olan 1980-ci il tarixdə verilmiş texniki pasportdan görünür ki, Mingəçevir şəhər, 5 nömrəli ANM-nin “Sevinc” bağçılıq yoldaşlığından ayrılmış 0,06 ha torpaq sahəsi X7 adına qeydə alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, 06 sentyabr 1979-cu il tarixli 30 saylı qərarı ilə 5 saylı MƏAK-a bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İşdə olan “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Nəcəfov X14 şəhəri, H.Əliyev prospekti, ev 31, m 27 ünvanında qeydiyyatdadır. İşdə olan 28 aprel 2023-cü il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh, X13 və İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri olmadığından başlanmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “beh müqaviləsi”ndən görünür ki, Cavabdeh tərəfindən X10 Nümayəndə3 vasitəçiliyi ilə satış qiyməti 25.000 manat olan Mingəçevir şəhəri, Samux küçəsində yerləşən fərdi yaşayış evini Cavabdeh 25000 manata satmaqla, onun 7.000 manat məbləğini borc əvəzi olmaqla, 18.000 manatı isə nağd alması X13 tərəfindən imza edilməklə, eyni zamanda Cavabdeh tərəfindən Mingəçevir şəhəri, Samux küçəsində yerləşən fərdi yaşayış evini 7.000 manat borcu ödəməklə, 18.000 manatı isə nağd ödəməklə 25000 manata almışdır. Əlavə olaraq evdə təmir işlərinə 5000 manat xərcləmişdir. İşdə olan Şəki İnzibati Məhkəməsi tərəfindən verilmiş 2-1(116)-435/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri “ X24 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı Mingəçevir şəhər X23 İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli , 102 saylı qərarı ilə Mingəçevir Ərazi Nəqliyyat Kontorunun işçilərinə bağçılıq üçün ayrılmış ərazidə iddiaçıya verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılır və icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-289/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri “ X24 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsi və onun üzərində inşa edilmiş tikilidən cavabdehin çıxardılması tələbinə dair İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkilİ Nümayəndə1 vəsatəti təmin edilmiş, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “pul” tələbinə dair qarşılıqlı iddianın mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, BPM**********91 №li kredit müqaviləsindən görünür ki, 23% dərəcəsi ilə 48 ay müddətinə 6700 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, BPM**********15№ li kredit müqaviləsindən görünür ki, 18,9% dərəcəsi ilə 48 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. İşdə olan 11 dekabr 2025-ci il tarixli, 10/9814 saylı ekspert rəyindən görünür ki, Mingəçevir şəhər, “Sevinc” bağ massivində inşa edilmiş ev fərdi yaşayış evində təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından xidmətlərin qiymətləri müəyyən edilmir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, qarşılıqlı iddia üzrə iddiaçı Nəcəfov X14 şəhəri, Samux küçəsi, “Sevinc” bağ massivində 6 sot torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evini alqı-satqı müqaviləsi əsasında 25.000 manata satın almışdır. Lakin torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinin çıxarışıolmadığından alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilməsi mümkün olmamışdır. Tərəflər arasında bağlanmış yazılı alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh tərəfindən satıcı X10 məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən fərdi yaşayış evini X9 əvəzindən onun 7.000 manat borcu banka ödənilməklə 18.000 manat isə nağd ödənilməklə cəmi 25000 manata almış, həmçinin satıcı X1 yerləşən fərdi yaşayış evini 7.000 manat borc olmaqla, 18000 manat nağd almaqla cəmi 25000 manat olmaqla Cavabdeh satmışdır. Hər iki tərəf özləri yazmış və özləri imza etmişlər. Məhkəmə iclası zamanı izahatlarla və iş materialları ilə müəyyən olundu ki, İddiaçı və X8 oğulları Rusif X2 olan 7000 manat məbləğində borcu Cavabdeh tərəfindən ödənildiyindən 25000 manatdan 7000 manat çıxılmaqla cəmi 18000 manat nağd ödənilmişdir. Bundan əlavə evi təmir-tikinti etdirmək üçün 5.000 manat xərc çəkmişdir. Cavabdehlər sözügedən evə köçmüş, bundan sonra mübahisə düşmüş, qarşılıqlı iddia üzrə cavabdehlər və evə yerləşdirilmiş 28 adda əşyalarını, yəni 1) Samsung markalı paltar yuyan maşın; 2) 1 ədəd soyuducu; 3) stol üstü 4 gözlü qaz sobası; 4) 2 ədəd televizor; 5) 2 ədəd televizor altlığı; 6) çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 7) 1 ədəd tülpan - əl-üz yuyan; 8) 1 ədəd paltar üçün şkaf; 9) 1 ədəd açılan çarpayı; 10) 2 ədəd stol; 11) 6 ədəd stul; 12) 1 ədəd paltar asılqanı; 13) 2 ədəd divan kreslo; 14) 1 ədəd elektrik sobası; 15) 1 ədəd mətbəx stolu; 16) 4 ədəd pərdə; 17) 1 ədəd paltar üçün vanna; 18) 1 ədəd telefon aparatı; 19) 1 ədəd modern; 20) 1 ədəd paltar üçün böyük çanta; 21) 1 ədəd peyk antenası; 22) 3 ədəd xalça; 23) üstünə salman divan-kreslo üzlüyü; 24) 2 ədəd odeyal; 25) 2 ədəd yorğan; 26) 2 ədəd mütəkkə və yastıq; 27) mətbəx ləvazimatları və 28) 4 ədəd çilçıraq əşyalar da evdən çıxarılmış və evin qapısının qıfılı X13 tərəfindən dəyişdirilmişdir. Məhkəmə iclası zamanı isə X3 Vaqifə 17000 manat borcu olduğunu, borcdan 1000 ödəndiyini bildirsə də, Cavabdeh bu halı təsdiq etməmiş, Cavabdeh isə onun oğlunun 7000 manat borcunun ödənilməsini inkar etmiş, əksinə özü oğlunun borcunu ödəmişdir. Bu halı təsdiq edən sübutları isə məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulanəsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.7. Əsassız varlanma; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olanşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakındövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdetibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mümkün alğı-satqı müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 25000 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarmalıdır. Eyni zamanda iddiaçının tələb etdiyi əşyalar da Cavabdeh qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Mingəçevir şəhəri, Samux küçəsi, “Sevinc” bağ massivində 6 sot torpaq sahəsi üzərində yerləşən 3 otaqlı fərdi evdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 28 adda əşyalar 1) Samsung markalı paltar yuyan maşın; 2) 1 ədəd soyuducu; 3) stol üstü 4 gözlü qaz sobası; 4) 2 ədəd televizor; 5) 2 ədəd televizor altlığı; 6) çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 7) 1 ədəd tülpan - əl-üz yuyan; 8) 1 ədəd paltar üçün şkaf; 9) 1 ədəd açılan çarpayı; 10) 2 ədəd stol; 11) 6 ədəd stul; 12) 1 ədəd paltar asılqanı; 13) 2 ədəd divan kreslo; 14) 1 ədəd elektrik sobası; 15) 1 ədəd mətbəx stolu; 16) 4 ədəd pərdə; 17) 1 ədəd paltar üçün vanna; 18) 1 ədəd telefon aparatı; 19) 1 ədəd modern; 20) 1 ədəd paltar üçün böyük çanta; 21) 1 ədəd peyk antenası; 22) 3 ədəd xalça; 23) üstünə salman divan-kreslo üzlüyü; 24) 2 ədəd odeyal; 25) 2 ədəd yorğan; 26) 2 ədəd mütəkkə və yastıq; 27) mətbəx ləvazimatları və 28) 4 ədəd çilçıraq əşyalarının qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi qanuni, əsaslı və obyektivdir. Belə ki, bu əşyalar onun istifadəsində və mülkiyyətində olmuşdur. Belə ki, həmin əşyalar ona məxsusdur. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş xx.xx.2025-ci tarixli məhkəmə tikinti-texniki ekspertizası tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehlərə aid edilməli və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və X6 müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 180 manat məbləğində pul dövlət hesabına tutulsun. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X6 müştərək qaydada 25000 manat pul tutulub qarşılıqlı iddia üzrə Cavabdeh verilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X6 Samsung markalı paltar yuyan maşın; 1 ədəd soyuducu; stol üstü 4 gözlü qaz sobası; 2 ədəd televizor; 2 ədəd televizor altlığı; çarpayı 2 ədəd döşəyi ilə bir yerdə; 1 ədəd tülpan - əl-üz yuyan; 1 ədəd paltar üçün şkaf; 1 ədəd açılan çarpayı; 2 ədəd stol; 6 ədəd stul; 1 ədəd paltar asılqanı; 2 ədəd divan kreslo; 1 ədəd elektrik sobası; 1 ədəd mətbəx stolu; 4 ədəd pərdə; 1 ədəd paltar üçün vanna; 1 ədəd telefon aparatı; 1 ədəd modern; 1 ədəd paltar üçün böyük çanta; 1 ədəd peyk antenası;) 3 ədəd xalça; üstünə salman divan-kreslo üzlüyü; 2 ədəd odeyal; 2 ədəd yorğan; 2 ədəd mütəkkə və yastıq; mətbəx ləvazimatları və 4 ədəd çilçıraq əşyaları müştərək qaydada alınıb iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X6 müştərək qaydada ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X6 müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 180 manat məbləğində pul dövlət hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-24/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-24/2025
02.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver