Məhkəmə qərarları › İş №e-2(051)-2595/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-2595/2025

19.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-2595/2025 19.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Ərizəçi İddiaçı ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmə iclasından kənar qaydada baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X1 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilsə də, işə xüsusi icraat qaydasında baxılmalı olduğu halda tərəflərə dair məlumatlar hissəsində “iddiaçı”ya dair məlumatlar göstərilmişdir. Xüsusi icraat qaydasında nəzərdə tutulmayan “iddiaçı” işə cəlb olunmuşdur. Bununla belə xüsusi icraat qaydasında nəzərdə tutulan “maraqlı şəxs” kimi X2 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi işə cəlb edilməli olduğu halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş idarəsi cəlb olunmuşdur. Bununla da ərizəçi ərizənin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göründüyü kimi qeyd olunan maddə, ərizənin forma və məzmununa dair tələblərə əməl edilməsini ərizəçiyə aid etmişdir, yəni ərizənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunda nəzərdə tutulmuş qaydalara əməl edilməsi ərizəçinin vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər ərizəyə əlavə edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Bundan başqa, İddiaçı ərizəsindən görünür ki, ərizəçi, X1 vəfat etməsinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də mərhum X1 vəfat etməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi İddiaçı ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2025-ci il tarixdə saat 10:29-da ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar