Məhkəmə qərarları › İş №e-2(051)-31/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-31/2024

07.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-31/2024 07.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı6, İddiaçı3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızının cavabdehlər X8 hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və X30 qarşı çıxarışın ləğv edilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 Abdurəhma oğlu, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6 və Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X8 adına Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi 8 saylı ünvanda yerləşən 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmasının və adına verilmiş çıxarışın ləğv edilməsi, Mingəçevir şəhər 2 saylı Notariat Ofisində təsdiq edilmiş X18 ilə Cavabdeh1 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixli, 4Ə-195 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, Mingəçevir şəhər 2 saylı Notariat Ofisində təsdiq edilmiş X18 ilə X45 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi ev 8 ünvanda yerləşən 0.03 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015 ci il tarixli, 4Ə-199 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, X8 adına Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.11ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında 14 mart 2015-ci ildə ********** saylı qeydiyyatın və adına verilmiş çıxarışın ləğv edilməsi və Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi 8 ünvanda yerləşən, hər birinin 0.0125 ha olmaqla, cəmi 0.75 torpaq sahəsinin bütövlükdə naturada bölünməsi haqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 Abdurəhma oğlu, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6 və Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızı sonradan iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X8 adına Mingəçevir şəhəri Cavabdeh2 küçəsi 8 saylı ünvanda yerləşən 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmasının və adına verilmiş çıxarışın ləğv edilməsi, Mingəçevir şəhər 2 saylı Notariat Ofisində təsdiq edilmiş X18 ilə Cavabdeh1 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015 ci il tarixli, 4Ə-195 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, Mingəçevir şəhər 2 saylı Notariat Ofisində təsdiq edilmiş X18 ilə X45 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.03 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015 ci il tarixli, 4Ə-199 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, X8 adına Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında 14 mart 2015-ci il tarixdə ********** saylı qeydiyyatın və adına verilmiş çıxarışın ləğv edilməsi, Mİngəçevir şəhəri 2 saylı Notariat Ofisində təsdiq edilmiş X18 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixli 4Ə225 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız sayılması, adına verilmiş çıxarışın ləğv edilməsi və Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən, hər birinin 0.0125 ha olmaqla, cəmi 0.75 torpaq sahəsinin bütövlükdə naturada bölünməsi haqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 Abdurəhma oğlu, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6 və Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızının nümayəndəsi və vəkili sonradan iddia tələbinin həcminin Cavabdeh1 və X30 münasibətdə azaldılması barədə ərizə təqdim edərək, məhkəmədən yalnız Mingəçevir şəhəri 2 saylı Notariat Ofisində təsdiqlənmiş X18 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixli 4Ə-225 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması və adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, 8 saylı evdə qeydiyyatda olmaqla yaşamışlar. O, İddiaçı4 X8 qızı, İddiaçı2 onun əri, digərləri isə onların övladlarıdır. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2007-ci il tarixli 293 saylı Sərəncamı əsasında X9, onların, həmçinin X15 və digər 12 nəfər ailə üzvlərinin ümumibirgə mülkiyyətinə 0.25 ha torpaq sahəsinin verilməsi barədə JN1395A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bundan sonra 0.19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində X9 tam mülkiyyət hüququ, torpaq sahəsi üzərində X9 0.0125 ha, İddiaçı4 0.0125 ha, İddiaçı2 0.0125ha, İddiaçı1 Abdrəhman oğlunun 0.0125 ha, X12, İddiaçı6 0.0125 ha, X4 0.0125 ha və digər ailə üzvlərinin isə torpaq sahəsində hər birinin payları 0.0125 ha olmaqla 27 avqust 2014-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)- 1150/14 saylı qərarı ilə JN-1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, üçüncü şəxslərə, yəni onlara və qeyrilərinə münasibətdə ləğv edilmiş, həmin tarixli qərardadla isə adlarına DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Yusif Məmmədov X72 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qərarını əldə etdikdən sonra 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra Yusif Məmmədov torpaq sahəsinin 0.08 ha hissəsini Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2015 ci il tarixli, 4Ə-195 və 4Ə-199 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, 0.05 ha hissəsini Cavabdeh1 0.03 ha hissəsini X30 bağışlamışdır. Qalan 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi 14 mart 2015-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ilə üçüncü şəxslər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)- 1150/2014 nömrəli qərarı ilə üçüncü şəxslər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilərək, inzibati iş üzrə yeni qərar çıxarılmış, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) “JN 1395A. kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələb i üçüncü şəxslər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilmişdir. 0.19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində X9 tam mülkiyyət hüququ, torpaq sahəsi üzərində X9 0.0125 ha, torpaq sahəsi üzərində isə İddiaçı4 0.0125 ha, İddiaçı2 0.0125 ha, İddiaçı1 0.0125 ha, X12, İddiaçı6 0.0125 ha, X4 0.0125 ha və digər ailə üzvlərinin isə torpaq sahəsində hər birinin payları 0.0125 ha miqdarda olmaqla 27 avqust 2014-cü il tarixində ********** nömrəsi ilə qeydiyyatının ləğv olunması əsası ilə qüvvədən düşmüşdür. 6 nəfər payçının payı olan 0,75 ha torpaq sahəsi əvəzsiz olaraq cavabdehlərin adına keçmişdir. Odur ki iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən Mingəçevir şəhəri 2 saylı Notariat Ofisində təsdiqlənmiş X18 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixli 4Ə-225 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması və adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərilənlərə əsasən izahat verərək bildirdi ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-l(84)- 1150/2014 saylı qərarı ilə JN-1395A, KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni 3-cü şəxslər X46, İddiaçı4, X13, İddiaçı1 Abdurrəhman oğlu, X10, İddiaçı6 Abdurrəhman oğlu, X7, Cavabdeh1, X41, X45, Cavabdeh2, X53, X65, X63, X20, X24, X73, X47 və X74 münasibətdə ləğv edilməsi qərara alınmışdır. Bundan sonra Mingəçevir şəhərinin Cavabdeh2 küçəsində yerləşən 0.19 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış verilmişdir. X76 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini övladları Cavabdeh2, Cavabdeh1 və nəvəsi Cavabdeh3 bağışlamışdır. Bunun da əsasında həmin şəxslər bağışlanmış əmlakı vicdanlı şəkildə qəbul etmişlər və bu barədə hüquqları Daşınmaz Əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış almışlar. Lakin, hazırki vəziyyətdə iddia ərizəsində qeyd olunan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 adına Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, 8 ünvanında yerləşən torpaq sahələri mövcud deyildir. Həmçinin bununla bağlı Daşınmaz əmlakın dövlət reystrində qeydə alınmış çıxarışları mövcud deyildir. Digər Cavabdeh2 isə mərhum atası Yusif Məmmədovun ona bağışladığı torpaq sahəsini vicdanlı qaydada almış və onun adına həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Cavabdeh2 vicdanlı alıcıdır. Onu da qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(107)-49/2022 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)- 1150/2014 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-l(102)-477/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)- 49/2022 saylı qərarının ləğv edilərək iddia tələbinin hazırki iş üzrə iddiaçılara münasibətdə mümkün sayılmaması, bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi üçün əsas deyildir. Bundan başqa X76 2014-cü ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən zaman 3-cü şəxs qismində digər şəxslərlə yanaşı, hazırki iş üzrə cavabdehləri də qeyd etmişdir. Bundan başqa onu da qeyd etməyi zəruri hesab edir ki, mərhum X18 özünə məxsus torpaq sahəsini cavabdehlərə bağışlaması barədə İddiaçı4 və digər şəxslərin xəbəri olmuşdur. Hazırki iddia üzrə iddiaçıların 9 ildən sonra bağışlanma müqaviləsini mübahisələndirmələri başa düşülən deyil. Əgər iddiaçılar bağışlanma müqaviləsindən narazı idilərsə, elə 2015-ci ildə də qeyd olunan bağışlanma müqaviləsini mübahisələndirərdilər. Lakin, iddiaçılar bu hüquqlarından istifadə etməmişlər. Eyni zamanda da iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən, Qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Bundan başqa hazırki iş üzrə iddiaçılar ev növbəsinə durmaq üçün Mingəçevir şəhəri, Cavabdeh2 küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə qeydiyyata düşmüşlər. Hesab edir ki, İddiaçı4 və digərlərinin bağışlanma müqaviləsindən 2015-ci ildən xəbərdar olmasına baxmayaraq, 2021-2022-ci illərdən başlayaraq torpaq tələb etmələri Qanunvericiliyin tələbinə ziddir. Ona görə iddianın rədd edilməsi xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatına uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh X31 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Onun payına düşən torpağı o, üç il bundan qabaq tanımadığı bir şəxsə satmışdır. O, torpaq sahəsi atasının sağlığında atası tərəfindən ona bağışlanmışdır. Burada heç bir mübahisə yox idi və o, rahat şəkildə ona bağışlanan mülkdən öz istədiyi kimi istifadə etmişdir. Hazırkı mübahisə üzrə Xəyal Məmmədovun torpağı ayrıdır. O, torpaq sahəsi Aydın Məmmədov küçəsinə aiddir. Qarşı tərəfin verdiyi şikayətdə isə 19 sot olan torpaqdan söhbət gedir. Onlar 19 sot olan torpağın mübahisəsi ilə bağlı məhkəməyə müraciət ediblər. Onun qardaşı olan küçə Cavabdeh2 ev 8 olub. O da həmin mənzili Nurlan adlı şəxsə satıb. Onun adında bu gün əmlak yoxdur. Bu torpaq onun atasının şəxsi mülkü olub. Onlarda nə olubsa hamısı qanuni yollarla həyata keçirilib. Hesab edir ki, qarşı tərəfin iddiası əsassızdır. Ona görə iddianın rədd edilməsi xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X53 ifadəsində göstərdi ki, o, iddiaçılar və cavabdehlərlə bacı qardaşdır. Onlar uzun illər əvvəl ev almaq üçün atalarına məxsus olan hazırkı mübahisəli evə qeydiyyata düşmüşlər. Həmin vaxt yeni evlər tikilirdi, onlar da yeni ev almaq istəyirdilər. Ona görə atalarına məxsus olan evə qeydiyyata düşürdülər. Hazırkı mübahisəli ev köhnə idi və plana düşmüşdür. Ora söküləndə onları yeni evlə təmin edəcəklərdi. Hal-hazırda da onlar hər biri ev növbəsindədirlər. Vaxtilə atasının məhkəmədə iddia qaldırmasından xəbəri var idi. Həmin vaxt atası onları həmin evdən qeydiyyatdan çıxardığı bildirdi. Onların da hər birinin razılığı ilə həmin evin iki qardaşa verilməsi bildirildi. Onların artıq evə ehtiyacları yox idi. Bu məsələdən bacısı Bacınqızın da məlumatı olmuşdur. O, özü 1991-ci ildə həmin evdən çıxmışdır. Bacınqız isə 1986-cı ildən həmin evdən çıxmışdır. Bacınqız hazırda Yevlax rayonu, Xanabad kəndində yaşayır. Bacınqızın əri əvvəllər balıq zavodunda işləyirdi ona görə Bacınqızın əri onun atasının evinə qeydiyyata düşmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X32 ifadəsində göstərdi ki, hər iki tərəf onun bacı və qardaşlarıdır. Onların münasibətləri də yaxşıdır. Bacısı Bacınqız hazırda atadan miras qalan torpaqdan pay istəyir. Həmin torpaqda isə onların qardaşı Rövşən yaşayır başqa yaşayış yeri də yoxdur. Vaxtilə ataları həmin torpağı qardaşlarına verdi. Onlar vaxtilə həmin evə ona görə qeydiyyata düşmüşlər ki, ev köhnə idi və sökülməlidi. Əvəzində isə dövlət yeni ev verməli idi. Sonra isə onlara yeni ev verilməsi dayandırıldı. Ona görə də onlar hamısı o vaxtdan həmin evdə qeydiyyatdadırlar. Lakin onlar öz payına düşən hissəni qardaşlarına verdilər. Bacınqızın özünün kənddə evi-daimi yaşayış yeri var. Vaxtilə ataları həmin evi qardaşlarına verəndə onların hər birinin, eyni zamanda Bacınqızın da məlumatı var idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X33 vəkili Vəkil3 məhkəmə iclası zamanı iddianın əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X54 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslıdır. İşdə olan 280 № li 17 fevral 1993-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1993-cü il tarixdə Mingəçevir şəhərində Cavabdeh1 və X21 birgə nikahından doğulmuşdur. İşdə olan 2297 № li 28 noyabr 1986-cı il tarixli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı1 Abdurrəhman oğlu xx xxxxxx 1986-cı il tarixdə Mingəçevir şəhərində X13 və İddiaçı4 birgə nikahından doğulmuşdur. İşdə olan 1229 № li 15 oktyabr 1975-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, Cavabdeh2 xx xxxxxxxx 1975-cı il tarixdə Mingəçevir şəhərində X18 və X25 birgə nikahından doğulmuşdur. İşdə olan 535 № li 19 mart 1991-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı6 xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində X13 və İddiaçı4 birgə nikahından doğulmuşdur. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 21 aprel 1971-cı il tarixdə Mingəçevir şəhərində X18 və X25 birgə nikahından doğulmuşdur. İşdə olan 1333 № li 12 avqust 1992-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X7 07 avqust 1992-ci il tarixdə Mingəçevir şəhərində X13 və İddiaçı4 birgə nikahından doğulmuşdur. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx xxxx 1967-ci il tarixdə Mingəçevir şəhərində X18 və X25 birgə nikahından doğulmuşdur İşdə olan JN 1395A, Kod 90200002 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2007ci il tarixli 293 saylı Sərəncamı əsasında X79 hüseyn oğlu, X46, İddiaçı4, X13, İddiaçı1 Abdurrəhman oğlu, X10, İddiaçı6 Abdurrəhman oğlu, X7, Cavabdeh1, X41, X45, Cavabdeh2, X53, X65, X63, X20, X24, X73, X48 və X74 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və operativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün 0,25 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən vəkil Ruhiyyə Kərimliyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, JN-1395A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X9, İddiaçı4, X6, İddiaçı1 Abdurrəhman oğlunun, X5, İddiaçı6 Abdurrəhman oğlunun, X3, X15 və digər 12 nəfər ailə üzvlərinin mülkiyyətinə 0.25 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsində payı olan X53 və ailə üzvlərindən olan digər mülkiyyətçilər paylarına düşən 0.06 ha hissəni xx.xx.2016-cı il tarixli 4Ə-3-458 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1. Bundan sonra Mingəçevir şəhəri Cavabdeh2 küçəsi, 8 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,19 ha torpaq sahəsi, X9 tam, Cavabdeh1 0.0025 ha, İddiaçı4 0.0125 ha, X6 0.0125 ha, İddiaçı1 Abdurrəhman oğlunun 0.0125 ha, X5 0.0125 ha, İddiaçı6 Abdurrəhman oğlunun 0.0125 ha, X3 0.0125 ha, X34 0.0125 ha, Cavabdeh2 0.0125 ha, X55 0.0125 ha, X56 0.0125 ha, X56 0.0125 ha, X14 0.0125 ha, X59 0.0125 ha, X26 0.0125 ha və X66 0.0125 ha xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2014-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, **********03-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, 8 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,19 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə X9 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, **********26-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, 8 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,11 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə X9 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X2 şəhər Cavabdeh2 küçəsi 8 ünvanda yerləşən ümumi sahəsi 0,19 ha olan torpaq sahəsinin cənub tərəfindən 0,03 ha hissəsini hədiyyə alan Cavabdeh3 vermişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi, 8B, ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə Cavabdeh3 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X2 şəhər Cavabdeh2 küçəsi 8 ünvanda yerləşən ümumi torpaq sahəsinin şərq tərəfdən 0,05 ha hissəsini hədiyyə alan Cavabdeh1 vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Məmmədov X27 şəhər Cavabdeh2 küçəsi 8A ünvanda yerləşən ümumi sahəsi 0.0093 ha olan torpaq sahəsini oğlu olan, hədiyyə alan Cavabdeh3 hədiyyə vermişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən **********16 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi, 8, ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0.0093 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Məmmədov X27 şəhər Cavabdeh2 küçəsi 8 ünvanda yerləşən ümumi sahəsi 0.0287 ha olan torpaq sahəsini oğlu olan, hədiyyə alan Cavabdeh3 hədiyyə vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli əmlak bölgüsü barədə müqavilədən görünür ki, bu saziş müqavilənin tərkibi və ayrılmaz hissəsi olmaqla bağışlanan torpaq sahəsinin kordinantlarını və sərhədlərini müəyyən edir, tərəflər bağışlama predmeti olan torpaq sahəsinə bu sazişin 13-cü bəndində göstərilən sərhədlər daxilində istifadə, sahiblik sərəncam hüquqlarını həyata keçirməyi və mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmağı üzərlərinə götürmüşlər. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən **********18 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi, 8, ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0.0287 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən **********24 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.0287 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Məmmədov X27 şəhər Cavabdeh2 küçəsi 8A ünvanda yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsini qardaşı oğlu olan, hədiyyə alan X42 hədiyyə vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli əmlak bölgüsü barədə müqavilədən görünür ki, bu saziş müqavilənin tərkibi və ayrılmaz hissəsi olmaqla bağışlanan torpaq sahəsinin kordinantlarını və sərhədlərini müəyyən edir, tərəflər bağışlama predmeti olan torpaq sahəsinə bu sazişin 13-cü bəndində göstərilən sərhədlər daxilində istifadə, sahiblik sərəncam hüquqlarını həyata keçirməyi və mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmağı üzərlərinə götürmüşlər. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən **********17 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə X35 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, **********28 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi, 8A, ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0.048 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan AN-İN ******* saylı Daşınmaz Əmlakın Alqı Satqı müqaviləsindən görünür ki, satıcı Məmmədov X27 şəhəri Cavabdeh2 küçəsi 8A ünvanda yerləşən 0.0187 ha torpaq sahəsini alıcı X43 20000 manata satdı. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən **********32-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə X36 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən **********02 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0,0187 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə X36 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır İşdə olan xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X2 şəhər Cavabdeh2 küçəsi 8A ünvanda yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh2 hədiyyə vermişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən **********62 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi, 8, ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0.8 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə Cavabdeh2 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən **********72-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.068 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/14 saylı qərarı ilə iddiaçı X8 cavabdeh AR DTXK-nın Mİngəçevir şəhər Şöbəsinə qarşı JN- 1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi barədə, iddia tələbi DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. İşdə olan X72 Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-1150/2014 saylı qərarından görünür ki, iddia təmin edilmiş, JN-1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, yəni üçüncü şəxslər X46, İddiaçı4, X13, İddiaçı1 Abdurrəhman oğlu, X10, İddiaçı6 Abdurrəhman oğlu, X7, Cavabdeh1, X41, X45, Cavabdeh2, X53, X65, X67, X20, X24, X73, X48 və X74 münasibətdə ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ilə üçüncü şəxslər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)- 1150/2014 nömrəli qərarı üçüncü şəxlər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilərək, inzibati iş üzrə yeni qərar çıxarılmış, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) “JN 1395A. kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələb i üçüncü şəxslər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-l(102)- 477/2023 saylı qərarı ilə iddiaçının hüquqi varisi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarının ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X8 cavabdeh AR İN yanında ƏMDX DƏDRK və Reyestri PHŞ 1`7 saylı Yevlax Ərazı İdarəsinə qarşı torpağın mülkiiyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızına dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızına münasibətdə mümkün sayılmamışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavabdan görünür ki, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi 8 saylı ünvana dair X9 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın üzərində çoxsaylı əməliyyatlar aparıldığından sonuncu əməliyyatlar istisna olunmaqla xx.xx.2015-ci ildə tərtib edilmiş çıxarışın hər-hansı hüquqi qüvvəsi olmadığından ləğv edilməsinə zərurət qalmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə həm əşya hüquq münasibətləri, həm də ondan irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini, həm də öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcələnin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Məhkəmə sadalanan maddi hüquq normalarının mənasına görə hesab edir ki, mülki qanunvericilikdə əqdin etibarlı olmasını şərtləndirən əsas ünsürlər, əqdin subyekt tərkibinin, məzmununun, formasının, iradə və iradə ifadəsinin məcmu halında qüsursuz halda mövcud olmasında ifadə olunur. Həmin ünsürlərdən birinin qüsurlu olması əqdin etibarsız hesab olunması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2007-ci il tarixli 293 saylı Sərəncamı əsasında X22, X37 və digər 12 nəfər ailə üzvlərinin ümumibirgə mülkiyyətinə 0.25 ha torpaq sahəsinin verilməsi barədə JN1395A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Daha sonra 0.19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində X9 tam mülkiyyət hüququ, torpaq sahəsi üzərində X9 0.0125 ha, torpaq sahəsi üzərində isə İddiaçı4 0.0125 ha, İddiaçı2 0.0125ha, İddiaçı1 Abdrəhman oğlunun 0.0125 ha, X12, İddiaçı6 0.0125ha, X4 0.0125 ha və digər ailə üzvlərinin isə torpaq sahəsində hər birinin payları 0.0125 ha olmaqla 27 avqust 2014-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)- 1150/14 saylı qərarı JN-1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, üçüncü şəxslərə münasibətdə ləğv edilmiş, həmin tarixli qərardadla isə adlarına DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Yusif Məmmədov X72 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qərarını əldə etdikdən sonra 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra Yusif Məmmədov torpaq sahəsinin 0.08 ha hissəsini Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-195 və 4Ə-199 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 0.05 ha və X30 0.03 ha sahəni bağışlamışdır. Daha sonra Yusif Məmmədov xx.xx.2015-ci il tarixli, 4Ə-225 nömrəli notarial əqd (bağışlama müqaviləsi) əsasında yerdə qalan hissənin 0,008 ha hissəsini Cavabdeh2 bağışlamış və sonuncunun mülkiyyət hüquqları**********62 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2- 1(107)-49/2022 saylı qərarı ilə üçüncü şəxslər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)- 1150/2014 nömrəli qərarı üçüncü şəxslər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilərək, inzibati iş üzrə yeni qərar çıxarılmış, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) “JN 1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-l(102)-477/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)- 49/2022 saylı qərarının ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) “JN 1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər X19, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə mümkün sayılmamışdır. Bu əsasla Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanına dair X9 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın üzərində çoxsaylı əməliyyatlar aparıldığından sonuncu əməliyyatlar istisna olunmaqla, xx.xx.2015-ci ildə tərtib edilmiş çıxarışın hər-hansı hüquqi qüvvəsi olmadığından ləğv edilməsinə zərurət qalmadığı qeyd edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddianın predmeti olan, xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontorunda X22 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarlı olması istisna edilir. Belə ki, qeyd olunan bağışlanma müqaviləsi bağlanarkən, hədiyyə verən və hədiyyə alan tərəf şəxsən iştirak etsələr də, müqavilə notarius tərəfindən təsdiq edilsə də, müqavilənin forma və məzmunu qanunvericiliyin tələbinə uyğun tərtib edilsə də, sonradan müqavilənin bağlanmasına əsas olan hüquqmüəyyənedici sənəd olan xx.xx.2015-ci il tarixdə X9 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsinə əsas olan X72 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-l(102)-477/2023 saylı qərarı ilə ləğv edildiyindən, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi ev 8-də yerləşən 0,08 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə 4Ə-225 nömrəli əqd əsasında Mingəçevir 2 saylı notariat kontorunda qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsaəsn əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə hesab edir ki, mübahisə edilən bağışlama müqaviləsi bağlanan zaman etibarlı olsa da, sonradan sözügedən çıxarışın öz hüquqi qüvvəsini itirməsi səbəbindən artıq bağışlama müqaviləsi etibarsız sayılmaldır. Məhkəmə, həmçinin cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə, həmçinin nəzərə alır ki, hazırkı iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, mübahisəyə iddia müddəti deyil, kəsici müddətin tətbiq edilməsi məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixdə Mingəçevir 2 saylı xüsusi notariat kontorunda bağlanmış 4Ə-225 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsi xx.xx.2015-ci il tarixdə X9 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında çıxarış əsasında bağlanmışdır. Həmin Çıxarışın verilməsinə isə X72 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qərarı əsas olmuşdur. Həmin qərar isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-l(102)-477/2023 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçı tərəf isə həmin bağışlama müqaviləsini xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı tərəf əqdin etibarsız sayılmasına əsas verən halları 07 mart 2023-cü il tarixdə bilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəf müddəti ötürmədən məhkəməyə müraciət etmiş və mübahisəyə kəsici müddətin tətbiq edilməsi istisna edilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X22 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri Cavabdeh2 küçəsi ev 8-də yerləşən, yaşayış məntəqələrinə aid 0,08 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə Mingəçevir 2 saylı xüsusi notariat kontorunda bağlanmış 4Ə-225 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız hesab edildiyindən, həmin bağışlama müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********62 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı da ləğv edilməlidir. Eyni zamanda məhkəmə cavabdeh tərəfin dəvət etdiyi və məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrinin iş üçün əhəmiyyəti olan hallara aid olubolmamasının müəyyən edilməsi üçün həmin şahid ifadələrinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu halında qiymət verilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri iş üçün əhəmiyyəti olan hallara aid olsa da, şahidlər iddiaçıların və cavabdehlərin bacıları olduğuna görə işin gedişində maraqlı olmuşlar. Ona görə də məhkəmə şahid ifadələrini qohumluq münasibətlərinin təsiri altında verilmiş ifadə kimi qiymətləndirir və işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Daşınmaz əmlaka dair bağlanan müqavilələrdən biri də daşınmaz əmlakın bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır və bağışlanan predmet üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olur. Həmin alğı-satqı müqaviləsi etibarsız hesab edildikdə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı əsassız olur. Ona görə də əsassız çıxarılmış qeydiyyat ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.3-cü maddəsinə əsasən notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 139-1-ci maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu 100 manat Cavabdeh2 tutulub iddiaçılara verilməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçıların nümayəndəsi və vəkilinin xahişi əsasında təyin edilmiş 28 noyabr 2023-cü il tarixli məhkəmə–tikinti texniki ekspertizası tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçılardan müştərək qaydada tutulmalıdır. Belə ki, iddiaçıların nümayəndəsi və vəkili ekspertizanın keçirilməsinin zəruri hesab edildiyi tələbdən imtina etmişdir. İş materiallarında olan 28 noyabr 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–tikinti texniki ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X22 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri Cavabdeh2 küçəsi ev 8-də yerləşən, yaşayış məntəqələrinə aid 0,08 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, 4Ə-225 saylı Mingəçevir 2 saylı xüsusi notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi, 8D ünvanda yerləşən, yaşayış məntəqələrinə aid 0,08 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********62 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu 100 manat Cavabdeh2 tutulub iddiaçılara verilsin. Ekspertiza tədqiqatın dəyəri olan 50 (yüz) manat məbləğində pul müştərək qaydada iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar