Məhkəmə qərarları › İş №e-2(051)-389/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-389/2024

05.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-389/2024 05.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri M.Maqomayev prospekti 4 №li evin 44 №li mənzilinə köçürülməsi və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xx.xx.1998-ci ildə doğulmuşdur. Mingəçevir şəhəri M.Maqomayev prospekti 4 saylı evin 44 saylı mənzilində yaşamış və həmin mənzildə böyümüşdür. Sözügedən mənzil anası Cavabdeh məxsus olmaqla onun istifadəsində olmuşdur. O, anadan olduğu və böyüdüyü yeganə yaşayış yeri olan mənzildən istifadə edə bilməmişdir. Onun başqa bir yaşayış yeri yoxdur. Bir neçə vaxtdır anası Cavabdeh tərəfindən evdən zorla çıxarılmışdır. İddiaçı özü hüquq-mühafizə orqanlarında işlədiyi üçün nizam intizama riayət etməklə hərəkət etmək məcburiyyətində qalmışdır. Mingəçevir şəhəri M.Maqomayev prospekti 4 saylı evin 44 saylı mənzili 1994-cü ildə alınmış və sözügedən mənzilə dair sənədlər cavabdehin özündədir. İddiaçının sözügedən mənzilə istifadə hüququ əvvəldən yaranmış və bu mübahisə olunmaz bir hal olması səbəbindən iddiaçı mənzilə köçürülməsini xahiş edir. Uzun illər yaşadığı mənzildən ayrı düşməyi ona problemlər yaradır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Mingəçevir şəhəri M.Maqomayev prospekti 4 №-li evin 44 №-li mənzilinə köçürülməsi və köçürülmə ilə bağlı maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil ifadəsində bildirdi ki, iddiaçı Cavabdeh İddiaçı anasıdır. Oğlu ilə aralarında narazılıq yaranmışdır. İddiaçı həmin mənzildən özü çıxmışdır. Hazırda cavabdehin iddiaçının gedib həmin mənzildə yaşamağına heç bir etirazı yoxdur. Tərəflər arasında mübahisə olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-T seriyalı № 250481 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat ********** nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvan, xx.xx.2024-cü il tarixdən Cavabdeh tam mülkiyyətindədir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıya orderlə məxsus olan mənzildə doğulub, orada yaşamışdır. Mingəçevir şəhər M.Maqomayev prospekti, 4 №-li evin 44 №-li mənzili cavabdehin hazırda tam mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında narazılıq yaranmışdır. Cavabdeh iddiaçıya həmin mənzilə köçüb yaşamağa imkan vermir. Ona görə də iddiaçı cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmənin mövqeyi İşin halları ilə müəyyən olunur ki, mənzil 1994-cü il tarixdə orderlə icarəyə verilmişdir. İddiaçı cavabdehin oğlu olmaqla 1998-ci ildə həmin mənzildə doğulmuş, məhkəməyə iddia verilənə qədər həmin mənzildə yaşamışdır. İddiaçının doğulduğu tarixdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə uyğun olaraq o, həmin mənzilə hüquq əldə etmiş və mənzilə hüquqları itirilməmişdir. İddiaçının mənzildən istifadə hüququnun itirilməsi üçün həmin Məcəllənin 60 və 87-ci maddələrində göstərilən hallar hazırki iş üzrə müəyyən edilmir. Bu halda məhkəmə hesab edir ki, köçürülmə tələbi əsaslı olmaqla təmin edilməlidir. Mənzildən istifadə hüququna maneənin aradan qaldırılması tələbinə gəldikdə isə cavabdeh iddiaçının həmin mənzilə köçürülməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda iddiaçının həmin mənzilə köçürüldükdən sonra yaşamasına hər hansı maneçiliyin olduğu müəyyən edilmir. Bu halda məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Eyni zamanda mməhkəmə hesab edir ki, gələcəkdə mənzilə köçürüldükdən sonra iddiaçının orada yaşamasına maneələr olduğu halda həmin tələblə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ : İddia qismən təmin olunsun. İddiaçı Şirinli X1 şəhəri, M.Maqomayev prospekti 4 saylı evin 44 saylı mənzilinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar