Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-537/2022 13.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X7 Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi Yusifova Hicran Əlmustafa qızının və vəkili – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili – Konsensus Vəkil Bürosunun vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasıüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5347,50 (beş min üç yüz qırx yeddi manat 50 qəp) manat və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili Vəkil iddia həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Şamo oğlundan 6374 (altı min üç yüz yetmiş dörd) manat və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh mülki işin ərazi aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsinə göndərilməsini xahiş etmiş və onun ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli 2(001)-7491/2021 saylı qərardadıilə rədd edilmişdir cavbadeh qərardaddan şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli 2(001)-7491/2021 saylı qərardadını ləğv edib, mülki işin ərazi aidiyyəti üzrə Mingəçevir şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Yusifova Hicran Əlmustafa qızı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, İddiaçı cavbadeh Cavabdeh ilə 12.04.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, sözügedən nikah Mingəçevir şəhər VVADQ şöbəsində 114 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Daha sonra İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 18.07.2019-cu il tarixli, 2(001)-3925/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ilə Gülşən Əliyev arasında 12.04.2005-ci il tarixdə 114 nömrəli akt qeydi ilə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 17.01.2006-cı il təvəllüdlü X2 və 21.06.2011ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması, 18.07.2019-cu il tarixdən başlayaraq, 17.01.2006-cı il təvəllüdlü X2 və 21.06.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh tutularaq, cavabdeh İddiaçı xeyrinə ödənilməsi, iddianın aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Bundan başqa iddiaçı Əliyeva (Yusifova) Gülşən Əskərəli qızı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mülkiyyətin bölünməsi” tələbi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmiş, eyni zamanda Cavabdeh Əliyeva (Yusifova) Gülşən Əskərəli qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak” tələbinə dair qarşılıqlı iddia tələbi irəli sürmüşdür. Məhkəmənin 10.01.2020-ci il tarixli, 2(001)-537/2020 saylı qətnaməsi ilə iddiaçı Əliyeva (Yusifova) Gülşən Əskərəli qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mülkiyyətin bölünməsi” tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, ünvan 1, 80 saylı mənzilində Əliyeva (Yusifova) Gülşən Əskərəli qızının payının ½ hissə müəyyən edilməsi, qalan ½ hissəsinin isə Cavabdeh payı hesab edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh Əliyeva (Yusifova) gülşən Əskərəli qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi qət edilmişdir. Əlavə olaraq qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 80 saylı mənzil Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.05.2013-cü il tarixdə **********7-05101-093066 reyestr nömrəsi ilə qeydiyyata alınmış və həmin mənzil "xxxx" ASC-in Neftçilər filialının xeyrinə yüklü edilmiş, bunun müqabilində 08.04.2013-cü il tarixdə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fonduna ödənilməsi üçün borcalan Cavabdeh 40.000 manat dəyərində borc (kredit) verilmişdir. Sözügedən mənzil 2021-ci ilin iyul ayında alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Tərəflər arasında nikah 18.07.2019-cu il tarixdən pozulmuşdur. Bundan sonra tərəflər ayrı-ayrı təsərrüfatlar aparmış, gəlirləri özlərinə aid olmuşdur. Bununla belə cavabdeh "xxxx" ASC qarşısında ipoteka müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Əvəzində həmin öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilmişdir ki, onun övladları ilə birlikdə yaşadığı mənzil bank qarşısında öhdəliklərin yerinə yetirilməməsi səbəbindən məhkəmə qərarı ilə özgəninkiləşdirilməsin. Bu halı iddiaçıya məxsus Azərbaycan Beynəlxalq Bankı ASC-in verdiyi bank kartının hesabından çıxarış sənədi, o cümlədən "xxxx" ASC və poçt vasitəsilə edilmiş ödəniş qəbzləri təsdiq edir. 2021-ci ilin iyul ayında sözügedən mənzil tərəflərin qarşılıqlı razılığı ilə notarial qaydada bağlanılmış alğı-satqı müaviləsi əsasında özgəninkiləşdirilmiş, bank qarşısında qalmış öhdəlik tamamilə ödənildikdən sonra yerdə qalan məbləğ tərəflərin paylarına mütənasib şəkildə bölünmüşdür. Həmin zaman İddiaçı Cavabdeh bankla bağlanmış müqavilə əsasında nikahın pozulmasından sonra sonuncunun əvəzinə aparmış olduğu ödənişləri tələb etsə də, sonuncu bu ödənişləri yalnız məhkəmə qərarı əsasında ödəyə biləcəyini bildirmişdir. Ona görə də məhkəmədən Cavabdeh Şamo oğlundan 6374 (altı min üç yüz yetmiş dörd) manat və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, təmsil etdiyi şəxs, həqiqətən, ididaçı ilə 12.04.2005-ci il tarixdə rəsmi nikah bağlamaqla rəsmi şəkildə evlənmişlər. Sonradan o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ilə Əliyeva (Yusifova) Gülşən Əskərəli qızı arasında 12.04.2005-ci il tarixdə 114 nömrəli akt qeydi ilə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 17.01.2006-cı il təvəllüdlü X5 və 21.06.2011-ci il təvəllüdlü X6 anaları Əliyeva (Yusifova) Gülşən Əskərəli qızının yanında saxlanılsınlar. 18.07.2019-cu il tarixdən başlayaraq, 17.01.2006-cı il təvəllüdlü X2 və 21.06.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq cavabdeh Əliyeva (Yusifova) Gülşən Əskərəli qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani, ev 27, 80 saylı mənzilində Əliyeva (Yusifova) Gülşən Əskərəli qızının ½ hissə müəyyən edilmiş, qalan ½ hissəsi isə Cavabdeh payı hesab edilmiş, İlkin iddia tələbi qalan hissədə təmin edilməmiş, Cavabdeh Əliyeva (Yusifova) Gülşən Əskərəli qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Hazırda isə cavabdeh birgə nikah dövründə yaranmış öhdəliyi tam ödəmiş və iddiaçıdan həmin məbləği tələb edir. O, hesab edir ki, təmsil etdiyi şəxs həmin pulu tam ödəməyə borclu deyildir. Belə ki, həmin öhdəlik birgə nikah dövründə yarandığından öhdəliyə münasibətdə ər-arvad bərabər məsuliyyət daşımışlar. Ona görə də iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, İddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-537/2019 saylı, 18.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Əliyeva (Yusifova) Gülşən Əskərəli qızı arasında 12.04.2005-ci il tarixdə 114 nömrəli akt qeydi ilə Mingəçevir şəhər VVADQ şöbəsində bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 17.01.2006-cı il təvəllüdlü X5 və 21.06.2011-ci il təvəllüdlü X6 anaları Əliyeva (Yusifova) Gülşən Əskərəli qızının yanında saxlanılsınlar. 18.07.2019-cu il tarixdən başlayaraq, 17.01.2006-cı il təvəllüdlü X2 və 21.06.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq cavabdeh Əliyeva (Yusifova) Gülşən Əskərəli qızının xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-537/2020 saylı, 10.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Əliyeva (Yusifova) Gülşən Əskərəli qızının Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mülkiyyətin bölünməsi” təəbinə dair ilkin iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani, ev 27, 80 saylı mənzilində Əliyeva (Yusifova) Gülşən Əskərəli qızının ½ hissə müəyyən edilmiş, qalan ½ hissəsi isə Cavabdeh payı hesab edilmiş, İlkin iddia tələbi qalan hissədə təmin edilməmiş, Cavabdeh Əliyeva (Yusifova) Gülşən Əskərəli qızına qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İşdə olan bank əməliyyatlarına dair sənədlərdən görünür ki, İddiaçı bank qarşısında öhədəliklərə görə banka 6374 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə cavabdeh 12.04.2005-ci il tarixdə rəsmi nikah bağlamışlar. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-537/2019 saylı, 18.07.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 80 saylı mənzil Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.05.2013-cü il tarixdə **********7- 05101-093066 reyestr nömrəsi ilə qeydiyyata alınmış və həmin mənzil "xxxx" ASC-in Neftçilər filialının xeyrinə yüklü edilmiş, bunun müqabilində 08.04.2013-cü il tarixdə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fonduna ödənilməsi üçün borcalan Cavabdeh 40.000 manat dəyərində borc (kredit) verilmişdir. Sözügedən mənzil 2021-ci ilin iyul ayında alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Tərəflər arasında nikah 18.07.2019-cu il tarixdən pozulmuşdur. Bundan sonra tərəflər ayrı-ayrı təsərrüfatlar aparmış, gəlirləri özlərinə aid olmuşdur. Bununla belə cavabdeh "xxxx" ASC qarşısında ipoteka müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Əvəzində həmin öhdəliklər İddiaçı tərəfindən yerinə yetirilmişdir. İddiaçı banka 6,374 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə ilk iddia tələbinə qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə İddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarına əsasən Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı birgə nikah dövründə yaranmış öhədliyi yerinə yetirdiyindən və birgə nikah dövründə yaranmış öhdəliklər ər-arvda münasibətdə bərabər hesab edildiyindən iddia tələbi qismən təmin edilməli və onun ödədiyi 6,374 manat pul məbləğinin yarısı, yəni 3,187 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğdə pul vəsaiti də cavbadehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şamo oğlundan 3,187 (üç min yüz səksən yeddi) manat və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №e-2(051)-537/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-537/2022
13.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver