Məhkəmə qərarları › İş №e-2(051)-671/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-671/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-671/2020 23.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi ilə, iddiaçı: “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : “xxxxxxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 manat məbləğdə pulun vəödənilmiş 30,40 manat dövlət rüsumunun alınıb “xxxxxxxxxxxx” ASC-nə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X4 məxsus Cavabdeh1 etibar edilmiş 10 tk 599 dövlət qeydiyyat nişanlı Audi A7 markalı avto nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə “xxxxxxxxxxx” ASCtərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 idarə etdiyi ** TK *** dövlət qeydiyyat nişanlı Audi A7 markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində ** CC *** dövlət qeydiyyat nişanlı Daevoo Nexia markalı avtonəqliyyat vasitəsinə və X1 az ağır zərər (1500 manat sığorta ödənişi) vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan sərxoş halda idarə etmişdir. “xxxxxxxxxxxx” ASC- tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair hesabata əsasən avtonəqliyyat vasitəsinə ümumilikdə 2400 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli sığorta aktlarına əsasən ümumilikdə 3900 manat məbləğində zərərçən şəxslərin hesabına köçürmə həyata keçirilmişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3900 manat məbləğdə pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb “xxxxxxxxxxxx” ASC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli sığorta aktından görünür ki, “Daewoo Nexia” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2400 manat təşkil edir. İşə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli plastik kartların təhfil-təslim aktının surətindən görünür ki “xxxxxxxxxxxx” ASC tərəfindən 1500 manat məbləğdə ödənişin alınmasıüçün **********988128 nömrəli plastik kart faydalanan şəxsə təhfil verilmişdir. İşə əlavə olunmuş xx xxxxxx 2019-ci il tarixli, sığorta ödənişi aktının surətindən görünür ki, “xxxxxxxxxxxx” ASC 1500 manat məbləğdə pulu zərərçəkən şəxs X2 hesabına köçürtmüşdür. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2019-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Daewoo Nexia” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təmir işləri ilə birlikdə 2400 manat təşkil edir. İşəəlavə olunmuş Məhkəmə Tibbi Ekspertiza və X3 xx xxxxxx 2019-cu il tarixli, 610 saylı rəyinin nəticə hissəsindən görünür ki, X2 almış olduğunun almış olduğu xəsarətlərbaş-beyin silkələnməsi boyunun əzələ bağ aparatının gərilməsi və sağ V qabırğanın sınığ küt əşya (əşyalar) təsərindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşə əlavə olunmuş cinayət işi başlamasının və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 əməlində cinayət tərkibinin əməli olduğundan faktla bağlı Azərbaycan Respublikası CM-nin 185.1, 263-1.1 və 264-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəalarıəsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuşşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmişəmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30,40 manat məbləğdə pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3900 (üç min doqquz yüz) manat pul alınıb“xxxxxxxxxxxx” ASC-nə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pul cavabdehlərdən tutulub «xxxxxxxxxxxx» ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar