Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-714/2022 18.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsinə baxaraq Müəyyən etdim : İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək bildirmişdir ki, cavabdeh, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 43 A №li evin ona məxsus 63 №li mənzilində yerləşdirdiyi cehiz əşyalarını dəfələrlə tələb etməsinə baxmayaraq mənzildən çıxarmır və bununla da onun mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli mənzil Bakı şəhəri Yasamal rayonunda yerləşir. Ona görə də mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq üçün iddia ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə verilməlidir. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki prosessual Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən İddiaçı iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268–ci maddələrini rəhbər tutub Qərara aldım : İddiaçı cavabdeh Əfəndizadə Gülnarə İmran qızına qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-714/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-714/2022
18.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver