Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-908/2024 06.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixli JN-421A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilsə də, işə xüsusi icraat qaydasında baxılmalı olduğu halda tərəflərə dair məlumatlar hissəsində “iddiaçı”ya dair məlumatlar göstərilmişdir. Xüsusi icraat qaydasında nəzərdə tutulmayan “iddiaçı” işə cəlb olunmuşdur. Bununla belə xüsusi icraat qaydasında nəzərdə tutulan “maraqlı şəxs” işə cəlb olunmamışdır. Ümumiyyətlə, ərizənin giriş hissəsində yalnız “iddiaçı”ya dair məlumatlar göstərilmişdir. Bununla da ərizəçilər ərizənin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Göründüyü kimi qeyd olunan maddə, ərizənin forma və məzmununa dair tələblərə əməl edilməsini ərizəçiyə aid etmişdir, yəni ərizənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunda nəzərdə tutulmuş qaydalara əməl edilməsi ərizəçinin vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər ərizəyə əlavə edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçilərin etibarnamə üzrə nümayəndəsi Vəkil qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçilər İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixdə saat 09:22-də "xxxx" ASC, Baş Ofisə 4817 nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul ərizəçilərin etibarnamə üzrə nümayəndəsi Vəkil qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-908/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-908/2024
06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver