Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-980/2024 13.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçilər İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçilər İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il tarixli JN-421A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı3, İddiaçı4 və İddiaçı1 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin giriş hissəsində “iddiaçı”ya dair məlumatlarda rəsmi qeydə alındığı ünvan kimi İddiaçı2 Mingəçevir şəhəri, İddiaçı4 və İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, mənzil 3, İddiaçı3 ünvan 2 olaraq göstərilmişdir. Həmçinin məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, yaşayış yeri üzrə Əhmədov X1 şəhəri, H.Hüseynov küçəsi, ev 62, İddiaçı4 və İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, ev 13, mənzil 3, İddiaçı3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Göründüyü kimi yalnız İddiaçı2 yaşadığı yer Mingəçevir şəhəri olduğundan, o, müstəqil olaraq hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 51.1-ci maddəsindən də göründüyü kimi iddianın tələb müştərək olduğu halda, bir neçə iddiaçı tərəfindən bir və ya bir neçə cavbdehə qarşı müştərək qaydada iddia qaldırılması nəzərdə tutulsa da, xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizənin bir neçə ərizəçi tərəfindən müştərək qaydada verilməsi mülki prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır. Eləcə də, nəzərə alınmalıdır ki, hər bir ərizəçi hüquqi əhəmiyyətli faktın özünə münasibətdə müəyyən edilməsini xahiş edir. Ona görə də ərizəçilər hər biri ayrı-ayrılıqda olduqları yer üzrə məhkəməyə hüquqi əhəmiyyətli faktın müəyyən olması ilə bağlı ərizə vermək hüququna malikdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 4817 nömrəli qəbzdən görünür ki, ərizəçilərin etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən Dövlət rüsumu kimi nağd qaydada 100 manat məbləğində pul ödənilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi bir neçə ərizəçi tərəfindən xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizənin müştərək qaydada verilməsi mülki prosessual qanunvericiliyində nəzərdə tutulmadığından, ərizəçilərin hər biri müstəqil olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməli, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçilərin etibarnamə üzrə nümayəndəsi Vəkil qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçilər İddiaçı2, İddiaçı4, İddiaçı1 və İddiaçı3 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. xx.xx.2024-cü il tarixdə saat 09:22-də "xxxx" ASC, Baş Ofisə 4817 nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul ərizəçilərin etibarnamə üzrə nümayəndəsi Vəkil qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-980/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-980/2024
13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver