Məhkəmə qərarları › İş №e-2(052)-195/2025

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(052)-195/2025

16.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-195/2025 16.12.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 24782 manat maddi zərərin, 300 manat vəkilə ödənilmiş hüquqi xidmət haqqını və 165 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 1(009)-141/2025 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 1(103)-1897/2025 saylı qərarı ilə hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birincin instansiya məhkəməsinin hökmü qüvvədə qalmışdır. Beləliklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut edilmişdir ki, Cavabdeh özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı İddiaçı ona qarşı yaranmış etibarından sui-istifadə etmiş, iddiaçıya müxtəlif məbləğlərdə pul verməsi müqabilində birlikdə onlayn sferada fəaliyyət göstərməklə, habelə Gəncə şəhərində gözəllik salonu istifadə edib qazancları aralarında böləcəklərinə dair yalan vədlər verib inandırmışdır. Belə ki, o, istifadə etdiyi salonun fəaliyyəti ilə bağlı polis və digər qurumların əməkdaşları ilə yaranmış problemlərin həlli üçün pul lazım olması barədə həqiqətə uyğun olmayan məlumatlar verib aldatmaqla İddiaçı tərəfindən 01 avqust 2023-cü il tarixdə Göyçay rayonu, Qaraməryəm qəsəbəsindəki “Al market"də yerləşən “Milliön" ödəmə terminalı vasitəsi ilə 200 manat, 08 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 470 manat, 08 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 30 manat, 12 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manat, 20 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 170 manat, 20 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manat, 25 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 190 manat, 06 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 70 manat, 09 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 120 manat, 15 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 45 manat, 17 oktyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 20 manat, 14 noyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 28 manat, 16 noyabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 140 manat, 27 dekabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50 manat, 27 dekabr 2023-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50 manat, 01 yanvar 2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 5 manat, 05 yanvar 2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50,92 manat, 05 yanvar 2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50 manat, 15 yanvar 2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 200 manat, 31 yanvar 2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manat, 01 fevral 2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 50 manat, 02 fevral 2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 75 manat, 05 fevral 2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 150 manat, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 5 manat, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 300 manat, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 140 manat, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manat, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 22 manat, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 150 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 285 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 430 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 400 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 24 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 10 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 450 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 300 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 24 manatın, 23.0.5.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 85 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 35 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 100 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 290 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 300 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 390 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 600 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 25,15 manatın, xx.xx.2024cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 400 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 181,95 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 400 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 550 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1000 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 2000 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1000 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1430 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 10 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 3200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 550 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 500 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 14 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 2000 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1350 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 800 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 160 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 800 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 150 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 200 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1100 manatın, xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonu, Külüllü kəndində olan zaman mobil tətbiq vasitəsi ilə 1400 manatın və sonuncu dəfə xx.xx.2024- cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində olan zaman mobil tətbiq vasitəsi ilə 499 manat, olmaqla cəmi 31725,02 (otuz bir yeddi yüz iyirmi beş manat iki qəpik) manat pulun ona məxsus olan “4169 7388 5683 2468” seriyalı “Kapital Bank” plastik bank kartının hesabına köçürülməsinə nail olaraq əldə etmişdir. Cavabdeh həmin məbləğdən müxtəlif tarixlərdə və müxtəlif miqdarlarla 6943 (altı min doqquz yüz qırx üç) manat pulu ona qaytarmış, daha sonra verdiyi vədə əməl etməyərək onu aldatmaqla, ümumilikdə 24782,02 (iyirmi dörd min yeddi yüz səksən iki manat iki qəpik) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmiş və zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə iddiaya qarşı etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, 1997-ci ildə Naftalan şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, subaydır, orta təhsillidir, əvvəllər məhkum olunmamışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 1(009)-141/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs İddiaçı həmin hökmdən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək ona daha ağır cəza verilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda barəsində çıxarılmış ittiham hökmünün ədalətsiz, qanunsuz və əsassız olduğunu bildirərək hökmün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 1(103)-1897/2025 saylı qərarı ilə hökmdən zərərçəkmiş tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılmışdır. İddiaçı (zərərçəkmiş) İddiaçı və onun nümayəndəsi (vəkil) Əliyeva X1 Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək zərərçəkmiş şəxsə dəymiş 24782 manat maddi zərərin, 300 manat vəkil xərcinin və 165 manat ödənilmiş dövlət rüsumunun ondan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ona verilmiş cəza ilə razılaşmır və bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, isə məhkəməyə müraciət edərək iddiaçı və onun vəkili tərəfindən verilmiş iddianın rədd edilməsini istəyir. Belə ki, o törətdiyi cinayət əməlinə görə məhkum edilmişdir və o, məhkəmənin hökmü qanuni və əsaslı olduğu üçün barəsində verilmiş hökmlə razılaşmışdır. Bundan əlavə o, 6943 manat pulu iddiaçıya qaytarmış və qalan borcunu da hissə-hissə iddiaçıya geri ödəmək fikrində olmuşdur. Lakin zərərçəkmiş şəxs ondan şikayət verərək onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmişdir. O, qanunlar çərçivəsində məhkum edilmiş və hazırda da, cəzasını çəkməkdədir. Belə hesab edir ki, zərərçəkmişin şikayəti və tələbi əsasında cəmiyyətdən təcrid olunaraq azadlığından məhrum qalaraq, cinayət məsuliyyətinə cəlb edilərək cəzasını çəkirsə, bəs onda hansı səbəbdən dəymiş zərəri ödəməlidir. Onun iddiaçı ilə birlikdə salon işlətmək niyyəti olmuş, sonradan fəaliyyətləri baş tutmamış və bu səbəbdən dəymiş ziyanı geri qaytara bilməmişdir. O, məhkəmənin hökmü ilə razılaşaraq çəzasını çəkməkdədir. Sağlamlıq vəziyyəti yaxşı deyil, ağır şəkər (500), yüksək gipertonik xəstəsidir, iş qüvvəsi yoxdur və cəzaçəkmə müəssisəsində belə çalışa bilmir. Odur ki, məhkəmədən iddiaçı və onun vəkili tərəfindən verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin və Cavabdeh ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 1(009)-141/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmışdir. Bakı Apellyasiya Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli, 1(103)-1897/2025 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “ASAN ödəniş” sistemindən çıxarılmış qəbzdən görünür ki, İddiaçı tərəfindən Naftalan Şəhər Məhkəməsinə iddia ərizəsinin verilməsinə görə 165 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Güvən Vəkil Bürosu tərəfindən verilmiş arayış və ödəniş qəbzindən görünür ki, həmin büroda fəaliyyət göstərən Vəkil ilə İddiaçı arasında Naftalan Şəhər Məhkəməsində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2025-ci il tarixli, EM-881VK-5987/25 saylı müqavilə bağlanmış və həmin müqavilə üzrə vəkilə 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdən göründüyü kimi iddiaçıya maddi zərər dəyməklə cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyəti yaranmışdır. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Beləliklə hazırki iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə iddiaçının cavabdehdən 24782 manat məbləğində maddi ziyan tələbinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya qeyd edilən məbləğdə maddi zərərin dəymiş olması işin mübahisəsiz halıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə həmin fakt öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə cavabdehin iddiaya etiraz edərək törətdiyi cinayət əməlinə görə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyini, hazırda cəzasını çəkdiyini, bu səbəbdən dəymiş maddi zərərin ondan tutulmalı olmadığını bildirməsini əsassız hesab edərək qeyd edir ki, şəxs barəsində törətdiyi cinayət xarakterli əmələ görə hər hansı cəzanın təyin edilməsi, onu həmin əməl ilə vurduğu zərəri ödəmək öhdəliyindən azad etmir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclərin də, ödənilməsini nəzərdə tutduğundan, iddiaçının hüquqi yardıma görə ödədiyi 300 manat pul vəsaiti ona dəymiş ziyan kimi qiymətləndirilməli və cavabdehdən tutularaq ona qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 165 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24782 manat maddi zərər, 300 manat vəkilə ödənilmiş hüquqi xidmət haqqı və 165 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar