Məhkəmə qərarları › İş №e-2(053)-1219/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1219/2025

14.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1219/2025 14.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı X3 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat pul, 70 manat dövlət rüsumu və 300 manat vəkilə ödənilən məbləğin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Neftçala rayon Xolqarabucaq kənd sakini İddiaçı 5 nəfər ailə üzvü olmaqla ümumi birgə mülkiyyətində 5.1848 ha torpaq sahəsi vardır, mülkiyyətçi ilə X1 əri xx.xx.1982-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Vüsal Əmrah oğlu 5.000 manat etibardan sui-istifadə edərək arvadına məxsus torpaq sahəsini İddiaçı bağışlayacağını söz verməklə aldatmışdır. İddiaçı qeyd edir ki, tərəfimizdən bununla bağlı Neftçala RPŞ-ə şikayət göndərilmiş, şikayətçilərdən X2 əri xx.xx.1982-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşayan Cavabdeh 5.000 manat etibardan sui-istifadə edərək arvadına məxsus torpaq sahəsini İddiaçı bağışlayacağına söz verib aldatmaqla pulunu alaraq mənimsəmişdir. Cavabdeh həmin torpaq sahəsinin sənədləşməsinə imkan vermir, hədə qorxu gələrək iddiaçının evinə hücum çəkərək öldürməklə hədələyir. İddiaçı Cavabdeh barəsində tədbir görülməsini xahiş etmişdir. Cavabehin pulunun alınaraq mənimsənilməsi barədə göndərilmiş müraciətin araşdırılması nəticəsi barədə Neftçala RPŞ tərəfindən məktub, izahat, və cinayət işinin başlanılmasının rədd edilməsi barəsində cavab göndərilmişdir. Cavabdeh izahatında iki dəfəyə 2.500 manat və 2.500 manat olmaqla pul aldığını bildirmişdir. Amma bunu öz niyyətini ört bastır etməsindən ötəri o pulu ev tikintisinə xərclədiyimi bildirmişdir ki bu da tamamilə əsassızdır. Cavabdeh həmin pulu torpaq sahəsinin iddiaçının adına keçirilməsi məqsədi ilə almışdır. Amma onu aldatmaqla bugünə qədər sənədləşmə işini aparmır və pulunu da qaytarmır. İddiaçı pulu cavabdehə cavabdehin arvadının və iddiaçının qızının payının iddiaçının adına keçirilməsi üçün vermişdir. Bununla bağlı iddiaçının şahidləri var və təqdim edə biləcəyini deyir. İddiaçı həmin pul, dövlət rüsumu və ödənilən pulu cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasında iştrak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki,iddiaçı onun qaynanasıdır. Onların onun arvadıda daxil olmaqla ümumi birgə mülkiyyətdə olan təxminən 5 ha torpaq sahəsi vardır. Onun 1 ha onun arvadının payına düşür. Qaynanası 15 ildir ki, həmin torpaq sahəsini əkib becərir, götürdüyü məhsuldan onlara heçnə vermir. İddiaçı onlara ev tikən zaman köməklik məqsədilə hər dəfəsində 2500 manat olmaqla, 5000 manat pul vermişdir. Həmin pulu onlara köməklik məqsədilə vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Neftçala RPŞ-nın TB-nın təhqiqatçısının xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən edilir ki, Cavabdeh əməlində CM-nin 178-ci maddəsinin tərkib əlamətləri aşkar olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur.Həmin qərarın əsaslandırıcı hissəsində Cavabdeh izahatından görünür ki, o, İddiaçı 5000 manat pul aldığını etiraf etmişdir. iş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfidən 70 manat dövlət rüsumu ödənilmişdir. iş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki,İddiaçı tərəfindən X8 hüquqi yardıma görə 300 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Belə ki, iddiaçı iddia edir ki, Cavabdeh 5.000 manat məbləğində pul vermiş, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçının pulunu qaytarmamışdır. İddiaçı cavabdehdən 5.000 manat pulunun və ödənilmiş dövlət rüsumunun tələb edir. Cavabdeh isə məhkəmə iclasında izahatında iddianı qəbul etdiyini, iddiaçı ona 5.000 manat məbləğində pul verdiyini etiraf etmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Buradan da müəyyən olunur ki, Cavabdeh İddiaçı 5.000 manat pul vəsaitini qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5.000 (beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı razılıqdan irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, cavabdehdən iddiaçının hüquqi yardıma görə ödədiyi 300 (üç yüz) manat və dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar