Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1234/2023 21.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı “Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti”-nin Cavabdeh qarşı “Sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 18:05 radələrində, Salyan rayonu ərazisində, Şirkətdə icbari sığorta növü ilə sığortalanmış "Opel Zafira" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə olunarkən "VAZ 2112" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq, nəticədə sonuncu avtomobilə maddi zərər vurmuş və sürücüsünün sağlamlığına yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Salyan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə bu Məcəllənin 334.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, "VAZ 2112" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 cəmi 3788 (üç min yeddi yüz səksən səkkiz) manat zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 1164 və 1165 saylı işlərə dair sığorta aktları tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “VAZ 2112" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 dəymiş zərərə görə 3788 (üç min yeddi yüz səksən səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh avtomobili sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etdiyi ücün cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Ona görə də Cavabdeh iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 3788 manat məbləğində vurulmuş zərər və 58,28 manat məbləğində dövlət rüsumunun iddiaçı “Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti”-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərdən görünür ki, iddia ərizəsi 22 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 23 noyabr 2023-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər cavabdeh tərəfindən məhkəməyə göndərilməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə ehtiyac yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 15 oktyabrr 2020-ci il tarixli “İcbari sığorta müqaviləsinə dair məlumat”ın surətindən görünür ki, X2 məxsus olan "Opel Zafira" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 15 oktyabr 2020-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üçün 50000 manat məbləğində “Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti” tərəfindən icbari sığorta növü ilə sığorta edilmişdir. İşdə olan 23 fevral 2020-ci il tarixli sığorta aktlarının surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 18:05 radələrində Salyan rayonu ərazisində, Şirkətdə icbari sığorta növü ilə sığortalanmış "Opel Zafira" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə olunarkən "VAZ 2112" markalı, **-BU-*** dövlət nişanlı avtomobil ilə toqquşaraq, nəticədə sonuncu avtomobilə maddi zərər vurmuş və sürücüsünün sağlamlığına yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün “Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti” tərəfindən ümumikdə 3788 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan Salyan RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 yanvar 2021-ci il tarixli qərarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Bu Məcəllənin 334.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan 03 mart 2021-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki“Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti” tərəfindən X4 3788 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan 27 yanvar 2021-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 18:05 radələrində Salyan rayonu ərazisində, "VAZ 2112" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş "Opel Zafira" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edən Cavabdeh olmuş, sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamış və o, yüngül dərəcədə sərxoş olmuşdur. İşdə olan 05 fevral 2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, "VAZ 2112" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 3038 manat məbləğində ziyan dəymişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3788 manat məbləğində sığorta ödənişinin əvəzi və 58,28 manat məbləğində dövlət rüsumu, cəmi 3846,28 manat məbləğində pul vəsaiti iddiaçı “Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti”-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3788 (üç min yeddi yüz səksən səkkiz) manat məbləğində sığorta ödənişinin əvəzi və 58 (əlli səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində dövlət rüsumu, cəmi 3846 (üç min səkkiz yüz qırx altı) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-1234/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1234/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver