Məhkəmə qərarları › İş №e-2(053)-241/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-241/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-241/2025 04.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 735 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixində Bakı şəhəri, S.Vurğun küçəsində "Range Rover" markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSB20097828 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada "avtokasko" risklərindən sığortalanmış “Chevrolet Aveo” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİnin əməkdaşları tərəfindən tərtib edilmiş TYP134151 saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq AR İXMnin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. "Chevrolet Aveo" markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qiymətləndirmə mərkəzi tərəfindən qiymətləndirilmiş və müəyyən edilmişdir ki, dəymiş zərərin miqdarı 13.022 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırması üçün "xxxx" ASC tərəfindən sığorta şəhadətnaməsi üzrə 12.150 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, "Avtonəqliyyat vasitələrinin tam sığorta Qaydaları'na əsasən avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmin və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 faizini və ya daha çox hissəsini təşkil etdikdə avtomobil tam məhv olmuş hesab edilir. Sigortalı avtonəqliyyat vasitəsinin dəyəri 12.150 manat təşkil etdiyi üçün və onun təmirinə bazar dəyərinin 75 faizindan çox hissəsini yəni 13.022 manat tələb olunduğu üçün sığortalı avtonəqliyyat vasitəsi tam məhv olmuş hesab edilir. "xxxx" MMC-nin AZSB-118/17 saylı qiymətləndirmə aktına əsasən avtonəqliyyat vasitəsinin qabaq bazar dəyəri 4.800 manat təşkil etmişdir. Həmçinin sığorta şəhadətnaməsinə əsasən 200 manat şərtsiz azadolma nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsaslanaraq 12.150 manat sığortalı avtonəqliyyat vasitəsinin dəyərindən 4.800 manat qalıq dəyər və 200 manat azadolma çıxılmaqla 7.150 manat sığorta ödənişi həyata keçirilmişdir. Hadisə zamanı cavabdeh tərəfindən idarə edilən avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərər üzrə mütənasiblik nəzərə almaqla 3.945 manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, cavabdehə qabıq 3.205 manat məbləğində pul vəsaitinin subrogasiya qaydasında "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləğin bir hissəsini ödəmiş, 735 manat hissəsini isə ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərdən görünür ki, iddia ərizəsi 25 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 26 dekabr 2024-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər cavabdeh tərəfindən məhkəməyə göndərilməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə ehtiyac yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan avtomobilin sığorta şəhadətnaməsindən görünür ki, “Chevrolet Aveo” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 03 (üç) il müddətinə sığortalanmışdır. İşdə olan Bakı şəhər DYPİ-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2017-ci il tarixli, TYP 134151 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Yol-nəqliyyat hadisəsinə dair operativ raportdan görünür ki, 03 oktyabr 2017-ci il tarixdə, Bakı şəhəri, Neftçilər prospektində toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 735 manat məbləğində sığorta ödənişinin əvəzi və 30 manat məbləğində dövlət rüsumu, cəmi 765 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 735 (yeddi yüz otuz beş) manat məbləğində sığorta ödənişinin əvəzi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 765 (yeddi yüz altmış beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar