Məhkəmə qərarları › İş №e-2(053)-543/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-543/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-543/2025 17.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətininnın cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “Sığorta ödənişinin subroqasiya qaydasında pul tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASC tərəfindən icbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən" Howo" markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı atvonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurulan zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə xx.xx.2012-ci il tarixli, PAZ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Sürücü Cavabdeh3 22 iyul 2013-cü il tarixdə, saat 22 radələrində etibarnaməsi olmadan (sürücülük hüququ) idarə etdiyi "Howo” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Goranboy şəhəri, Heydər Əliyev prospektində Goran qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində 80 km/saat sürətlə idarə edərək avtomobilin idarəetməsini itirmiş, idarə etdiyi avtomaşınla yolun sağ tərəfində tam olaraq dayanıqlı vəziyyətdə olan “VAZ 2106” markalı, YQY-086 Gürcüstan Respublikası nişanlı avtomaşını arxa tərəfdən vurmuş, nəticədə “Vaz-2106" markalı avtomobildə olan sərnişin X5 körpücüyün akromial ucunun çıxığı xəsarəti ilə müşayiət olunan xəsarət yetirməklə, ehtiyatsızlıqdan Zaur Eyyubovun sağlamlığına az ağır, həmçinin həmin avtomobildə olan digər sərnişin X2 körpücük sümüyünün akromial ucunun qapalı sınığı xəsarəti ilə müşayiət olunan xəsarət yetirməklə, ehtiyatsızlıqdan Kamil Bayramovun sağlamlığına az ağır zərər vurmuşdur. Azsığorta” ASC tərəfindən baş vermiş hadisə ilə bağlı xx.xx.2025-ci il tarixli, CML-0044/2024-AKT347/24 nömrəli aktla zərərçəkmiş X1 vurulan «az agır» zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, 22 iyul 2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh3 icbari qaydada sığorta olunmuş “Howo” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı atvonəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Sığortalı (cavabdeh) Cavabdeh2 və avtonəqliyyat vasitəsinin sahibi (cavabdeh) Cavabdeh1 isə sürücülük hüququ olmayan şəxsə mülkiyyətində olan avtonqəliyyat vasitəsini idarə etməyə vermişdir. Ona görə də cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 1500 manat məbləğində pul vəsaitinin və 35 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşdə olan sənədlərdən görünür ki, iddia ərizəsi 04 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 06 mart 2025-ci il tarixdə məhkəmə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər cavabdehlər tərəfindən məhkəməyə göndərilməmişdir. Məhkəmə, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə ehtiyac yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İşdə olan 25 dekabr 2012-ci il tarixli, PAZ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sğortası şəhadətnaməsindən görünür ki, "Howo” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 01 (bir) il müddətinə sığortalanmışdır. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sğortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 22 iyul 2013-cü il tarixdə, saat 22:00-da Goranboy rayonu ərazisində toqquşma hadisəsi baş verdiyi anda Cavabdeh1 məxsus "Howo” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Goranboy rayonu, Muzdurlar kənd sakini Cavabdeh3 olmuş, sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmamış və o, sərxoş olmamışdır. Sürücü barəsində 22 iyul 2013-cü il tarixdə cinayət işi başlanmış, hadisə nəticəsində zərərçəkmiş şəxslər X6 və X8 az ağır zədə almışlar. İşdə olan 17 sentyabr 2013-cü il tarixli, 04/T nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, vətəndaş K.Q.Bayramovun adına tərtib edilmiş tibbi sənədə görə o, klinikaya sol körpüçük sümüyünün akromial ucunun qapalı sınığı diaqnozu ilə müraciət etmişdir. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir,qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə, yəni 22.07.13-cü il tarixdə avtomobillərin toqquşması zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan 09 yanvar 2025-ci il tarixli, CML-0044/2024-AKT347/24 nömrəli sığorta aktından və 13 yanvar 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X4 1500 manat məbləğində sığorta ödənişi verilmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 1500 manat məbləğində sığorta ödənişinin əvəzi və 35 manat məbləğində dövlət rüsumu, cəmi 1535 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 1500 (min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi və 35 (otuz beş) manat məbləğində dövlət rüsumu, cəmi 1535 (min beş yüz otuz beş) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar