Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-907/2024 29.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı LPO “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”-nin Cavabdeh qarşı “Sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı LPO “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "Kia Optima" minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli, PDS********** saylı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra - şirkət) sığortalanmışdır. Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2021-ci il tarixində, saat 19:20 radələrində həmin avtomobil ilə Sumqayıt şəhəri, Lermontov küçəsi ərazisində "Mercedes Benz C 180" minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Sumqayıt Pİ DYPİ-nin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı”ndan, Sumqayıt DYPŞ polis kaptanı X1 xx.xx.2021-ci il tarixli, AP0157321 saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2021-ci il tarixli, TP4405126 saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, xx.xx.2021-ci il tarixində, saat 19:20 radələrində Sumqayıt şəhəri, Lermontov küçəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zərər dəymiş "Mercedes Benz C180" minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə və dəymiş zərərin miqdarı "İcbari Sığortalar haqqında” qanunun 16-cı və "Sığorta fəaliyyəti haqqında" qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən Şirkət tərəfindən qiymətləndirilərək 460 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 15916 nömrəli sığorta ödənişinə dair akt və xx.xx.2021-ci il tarixli, 19000 nömrəli ödəniş tapşırığı ilə 460 manat sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinden sonra hadisə yerindən yayındığından Azerbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikasi Dövlət Sigorta Kommersiya Şirkətininin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehden subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdir. Ona görə də Cavabdeh iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 460 manat məbləğində vurulmuş zərər və 30,40 manat məbləğində dövlət rüsumunun iddiaçı LPO “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərdən görünür ki, iddia ərizəsi 26 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 29 iyul 2024-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər cavabdeh tərəfindən məhkəməyə göndərilməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə ehtiyac yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 22 sentyabr 2021-ci il tarixli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsinin surətindən görünür ki, "Kia Optima" minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 01 (bir) il müddətinə sığortalanmışdır. İşdə olan Sumqayıt şəhər DYPŞ-nın polis kaptanı X2 tərəfindən qəbul edilmiş 01 iyun 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 28 aprel 2021-ci il tarixdə, saat 19:20-da Lermontov küçəsində yol nəqliyyat hadisəsi baş verdiyi anda "Kia Optima" minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Neftçala rayonu, Xəzər kənd sakini Cavabdeh olmuş, sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və o, sərxoş olmamışdır. İşdə olan 07 sentyabr 2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, "Mercedes Benz C 180" markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 460 manat məbləğində ziyan dəymişdir. İşdə olan 24 sentyabr 2021-ci il tarixli sığorta ödənişinə dair aktın surətindən görünür ki, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən "Mercedes Benz C 180" markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibi X3 460 manat məbləğində sığorta ödənişi verilmişdir. İşdə olan 28 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” Cavabdeh ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə lazımi qaydada xəbərdarlıq etmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 460 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat məbləğində dövlət rüsumu, cəmi 490,40 manat məbləğində pul vəsaiti iddiaçı LPO “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 460 (dörd yüz altmış) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, cəmi 490,40 (dörd yüz doxsan manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı LPO “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-907/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-907/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver