Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-44/2022 02.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçılar İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payların naturada ayrılmaqla bölünməsi tələbi barədə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payların naturada ayrılmaqla bölünməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxış iclasında iddiaçılar İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edib həmin iddiaçıların hazırda işə baxılmasını istəmədiklərini bildirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, digər İddiaçı1 isə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə təqdim edərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi iddiaçılar İddiaçı3 və İddiaçı2 dair hissədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, digər İddiaçı1 dair hissədə isə həmin Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payların naturada ayrılmaqla bölünməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-44/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-44/2022
02.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver